Azərbaycan Avropa Şurasının daha bir mühüm müqaviləsinə imza atıb
Digərləri 06 Apr 2023 19:34:00 267 0
Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, cinayətkarlıqla mübarizənin gücləndirilməsi, xüsusilə cəzanın labüdlüyü prinsipinin təmin edilməsi üzrə önəmli tədbirlər görülür, effektiv beynəlxalq əməkdaşlıq həyata keçirilir.
Bu xəbəri də oxu: Bakıda saxlanılan separatçılar ailələri ilə əlaqə yaratdı
Ədliyyə Nazirliyi Mətbuat xidmətindən bildirilib ki, cinayətkarlıqla qlobal mübarizədə fəal iştirak edən ölkəmiz bu sahədə beynəlxalq əməkdaşlığın səmərəsinin artırılması, müvafiq konvensiyaların təkmilləşdirilərək müasir çağırışlara uyğunlaşdırılması ilə bağlı öz töhfəsini verir, Ədliyyə Nazirliyi tərəfindən təkliflər irəli sürülür, o cümlədən yeni müqavilələrin hazırlanmasında yaxından iştirak edilir.
Ötən il dövlətimiz tərəfindən "Ekstradisiya haqqında" Avropa Konvensiyasının təslimetmə prosedurunun effektivliyinin artırılmasına xidmət edən Dördüncü Əlavə Protokolu ratifikasiya olunub, bu sahədə səmərəli əməkdaşlıq aparılır.
Eyni zamanda, "Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında" Avropa Konvensiyasının müvafiq sorğuların elektron qaydada göndərilməsini, dindirmələrin videokonfrans vasitəsilə aparılmasını, Konvensiyanın əhatə dairəsinin genişləndirilməsini və s. məsələləri özündə ehtiva edən İkinci Əlavə Protokolunun cinayətkarlıqla mübarizədə səmərəliliyin və operativliyin artırılmasında əhəmiyyəti nəzərə alınaraq Azərbaycan tərəfindən həmin sənədə qoşulması qərara alınıb.
Bununla əlaqədar dövlətimiz adından bu sənədi imzalamaq üçün ölkə başçısı tərəfindən verilmiş səlahiyyətə əsasən Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovun Strasburqa səfəri çərçivəsində Avropa Şurası Baş katibinin müavini Byorn Berqenin və digər məsul şəxslərin iştirakı ilə həmin Protokolun imzalanması mərasimi keçirilib.
Sonra keçirilmiş görüşdə ədliyyə naziri tərəfindən Avropa Şurası ilə əməkdaşlıqda ölkəmiz üçün 2022-2025-ci illər üzrə qəbul edilmiş Fəaliyyət Planının implementasiyası çərçivəsində Avropa məhkəməsi qərarlarının icrası ilə bağlı layihənin həyata keçirildiyi vurğulanıb, ədliyyə, o cümlədən penitensiar, habelə məhkəmə sistemində aparılan və beynəlxalq aləmdə təqdir olunan islahatlar və yeniliklər barədə verilmiş məlumat maraqla qarşılanıb.
Baş katibin müavini B.Berqe Avropa Şurasının ölkəmizlə əməkdaşlığının yüksək səviyyəsini qeyd edərək may ayında Avropa Şurası tərəfindən üzv dövlətlərin başçılarının Sammitinin keçiriləcəyini bildirib.
Söhbət zamanı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Böyük Qələbəmizlə azad edilmiş torpaqlarımızın Ermənistan tərəfindən büsbütün minalanmasına toxunularaq mina terroru nəticəsində 300-ə qədər Azərbaycan vətəndaşının həlak olduğu və ya yaralandığı bildirilib, bununla bağlı ANAMA tərəfindən hazırlanmış xüsusi kitab təqdim edilib.
"DreamWorks Animation" şirkəti "Şrek" ("Shrek")
Ukrayna və Polşa birgə 125 mm-lik tank mərmiləri istehsal edəcək.
Bir müddət əvvəl Bakıda yaşadığı ünvanda silahlı hücuma məruz qalan
Əməkdar artist Vasif Məhərrəmli və müğənni Xatun Əliyeva efirdə Məta
Akvariumda saxlanılan balığın tullanaraq evin döşəməsi üzərinə düş�
Türkiyənin İstanbul şəhərində istifadəsiz qalan bina çöküb.
NATO Putinin nüvə təhdidlərinə və Belarus ərazisində nüvə silahının
Qida təhlükəsizliyi nəzarətinə aid edilən malların xarici iqtisadi fəal
Aprelin 6-sı saat 17 radələrində paytaxtın Suraxanı rayonunun Yeni Günə�
"Komedixana" layihəsi ilə populyarlaşan aktrisa Zarina Qurbanova ö
Sosial şəbəkələrdə Ermənistandakı təhsil müəssisələrindən birində
Rusiyalı bloqer Kristina Buşe hicabsız halda əllərini iki İran polisinin �
Cəlilabad şəhərinin Babək küçəsində yaradılan fermanın tullantıları
Özbəkistan Ali Məclisinin senatorları 39-cu plenar iclasda Azərbaycan höku
Baş nazir vəzifəsinə gəldiyi ilk gündən bildirdi ki, müasir Türkiyənin