Arıqlamaq üçün olan qida əlavələrində zərərli maddə aşkarlandı
Digərləri 06 Apr 2023 13:15:00 268 0
Bioloji fəallığa malik aktiv qida əlavələrində zərərli maddə aşkarlanıb.
Bu xəbəri də oxu: Bakıda restoran YANIR
Bu barədə Son.az-a Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.
Belə ki, ötən ay Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin mərkəzə etdiyi müraciətlə əlaqəli "Lipotrim kaps N36" (seriyası: 555017, yararlıq müddəti: 01.03.2023) və "Black Panther kaps N36" (seriyası: 0000991720, yararlıq müddəti: 01.02.2025) nümunələrinin ekspertizası aparılıb.
Təqdim edilən "Lipotrim kaps N36" və "Black Panther kaps N36" adlı nümunələr üzərində aparılmış tədqiqatlar nəticəsində tərkiblərində qablaşmalarının üzərində haqqında məlumat verilməyib, Azərbaycanın 2016-cı il 18 mart tarixli Qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının SİYAHISI"da göstərilmiş "sibutramin" adlı fəal təsiredici maddənin eyniliyi təsbit olunub.
Qeyd edək ki, "Lipotrim kaps N36" və "Black Panther kaps N36" bioloji fəallığa malik aktiv qida əlavələrinin ekspertizası üçün AEM-ə müraciət olunmayıb.
Sibutramin, toxluq hissini artıran anoreksigen maddədir, amfetamin törəməsidir. Piylənmənin müalicəsi üçün istifadə olunan dərmanlar qrupuna aiddir və artıq çəkili xəstələrin kompleks baxım terapiyasında istifadə olunur. Avropa Birliyinin ölkələrində sibutraminin istifadəsi, Avropa Dərman Agentliyi tərəfindən subitramin tərkibli dərmanın əlavə təsirlərinin riskləri ilə bağlı tədqiqatların nəticələrindən sonra 2010-cu ildə dayandırılıb.
Həmçinin FDA istehsalçılardan, istifadə üçün təlimatlarda ürək-damar xəstəlikləri olan xəstələrdə sibutraminin istifadəsi qadağan olduğunu göstərməyi tələb etdi. Bundan başqa, sibutramin Ümumdünya Antidopinq Agentliyi tərəfindən qadağan olunmuş maddələr siyahısına daxil edlib.
Yeni təyyarələrin satın alması Azərbaycan iqtisadiyyatının inkişafına
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) kolbasa və sosiska məhsull
Bakı-Azərbaycan milli aviadaşıyıcısı (AZAL) A320neo və A321neo laynerlə
Bakıda çay evindən oğurluq edilib.
Bir müddət öncə aktrisa Nərgiz Əliyevanın avtomobilinə hücum edən şə
Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin vəsatəti ə
Birinci Qarabağ müharibəsi dövründə erməni əsriliyində və girovluğund
Əməkdar artist Mətanət Əhmədovaya efirdə maddi yardım təklifi gəlib.
Ötən gün Salyan rayonunun Qızılağac kəndində intihar hadisəsi baş ver
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Mə�
Bu yaxınlarda plastik əməliyyat etdirən Rusiyanın Xalq artisti Filipp Kir
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi zərərli vərdişlərd�
"Həyatımda nə baş verdisə 2014-cü ildə oldu. "Avroviziya"y
İsraildə və ya digər ölkələrdə səfirlik açması Azərbaycan Respublika