"Hamıda ulduz xəstəliyi var"
Şou-biznes 06 Apr 2023 20:48:00 242 0
"Ən gənc fəxri ad alan sənətkarlardan biriyəm. Bu mənim məsuliyyətimi daha da artırdı. Daha sonra paxıllıq edənlər, qısqanclıqlar meydana gəldi. Ulu öndər Heydər Əliyev mənə çox gənc yaşımda "əməkdar artist" fəxri adı ilə təltif etmişdi. Hətta ulu öndər biz sənətçilərlə görüşündə də bildirmişdi ki, "mənim qulağıma çatıb və deyirlər ki, çox gənc yaşda olan xanəndəyə fəxri ad vermisən". O daha sonra əlavə etdi ki, "elə sənətçilər var ki, 40 ildir sənətdədir, amma Azərbaycanın heç bir ölkədə bayrağını dalğalandırmayıb. Amma Simarə Özbəkistana gedib, "Qran-pri" qazanaraq hətta Özbəkistanın xalq artistini də geridə qoydu". Onun bu sözləri heç vaxt yadımdan çıxmaz. O qədər sevincli, fərəhli idi ki. Özbəkistanın Səmərqənd şəhərində 46 ölkə sənətçiləri arasında "Qran-pri" mükafatına layiq görüldüm və Azərbaycana qalibiyyət qazandırdım. Çox xoşbəxt sənətkaram ki, ilk xeyir-duamı sənətdə ulu öndər verib".
Bu xəbəri də oxu: "Yanında qız olan oğlan olmaq istəyirəm”
Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Simarə İmanova deyib.
"Hər zaman çalışmışam ki, milli musiqimizi, muğamlarımızı layiqincə təmsil edim. Mədəniyyət və İncəsənət universitetində pedaqoji fəaliyyətlə məşğulam. Sənətkar ailəsindən stimul almalıdır. Onu başa düşən həyat yoldaşı olarsa, sənətdə də uğurlar qazanar. Ailəmdən hər zaman arxayın olmuşam. Məni dəstəkləyən ailəm, həyat yoldaşım olub. Ailədən də mənə dəstək olan həmişə anam olub. Rayon yeri idi, ata, qardaş, əmi və dayılar razı deyildilər, amma anamın ən böyük arzusu idi ki, məni bu sənətdə görsün. Efirlərdə məni az-az görəndə deyirdi ki, gözüm səni axtarır. Narahat olurdu" deyə sənətkar bildirib. Xanəndə tələbələrindən də danışıb.
"Tələbələrim çoxdur, hamısı da istedadlıdır. Bəzən görürəm ki, bu sənətə heç aidiyyatı olmayan insanlar da gəlmək istəyir. Onlara deyirəm ki, "ay bala, get başqa sənətin qulpundan yapış, bu sənət sənlik deyil". Bəlkə də o başqa istedadlı bir insanın yerini tutur. Mən onlara çox məsləhətlər verirəm, hətta verilişlərə belə məsləhət görürəm ki, hansına çıxsınlar. Çünki mən özüm də hər verilişə getmirəm, seçim edirəm. Mən sənətdə ilk addımlarımı atanda çalışmamışam ki, ulduza çevrilim. İstəmişəm ki, həmişə öyrənim. Bu gün bir az məşhurluğa qaçmaq istəyənlər daha çoxdur. Hamıda ulduz xəstəliyi var" deyə sənətkar deyib.
"Hansı sənət adamları ilə dostsunuz?" sualına xanəndə belə cavab verib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə işgüzar səfərə
Rusiyanın Buryatiya vilayətinin Xorinski rayonunun yerli qeydiyyat şöbəsind
Rusiya sosial mediasında da iddia edildiyi kimi, Rusiya Müdafiə Nazirliyi ço
İspaniyalı futbolçu Jerar Pike Şakiranı və onun pərəstişkarlarını aç
Azərbaycanda son gündə COVID-19-a yoluxanların və peyvənd olunanların say
Azadlıq prospekti 4 ünvanında baş verən yanğının təfərrüatları məlu
Əməkdar artist Könül Kərimovanın başına xoşagəlməz iş gəlib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Rusiyada �
Türk aktrisa Meryem Uzerli siması olduğu zinət əşyaları brendi üçün ka
Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sabitliyin və təhlükəsi
"DreamWorks Animation" şirkəti "Şrek" ("Shrek")
Ukrayna və Polşa birgə 125 mm-lik tank mərmiləri istehsal edəcək.
Bir müddət əvvəl Bakıda yaşadığı ünvanda silahlı hücuma məruz qalan
Əməkdar artist Vasif Məhərrəmli və müğənni Xatun Əliyeva efirdə Məta
Akvariumda saxlanılan balığın tullanaraq evin döşəməsi üzərinə düş�