Əlahiddə Ümumqoşun Orduda komandaqərargah təlimi keçirilib VİDEO


Digərləri 06 Apr 2023 14:32:00 216 0

Əlahiddə Ümumqoşun Orduda komandaqərargah təlimi keçirilib  VİDEO

"Əlahiddə Ümumqoşun Ordunun 2023-cü tədris ilinə hazırlıq planı"na uyğun olaraq tabelikdə olan birləşmə və hissələrlə ərazidə komanda-qərargah təlimi keçirilib.

Təlimin ilkin mərhələsində birləşmə, hissə və bölmələrin təlim döyüş həyəcan siqnalı ilə qaldırılaraq döyüş təyinatı rayonlarına çıxarılması və döyüşə hazırolmanın müxtəlif dərəcələrinə gətirilməsi üzrə fəaliyyətlər yerinə yetirilib. Döyüş təyinatı rayonlarında əsas diqqət birləşmə, hissə və bölmələrin ərazidə maskalanmasına, müdafiə və mühafizəsinə, xüsusilə düşmənin pilotsuz uçuş aparatlarına qarşı mübarizə tədbirlərinin icrasına yönəldilib.

Təlimin əməliyatların planlaşdırılması mərhələsində yaranmış taktiki şəraitə uyğun olaraq qərargahlar tərəfindən əməliyat şəraiti qiymətləndirilib, tabelikdə olan birləşmə, hissə və bölmələrin tapşırıqları dəqiqləşdirilib. Planlaşdırmanın gedişində qərargahlar tərəfindən komandirlərin çevik qərar qəbuletməsi və bölmələrin idarə olunması üçün taktiki hesabatlar aparılıb və zəruri məlumatlar hazırlanıb. Alınan qərarlar rabitə və avtomatlaşdırılmış idarəetmə sistemləri vasitəsilə praktiki fəaliyyətlərə cəlb olunmuş bölmələrə çatdırılıb.

Təlimin gedişində hava hücumundan müdafiə bölmələri şərti düşmənin aviasiya vasitələrinin aşkarlanması və izlənməsi üzrə praktiki fəaliyyətləri yerinə yetirib.

Təlimin ssenarisinə uyğun taktiki fəaliyyətlərin praktiki icra mərhələsində xüsusi təyinatlı qruplar tərəfindən düşmənin müdafiəsinin ön xəttində yerləşən döyüş mövqelərinə və vacib obyektlərə basqın keçirilib. Mövqelər ələ keçirildikdən sonra irəliləmə marşrutlarında şərti düşmənin yaxınlaşan ehtiyatlarına pusqular qurularaq hərəkətləri məhdudlaşdırılıb və irəliləməsinin qarşısı alınıb.

Yaranmış vəziyyətdən yararlanaraq mexanikləşdirilmiş bölmələr artilleriya atəşinin dəstəyi ilə düşmənin müdafiəsinin dərinliyinə irəliləyərək əlverişli hədləri ələ keçirib.

Taktiki fəaliyyətlərin icrasında komandirlər tərəfindən bölmələrin düzgün və dəqiq idarə edilməsinə və əməliyyatlar zamanı tabelikdəki bölmələrin fasiləsiz olaraq bütün növ təminatlarla təmin olunmasına xüsusi diqqət yetirilib.

Təlimin kompüter dəstəkli mərhələsində qəbul edilmiş qərarların və aparılmış hesabatların reallığı Simulyasiya Mərkəzində kompüterlər üzərində yoxlanılıb.

Xüsusi təyinatlı, artilleriya, hava hücumundan müdafiə, rabitə, təminat və mexanikləşdirilmiş bölmələrin birgə fəaliyyəti nəticəsində qarşıya qoyulmuş məqsədlərə nail olunduğu təlimdə qoşunların döyüşə hazırolma vəziyyətinə gətirilməsində və əməliyatların planlaşdırılmasında qərargahların hazırlıq səviyyəsi yüksək qiymətləndirilib.

Əlahiddə Ümumqoşun Ordunun Döyüşü İdarəetmə Mərkəzində yaradılan monitorinq qrupunun təhlili zamanı təlimin gedişində qoşunların hərəkətilə bağlı sosial şəbəkələrdə heç bir videomaterialın yayımlanmadığı müşahidə edilib. Əlahiddə Ümumqoşun Ordu komandanlığı hərbi sahədə dövlət sirri təşkil edən məlumatların qorunmasına diqqət göstərən əhaliyə təşəkkürünü bildirir.

İrandan Azərbaycana 11 kq narkotik keçirilməsinin qarşısı alınıb like
  • 06 Apr 14:21  
Kriminal İrandan Azərbaycana 11 kq narkotik keçirilməsinin qarşısı alınıb

Aprel ayının 5-də saat 22:10-da "Horadiz" sərhəd dəstəsinin xid

arrow Ətraflı
Gülben Ergen xəstəxanaya yerləşdirildi  FOTO like
  • 06 Apr 14:10  
Şou-biznes Gülben Ergen xəstəxanaya yerləşdirildi FOTO

Məşhur türkiyəli müğənni Gülbən Ərgən xəstəxanaya yerləşdirilib.

arrow Ətraflı
“Əllərində telefon onu danışdıran sənət dostları utanmır” like
  • 06 Apr 13:59  
Şou-biznes “Əllərində telefon onu danışdıran sənət dostları utanmır”

Uzun illərdir Azərbaycandan köçüb Norveçdə yaşayan yazıçı Günel Möv

arrow Ətraflı
Bakıda məktəbliseyin şagirdləri qidadan zəhərləniblər like
  • 06 Apr 13:50  
Digərləri Bakıda məktəbliseyin şagirdləri qidadan zəhərləniblər

A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin aşağı sinif şagirdləri

arrow Ətraflı
SEPAHda şok: Ordu əmrə tabe olmur, xalqla birləşir like
  • 06 Apr 13:48  
Dünya SEPAHda şok: Ordu əmrə tabe olmur, xalqla birləşir

2023-cü il yanvar ayının 3-də SEPAH-ın hərbi və ideoloji yetkililəri mə

arrow Ətraflı
Dövlət sərhədini pozmağa cəhd edən Nepal və ŞriLanka vətəndaşları saxlanılıb like
  • 06 Apr 13:37  
Digərləri Dövlət sərhədini pozmağa cəhd edən Nepal və ŞriLanka vətəndaşları saxlanılıb

Aprel ayının 6-da saat 01:08-də "Şəmkir" sərhəd dəstəsinin xi

arrow Ətraflı
İlham Əliyevin Tacikistana dövlət səfəri başa çatıb  FOTO like
  • 06 Apr 13:33  
Siyasət İlham Əliyevin Tacikistana dövlət səfəri başa çatıb FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikas

arrow Ətraflı
Məşhur aktyordan xalq artistinə sərt sözlər: "Sən qudurmusan?" like
  • 06 Apr 13:26  
Şou-biznes Məşhur aktyordan xalq artistinə sərt sözlər: "Sən qudurmusan?"

Rusiyalı məşhur teleaparıcı və aktyor Oskar Kuçera Alla Puqaçovanı sər

arrow Ətraflı
Azərbaycan ən müasir və ekoloji cəhətdən təmiz hava gəmilərini satın alır like
  • 06 Apr 13:19  
Digərləri Azərbaycan ən müasir və ekoloji cəhətdən təmiz hava gəmilərini satın alır

Azərbaycan müasir hava gəmiləri parkının yenilənməsinə böyük önəm v

arrow Ətraflı
Arıqlamaq üçün olan qida əlavələrində zərərli maddə aşkarlandı like
  • 06 Apr 13:15  
Digərləri Arıqlamaq üçün olan qida əlavələrində zərərli maddə aşkarlandı

Bioloji fəallığa malik aktiv qida əlavələrində zərərli maddə aşkarlan

arrow Ətraflı
Bu kolbasaların tərkibində mal əti tapılmadı like
  • 06 Apr 13:06  
Digərləri Bu kolbasaların tərkibində mal əti tapılmadı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) kolbasa və sosiska məhsull

arrow Ətraflı
“Azərbaycan Hava Yolları” A320neo ailəsinə aid 12 təyyarə sifariş edib like
  • 06 Apr 12:58  
Digərləri “Azərbaycan Hava Yolları” A320neo ailəsinə aid 12 təyyarə sifariş edib

Bakı-Azərbaycan milli aviadaşıyıcısı (AZAL) A320neo və A321neo laynerlə

arrow Ətraflı
Sabah yağıntılı hava gözlənilir like
  • 06 Apr 12:55  
Digərləri Sabah yağıntılı hava gözlənilir

Aprelin 7-nə gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı