Daha cəsur qərarlarla dirçələn ölkə iqtisadiyyatı... Sığortanın bu yolda mühüm rolu
Digərləri 07 Apr 2023 19:40:00 180 0
Bu yazı Azərbaycan Sığortaçılar Assosiasiyasının "Müasir Azərbaycan iqtisadiyyatının inkişafında sığortanın rolu: mövcud vəziyyət və perspektivlər" mövzusunda təşkil etdiyi yazı müsabiqəsi üçün yazılıb
Bu xəbəri də oxu: Hava ilə bağlı
Həyatımız qeyri-müəyyənlik və risklərlə doludur. Kimsə bir neçə saniyə sonra və ya gələcəkdə başına nə iş gələcəyini bilmir. Bəziləri dar gün üçün "yastıqaltı pul" yığır, bəziləri sığorta şirkətlərinə arxalanır, bəziləri isə bu variantların hər hansı birini etməyərək ən kiçik zərərdə müflis olur.
Hələ qədim zamanlardan insanlar daim gələcəkdə baş verə biləcək bədbəxt hadisələrdən daha az zərərlə çıxmaq üçün müxtəlif yollar axtarıblar. Onlar ehtimal olunan və ya gözlənilməyən təhlükələr nəticəsində yaranabiləcək itkiləri minimuma endirməyə çalışıblar. Bu kimi axtarışların nəticəsi olaraq sığorta formalaşıb. İlk əlamətlərinə eramızdan əvvəl Babil dövründə rast gəlinən sığortalanmaq günümüzün əsas tələblərindən birinə çevrilib.
Sığorta yarana biləcək maddi itkilərə qarşı müdafiə sistemidir. Koronavirus pandemiyası, Türkiyədə baş verən zəlzələ, son zamanlar artan yanğınlar, gün ərzində baş verən yüzlərlə yol qəzaları bu kimi hadisələrdən sığortalanmağın vacibliyini ortaya qoyur. Sığorta güvən təşkil edərək gələcəklə bağlı planlamanı asanlaşdırır. Uğur qazanacağına zəmanəti olamayan sahibkar sığorta sayəsində risk edərək daha cəsur qərarlar qəbul edir. Bir sözlə sığortalanmanın insanlar üçün müsbət cəhətləri çoxdur.
Bəs sığorta ölkə iqtisadiyyatına necə təsir edir?
Sığortanın ölkə iqtisadiyyatına müsbət təsiri danılmazdır. Dünyanın məşhur avtomobil şirkətlərindən birinin qurucusu Henri Fordun sığorta ilə bağlı maraqlı sitatı var. "Bütün dünya sığortaya arxalanır. Sığorta olmasa insanlar itirəcəklərini düşündükləri pullarını əlində saxlayar və bununla da mədəniyyətin daş dövründəki vəziyyətdən fərqi olmaz". Sitatdan da göründüyü kimi sığorta yığılmış kapitalı məhsuldar investisiyalara çevirir. Belə ki, sığortanın yaratdığı güvən sayəsində kimlərsə planları, layihələri, əmlakı üçün riskləri gözə alaraq yatırım edir. Bununla da pulun dövriyyəsi üçün şərait yaranır. Həmçinin, sığorta itkiləri azaldaraq maliyyə sabitliyinə müsbət təsir göstərir. Bundan əlavə, yeni iş yerlərinin açılmasında sığortanın da müəyyən rolu var desək yanılmarıq. Belə ki, sığorta məşğulluğu təmin edir. Çünki, sığorta sahibkarları yeni biznes fəaliyyətlərinə təşviq edir. Yeni biznes isə yeni iş yerləri, yeni qazanc deməkdir. Beləliklə, sığorta iqtisadiyyatın davamlı inkişafında mühim rol oynayır.
Sığortanın ölkə iqtisadiyyatı üçün digər əhəmiyyətlərindən biri də onun vergi qaynağı olmasıdır. Böyüyən sığorta sektoru dövlətin əsas gəlir mənbələrindən birini təşkil edir. Sığorta qeydiyyatsız iqtisadi fəaliyyətin qarşısını alır. Belə ki, hər hansı yatırım edən şəxs mövcud riskləri gözə alaraq sığorta şirkətlərinə müraciət edir. Bu zaman bütün proseslər sənədləşdirilir. Bununla da iqtisadi fəaliyyətləri qeydə alınmayan sahələr və vergidən yayınma halları azalır.
Göründüyü kimi, düzgün sığorta şirkətindən istifadə etmək həyatınızda baş verəcək maddi itkiləri azaltmaqla yanaşı dövlət iqtisadiyyatına da müsbət təsir etməkdədir. Hazırda Azərbaycanda sığorta sahəsi ilə bağlı vəziyyət qənətbəxşdir. Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikanın bütün ərazisində sığortanın müxtəlif növləri tətbiq edilir. Onun apardığı düzgün islahatlar nəticəsində bu sahədə də ciddi inkişaf var. Ölkədə ən çox avtomobil sığortasından istifadə olunur ki, bu da bir sıra neqativ halların aradan qalxmasına gətirib çıxarıb. Bir müddət əvvəl Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra mənzil, həyat, biznes sığortasına da maraq artıb. Vətəndaşların bu kimi bədbəxt hadisələrdən nəticə çıxararaq sığortanın digər sahələrindən də yararlanması gözlənilir.
Bəxtiyar Umarlı Son.az
Müğənni Samir Piriyev "Səhər mərkəzi" verilişində qonaq olub.
Argentinada maraqlı soyğunçuluq olub.
Aprelin 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürc�
Azərbaycanın bu ilki "Avroviziya" təmsilçiləri - Tural və Turan
Bakıdakı doqquz mərtəbəli binanın kanalizasiya xətləri naməlum şəxsl�
Aprelin 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürc�
Türkiyəli müğənni Sibel Canın qızı Melisa Ural ailı qurur.
"Verilişə baxanda özümdən xoşum gəlir. Kökələndə öldürürdül�
Xarici ölkələrə səyahət zamanı hava limanlarında və yaxud digər yerlə
Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kub
Azərbaycan işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və inkiş