Paşinyan onu İrana göndərir
Digərləri 07 Apr 2023 12:46:00 229 0
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan aprelin 9-da İrana səfər edəcək və orada ölkənin Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Şamxani ilə görüşəcək. Erməni və İran mediası, telegram kanallarında bu səfər xüsusi vurğulansa da, hansı məsələlərin müzakirə olunacağına aydınlıq gətirilmir. Nəzərə alaq ki, bu xəbər Azərbaycan və İran arasında gərginliyin hökm sürdüyü ərəfədə baş verir. Və erməni tərəfi də görünür, bu gərginlikdən yararlanmaq niyyətindədir. İran səfirliyinin dörd diplomatının "persona-non-qrata" elan edilməsi və onlara Azərbaycandan çıxmaq üçün 48 saat vaxt verilməsinin ardınca gündəmə gələn bu səfər zamanı hansı məsələlərin diqqət mərkəzində olacağı aydındır - Azərbaycana qarşı çirkin, iftira kampaniyasını daha da gücləndirmək.
Bu xəbəri də oxu: Axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirildi
Bəllidir ki, Azərbaycanda son həftələrdə keçirilən əməliyyatlar nəticəsində İrana casusluqda şübhəli bilinən şəxslər saxlanılıb. İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan XİN-ə çağırılıb və səfirliyin dörd diplomatının Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyasına zidd fəaliyyətinə görə "persona-non-qrata" (arzuolunmaz şəxs) elan edildiyi onun diqqətinə çatdırılıb. Diplomatlara ölkəmizi tərk etmələri üçün 48 saat vaxt verilib. İran tərəfi də bu xəbərlərin ardınca Ermənistanın yüksək rütbəli rəsmisini Tehrana dəvət edib.
Dalana dirənən İranın ümidi ermənilərədir
Fakt odur ki, bu gün İran dalana dirənmiş vəziyyətə salınıb. Bir yandan nüvə razılaşmasına görə Avropa və Amerika ilə problemləri yaranıb, digər tərəfdən daxildə ciddi iqtisadi, siyasi çətinliklərlə üzləşib. Ara-sıra ölkənin ən nüfuzlu qurumu hesab edilərn SEPAH-da ixtilaflar yaşanır, hicab əleyhinə etirazlar səngimir. Tehran daxili gərginlikləri azaltmalıdır - bu da qonşuları, xüsusən də Azərbaycanla gərginlik yaratmaqda görür. İsrail-Azərbaycan əməkdaşlığını bəhanə gətirib Azərbaycanda sabitliyi pozmağa çalışır. Görünən odur ki, 30 il ərzində müsəlman qonşusu Azərbaycanın Ermənistan tərəfindən torpaqlarının işğalına göz yuman fars molla rejimi öz ampluasındadır. Azərbaycanda, hətta İranın özündə terror aktlarına yol verən, dəstəkləyən İran Ermənistan qardaşlıq siyasətini davam etdirir.
Qarabağ və Şərqi Zəngəzurun işğalı və bu ərazilərin talan edilməsinə, bu ərazilərdəki evlərdən sökülmüş daşların İran bazarlarında satılmasına, mövcud olmuş 67 məsciddən 65-nin dağıdılması və təhqir edilməsinə İran tərəfindən əhəmiyyət verilməməsi yaxşı məlumdur. Sözsüz ki, Ermənistan rəsmisinin İrana səfəri zamanı anti-Azərbaycan xarakterli bəyanatlar səslənəcək, birgə fəaliyyət planları diqqət mərkəzində olacaq. İllər uzunu Azərbaycanı İsraillə əməkdaşlıqda ittiham edən rəsmi Tehran bu illər ərzində Ermənistan üçün nəfəslik rolunu oynayıb. Rəsmi Bakının bununla bağlı narazılıqlarını və narahatlığını isə qulaqardına vurmaqla işini bitmiş hesab edib. Bəli, bu bir faktdır ki, hər iki ölkə bütövlükdə region üçün təhlükə olaraq qalmaqdadır.
Beləliklə, İranın Qafqaz siyasətinin mahiyyəti bəllidir. Fars molla rejiminin əsas prioritetlərindən biri sözsüz ki, bölgədə Türkiyənin mövqeyini zəiflətməkdir. Və Cənubi Qafqaz regionunu nəzarət altına almağı planlayan İrana bu işdə əsas dəstək verən Ermənistan ola bilər. Və molla rejimi də bunu gözəl anlayaraq erməniləri özünə müttəfiq sayır. Onsuz da Ermənistan iri dövlətlər üçün illər uzunu forpost rolunu oynayıb. Yəni olmasın Rusiya, olsun elə İran.
Azər Nuriyev Son.az
İnzibati xətaya görə 16 vəzifəli şəxs cərimələnib, 106 müəssisəyə
Prezident İlham Əliyev aprelin 5-də Düşənbəyə birgünlük dövlət səf
Məktəblilər arasında suçiçəyi virusu yayılıb. Virusa görə məktəbə
Türkiyənin Hakkari vilayətinin Alandüz bölgəsi terrordan təmizlənib.
"İran parlamentinin Azərbaycanın İsraildə səfirlik açmasına etiraz
Milli Məclis İran parlamentinin Azərbaycana qarşı qəbul etdiyi bəyanatla
Hazırki iclasda TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyaları
Azərbaycanda İranın casus şəbəkəsinin ifşası istiqamətində əməliyya
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Vaqif R�
Azəri-Çıraq-Günəşli (AÇG) üzrə 2023-cü ilin 3 ayı ərzində əldə ol
Cənubi Qafqazın əhəmiyyəti qlobal miqyasda sürətlə artır, beləliklə r
Tanınmış sintezator ifaçısı Bayram Bağırsoyun ailə üzvləri dəfn olun
Kreml analitikləri vəziyyəti öyrənib və rəhbərliyə məyusedici proqnozl