İrandan Azərbaycana silahlı müdaxilə olarsa, Türkiyə dərhal müharibəyə girəcək
Siyasət 05 Apr 2023 13:06:00 284 0
"Azərbaycanla İran arasında hərbi münaqişəni təsəvvür etmək mənim üçün çətindir - belədə Türkiyə dərhal müharibəyə girəcək. Azərbaycan ordusunun özü də çox güclüdür və döyüşə hazırdır. O, İran ordusunun "burnunu ovmaq" iqtidarındadır, xüsusən də Türkiyə vəziyyətə müdaxilə edərsə"
Bu xəbəri də oxu: Ceyhun Bayramov Fuad Hüseyn ilə telefonla danışdı
Son.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidentinin Aparatının keçmiş müşaviri Aleksiy Arestoviç deyib.
"Amma mən hesab edirəm ki, indi hər şey təhdidlər səviyyəsində baş verir, çünki reallıqda tərəflər toqquşmalarda maraqlı deyil. Mən eskalasiya, hərbi insidentlər gözləyirəm, lakin birbaşa toqquşmaların baş verməsi ehtimalı çox azdır", - keçmiş müşavir bildirib.
Onun fikrincə, bu vəziyyətdə Ermənistanın da şansı azdır: "Rusiya və KTMT-dən kömək istəmək xam xəyaldır, Ermənistanla sərhəd isə Tehran üçün həyati maraqlar zonası deyil".
"İranlılar tankları irəli-geri sürəcək, Azərbaycanı və Türkiyəni qorxutmağa çalışacaqlar, amma problem ondadır ki, Ankara və Bakı əsla qorxmur, qorxmaq niyyətində də deyil. Hətta yəqin ki, İranın "çaşmasını" istəyirlər. Bu perspektivdə İsrail və ABŞ-ın vəziyyətdən istifadə etmək şansı var. Bundan əlavə, unutmaq lazım deyil ki, böyük Azərbaycanın tərkib hissəsi olan Güney Azərbaycanda çoxlu, amma çoxlu azərbaycanlı yaşayır, mən bir neçə on milyon deyərdim, rəqəmi 18-dən 28-ə qədər deyirlər. İran üçün çox böyük rəqəmdir. Bəs yaxşı, onlar İranın Azərbaycan ordusu ilə döyüşmək cəhdinə necə reaksiya verəcəklər? İran anlamaldıdır ki, daxilində fəlakətli problemlər başlaya bilər. Ona görə də İranın militar bəyanatları o demək deyil ki, iranlılar silahdan istifadə etməyə çalışacaqlar".
Hazırda əksər insanlar evlərində iftar açmağa üstünlük verir.
Arxivdəki bir sıra sənədlər ermənilərə qarşı soyqırımı törədilmə
İran rejiminin Güney Azərbaycanın təbiətinə vurduğu ziyanı və insanlar
Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov vəzifəsind
Türkiyənin Ermənistanla əlaqələrinin vacib bir hissəsi Ermənistan-Azərb
Badamdar qəsəbəsi ilə ''20-ci sahə'' yaşayış massivini b
Artıq bir neçə ildir ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cüml�
1990-cı illərdə Ukraynanın nüvəsizləşdirilməsi ilə bağlı roluma gör
Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Düşənb�
Aprelin 7-də Bakıda Azərbaycan Respublikası və Qazaxıstan Respublikası ar
Azərbaycanla Qazaxıstan ikitərəfli münasibətlərin inkişafı üçün müh
"Hamiləliyimə tam olaraq əvvəldən sona kimi həkim-genetik həyat yold
Bu gün Azərbaycan və Qazaxıstan şirkətləri 52 milyon dollar dəyərində
Rusiyanın Ukraynadakı mövqeyi acınacaqlıdır. Baxmut və Avdeyevka istiqam�