Rusiya Qarabağa düyün salmaq istəyir Bakıdan Xankəndiyə "TƏCİLİ" həmlə:
Siyasət 05 Apr 2023 15:02:00 263 0
Azərbaycan Ermənistanın dilbilməzliyini onun özünə qarşı çox məharətlə istifadə etməkdədir. Rəsmi irəvan sülh danışıqlarından yayınmaq istiqamətində etdiyi manipulyasiyaların cəzasını artıqlaması ilə çəkəcək. Nikol Paşinyan və komandasının destruktiv siyasəti Qarabağ ətrafında vəziyyəti gərginləşdirməyə, eskalasiya riskini daha da artırmağa hesablansa da, bu məsələ hazırda ən çox elə Ermənistanın əleyhinə işləyir.
Bu xəbəri də oxu: İqlim üzrə fəaliyyətin inkişafı üçün dini liderlərin səsləri vacibdir
Ermənistan tərəfi Azərbaycanı yenidən məcbur qoyur ki, daha sərt qərarlar versin. Lakin ermənilərin planlaşdırdığı şəkildə Azərbaycan İrəvanın təxribatlarına zamanında düzgün gedişlər etməklə Paşinyan hakimiyyətini mat vəziyyətinə qoymaqdadır.
Öncə Ordumuz Sarıbaba yüksəkliyini və onun ətrafındakı digər önəmli hakim yüksəklikləri nəzarətə götürdü, orada yerləşməyə başladı. Bununla da Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan qanunsuz silah daşıması, silahlı şəxslərin Qarabağa gətirilməsi bloklandı və Ermənistanla Qarabağı birləşdirən alternativ yollar da tamamilə Azərbaycan ordusunun nəzarətinə keçdi.
Ardınca Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürüldü ki, bu da Azərbaycana imkan verir ki, nəyinki sülhməramlıların müvəqqəti nəzarətindəki ərazilərimizə, eləcə də hazırki Ermənistan ərazisi olan bir çox yaşayış məntəqələrini və hərbi obyektləri müşahidə altında saxlasın.
Beləcə, bundan öncə Bakı ilə İrəvan arasında Laçın yolu haqda razılaşma icra edilmiş olub. Azərbaycan ordusunun bölgədəki bir sıra ərazilərə yerləşməsindən sonra Ermənistan tərəflər arasında sərhədin keçdiyi ərazidəki bütün ordu bölmələrini geri çəkməyə başlayıb. Onun yerinə isə əraziyə sərhədçilər yerləşdirilib. Ən maraqlı məqam hadisənin yaşandığı gün AB İttifaqının sədri Şarl Mişelin Paşinyana zəng etməsi olub. Belə ki, bu, son bir həftədə tərəflər arasında ikinci telefon danışığı olub. Məhz bu məqam gündəmə yeni Brüssel görüşü və İrəvanın sülh müqaviləsinə imza atmağa razılaşması ehtimalını gətirib.
Proseslərin rəsmi Bakının istəyinə uyğun şəkildə cərəyan etdiyi bir məqamda aranı qarışdırmaq, eskalasiya riskini artırmaq üçün kənar qüvvələrin müdaxilələri yenə ara vermir.
Çağırış yaşına çatmış erməniləri Rusiya Qarabağa niyə gətirir?
Rusiya sülhməramlı kontingenti tərəfindən erməni millətindən olan vətəndaşların Xankəndiyə çatdırılması üçün Laçın-Xankəndi yolu ilə razılaşdırılmamış keçidin həyata keçirilməsinə cəhd - onların azərbaycanlı ekofəalların aksiya keçirdiyi ərazidə ləngiməsinə və bir neçə vətəndaşın səhhətinin pisləşməsinə səbəb olub - birmənalı olaraq təxribat kimi qiymətləndirilməlidir. Üstəlik, Rusiya sülhməramlı kontingenti tərəfindən həyata keçirilən təxribatı kimi.
Belə aydın olur ki, Moskva Azərbaycan ordusunun Qarabağla Ermənistan arasındakı alternativ yollarını da tamamilə nəzarətə götürüb, qanunsuz gediş-gəlişin qarşını kəsdiyindən Rusiyanın manevr imkanları bitdiyindən, başqa seçimi qalmadığından, daha hiyləgərcəsinə Ermənistandan Qarabağa potensial terrorçuların, silahlı şəxslərin daşınması prosesini bu şəkildə həyata keçirməuyi sınamaq istəyirlər.
Yük maşınlarında Ermənistandan Qarabağa gələn 27 vətəndaşın arasında təkcə qadınlar, qocalar və uşaqlar deyil, həm də çağırış yaşına çatmış kişilərin də olması bu iddiaları daha da artırır. Vəziyyətin aydınlaşdırılmasının gecikməsi nəticəsində (bir neçə saat ərzində ekofəalların aksiyası keçirilən yerdə danışıqlar aparılıb) bəzi sərnişinlər özlərini pis hiss ediblər.
Onlara dərhal tibbi yardım göstərilib. Daha sonra onlar Azərbaycanın təcili tibbi yardım avtomobilləri ilə Xankəndidəki xəstəxanaya aparılıb. Rusiya və erməni separatçıları arasında gizli planlaşdırılmış bu oyun tamamilə əks-effekt verib.
Azərbaycanın təcili tibbi maşınının Xankəndinə daxil olması ermənilərlə təmasların qurulması məsələsində gələcək günlərdə həlledici detala çevrilə bilər. Bununla da Azərbaycan "erməni əhalisinin hüquq və təhlükəsizliyinin təminatı"nı istəyən beynəlxalq ictimaiyyətə humanitar məsələlərə həssas yanaşdığını nümayiş etdirmələ yanaşı, Qarabağın etnik erməni əhalisinin problemləri yaranacağı təqdirdə Azərbaycanın dərhal yardım etdiyi mənzərəsini yaratmaqla 2022-ci ilin 12 dekabrından Laçın yolunda ekofəalların başlayan etiraz aksiyalarına min don geydirərək, əsassız iddialarla dünya ictimaiyyətini, beynəlxalq aləmi Azərbaycanın üzərinə qaldırmaq istəyən Ermənistanın saxta, qarayaxma siyasətini ifşa etmək adına olduqca önəmli məqamdır.
Nəticə etibarı ilə, bu kimi hadisələr birgəyaşayışın mümkünlüyü haqda rəyin formalaşması imkanlarını artırmış olur. Bu məqamdan Azərbaycan fiziki və hüquqi olaraq Xankəndinə nə qədər ki, daxil olmayıb, məhz bu cür manevrlərlə Qarabağın erməni əhalisində Azərbaycan dövləti və xalqı ilə bağlı bu zamana kimi formalaşdırılan "qaniçən, cəllad" obrazını tamamilə dağıtmaqla əsl yalançı və cinayətkarların əslində kim olduğunu göstərməsi baxımından önəmli fürsət kimi yararlanmalıdır.
Belə aydın olur ki, ordumuz Ruisya sülhməramlı kontingentinin müvəqqəti nəzarət zonasında erməni əhalinin yaşadığı məntəqələrə daxil olmamışdan öncə Azərbaycan həmin ərazilərə daxil olmağın başqa yollarının axtarışındadır. Böyük ehtimalla, məqam yetişəndə isə Azərbaycan erməni əhalinin narazılığı, etirazı olmadan, olsa nə olacaq?! Özlərinə edəcəklər. Azərbaycan vətəndaşı kimi, Azərbaycanın qanunları çərçivəsində bölgədə qalıb yaşamaq istəməyən erməniyə qapı göstərilib, - çox sakit şəkildə həmin ərazilərə daxil olmağı hədəfləyir. Bu baxımdan, Xankəndində Azərbaycan nömrəli maşınların - onun təcili yardım maşını və yaxud Azərbaycana məxsus digər dövlət idarələri və strukturlarını təmsil edən nəqliyyat vasitələri və əməkdaşlarının olması heç bir önəm daşımır, - görünməsi indiki məqamda olduqca əhəmiyyətlidir.
Bu gün Azərbaycan tərəfi prinsipiallıq nümayiş etdirərək torpaqların sahibi kimi bölgədə vəziyyəti pisləşən erməni qadınını hospitala apardığı şəkildə yaxın gələcəkdə ev sahibi kimi o yerlərdə də suverenliyi bərqərar etməyi qarşıya məqsəd qoyub.
Ermənilər və onlara Qarabağda hazırda havadarlıq edən Rusiya sülhməramlı kontingenti bilməlidir ki, Azərbaycana - Qarabağa daxil olmaq üçün bir yol var və həmin yol bu gün də ermənilərin üzünə açıqdır. O da Azərbaycanın təklif etdiyi sülhə, sabitliyə aparan Laçın-Xankəndi yolu. Rusiya yaxşı olar ki, Ermənistanla Azərbaycan arasında sülh prosesini düyünləmək əvəzinə açıq qalan məsələlərin həllinə doğru addım atmağa cəhd göstərsin.
Təhməz Əsədov Son.az
Bir neçə gün əvvəl Afinada yəhudi mərkəzinə qarşı planlaşdırılan t
Son dövrlər torpaq bazarında qiymət artımı baş verir.
Aprel ayının 4-də saat 21:25-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşu
Bakıda bankdan külli miqdarda pul oğurlanıb.
Müğənni Nigar Camal qızı Jasminin yeni görüntüsünü paylaşıb.
Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikist
Ziraat Bank Azərbaycan təqdim etdiyi məhsul və xidmətlərdə son texnoloji
"Xüsusi Hərbi Əməliyyat"lar başlayandan sonra ölkəsindən İsra
"Ukraynanın enerji infrastruktur obyektlərinə müntəzəm hücum edərə
Şəkidə 2500-dən çox sakini olan Cəyirli kəndinin içməli su təchizatı
Güney Azərbaycan milli mücadiləsini Türkiyənin və türk dünyasının gü
Finlandiya uzun müddətdir ki, NATO-ya inteqrasiya olunub, indi sadəcə hüquq
"Səhnə adamlarının plastik əməliyyat etdirməsinə pis baxmıram. Ç�
"Azərbaycanla İran arasında hərbi münaqişəni təsəvvür etmək mən