İran Azərbaycandan bu cür “qisas” alır


Digərləri 05 Apr 2023 12:47:00 276 0

İran Azərbaycandan bu cür “qisas” alır

İran rejiminin Güney Azərbaycanın təbiətinə vurduğu ziyanı və insanlarımıza etdiyi pisliyi saymaqla bitməz. Bu siyasətin qaynağı və kökü dərindir.

Son.az xəbər verir ki, bu sözləri Axar.az-a güneyli jurnalist və ekspert Rəhim Sulduzlu deyib.

O, Güney Azərbaycan meşələrinin yandırılaraq məhv olunmasını rejimin düşünülmüş siyasəti adlandırıb.

"Quzeyimiz müstəqil olandan sonra Güneyimizdə də milli şüurun oyanışı baş verdi. Milli mübarizə hərəkatımız daha da fəallaşdı. İndi baş verən prosesləri İran da anlayır və Güney Azərbaycanı nə vaxtsa itirəcəyini bilir. Bunu hətta rejim mənsubları da etiraf edib. Odur ki, Güney Azərbaycana yatırım qoyub, inkişaf etdirməyi sadəlövhlük hesab edirlər. Çalışırlar ki, fürsətləri varkən, bizim yerüstü və yaraltı sərvətlərimizi talan etsinlər. Meşələrin qırılması, kəsilməsi, hətta yandırılması da bu səbəblərdən qaynaqlanır. Azərbaycan təbiətinə bacardıqları qədər ziyan vurmaq niyyətindədilər".

O, molla rejiminin meşələrə ziyan vurmaqla kifayətlənmədiyini diqqətə çatdırıb:

"Təkcə meşələrimiz deyil, bizim qızıl, mis yataqlarımız da talanır. Əldə olunan gəlirlər İranın çöl və səhra bölgələrinə yatırılır. Hökumət fars bölgəsini bizim sərvətlərimiz hesabına inkişaf etdirir. Bunların hamısı qərəzli münasibətdən doğur".

Ekspert hökumətin Urmu gölünə olan münasibətinə də toxunub.

"Urmu gölünün quruması ekoloji fəlakətdir. Dəfələrlə deyilib və xəbərdarlıq olunub ki, gölün quruması təhlükə mənbəyidir. Hökumət heç bir əsaslı tədbir görmür. Çünki gölün quruması İrana sərf edir. Ətrafda yaranan quraqlıq səbəbindən milyonlarla əhali köçüb başqa şəhərlərə getməyə məcburdur. Baxmayaraq ki, Yaponiya hökuməti hər il bu gölün bərpası üçün 1milyon dollar vəsait ayırır. Lakin bu pullar hökumət tərəfindən mənimsənilir. Amerikanın ekologiya fondu da 35 milyon dollar pul ayırıb. Bu pulun da hesabını heç kim İran hökumətindən soruşmur".

Rejimin bu addımlarının səbəblərini sadalayan ekspert İran hökumətinin bu yolla qisas aldığını bildirib:

"İstəkləri budur ki, Güney Azərbaycan İrandan ayrıldığı zaman yoxsul və əsrarəngiz təbiəti məhv olunmuş vəziyyətə düşsün. Bu yolla qisas aldıqlarını zənn edirlər. Dünyanın hər yerində sərhədə yaxın yerlər daha zəngin olur. Lakin İranın Bəlucistan vilayətindən sonra mərkəzi Urmiya olan Qərbi Azərbaycan yoxsulluq səviyyəsinə görə ölkədə ikinci yerdədir. Çirkin siyasətləri öz nəticəsini verib. Biz isə düşünürük ki, "Azadlıq, Ədalət, Milli Hökumət" bütün problemlərin çözüm yoludur".

Azərbaycanda yüksək vəzifəli şəxs like
  • 05 Apr 12:42  
Kriminal Azərbaycanda yüksək vəzifəli şəxs

Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov vəzifəsind

arrow Ətraflı
Türkiyənin Ermənistanla əlaqələri Azərbaycan Ermənistan münasibətlərinə bağlıdır like
  • 05 Apr 12:39  
Siyasət Türkiyənin Ermənistanla əlaqələri Azərbaycan Ermənistan münasibətlərinə bağlıdır

Türkiyənin Ermənistanla əlaqələrinin vacib bir hissəsi Ermənistan-Azərb

arrow Ətraflı
Bayıl yolu sürücüləri "hayılmayıl" etməkdədir like
  • 05 Apr 12:36  
Digərləri Bayıl yolu sürücüləri "hayılmayıl" etməkdədir

Badamdar qəsəbəsi ilə ''20-ci sahə'' yaşayış massivini b

arrow Ətraflı
Dəyişkən buludlu, əsasən yağmursuz like
  • 05 Apr 12:27  
Digərləri Dəyişkən buludlu, əsasən yağmursuz

Aprelin 6-na gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Klintondan Ukrayna etirafı: like
  • 05 Apr 12:25  
Dünya Klintondan Ukrayna etirafı:

1990-cı illərdə Ukraynanın nüvəsizləşdirilməsi ilə bağlı roluma gör

arrow Ətraflı
İlham Əliyev Düşənbədə İsmoili Somoni abidəsini ziyarət edib  FOTO like
  • 05 Apr 12:20  
Siyasət İlham Əliyev Düşənbədə İsmoili Somoni abidəsini ziyarət edib FOTO

Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Düşənb�

arrow Ətraflı
Bakıda Azərbaycan və Qazaxıstan arasında birgə hökumətlərarası komissiyanın iclası keçiriləcək like
  • 05 Apr 12:19  
Siyasət Bakıda Azərbaycan və Qazaxıstan arasında birgə hökumətlərarası komissiyanın iclası keçiriləcək

Aprelin 7-də Bakıda Azərbaycan Respublikası və Qazaxıstan Respublikası ar

arrow Ətraflı
Azərbaycanla Qazaxıstan arasında ticarətin inkişafı üçün potensial böyükdür like
  • 05 Apr 12:17  
Siyasət Azərbaycanla Qazaxıstan arasında ticarətin inkişafı üçün potensial böyükdür

Azərbaycanla Qazaxıstan ikitərəfli münasibətlərin inkişafı üçün müh

arrow Ətraflı
Sevda: “Hamiləliyim zamanı bazarlığa özüm gedirdim” like
  • 05 Apr 12:14  
Şou-biznes Sevda: “Hamiləliyim zamanı bazarlığa özüm gedirdim”

"Hamiləliyimə tam olaraq əvvəldən sona kimi həkim-genetik həyat yold

arrow Ətraflı
Azərbaycanla Qazaxıstan arasında imzalanmış biznes sazişlərin dəyəri açıqlanıb like
  • 05 Apr 12:08  
Digərləri Azərbaycanla Qazaxıstan arasında imzalanmış biznes sazişlərin dəyəri açıqlanıb

Bu gün Azərbaycan və Qazaxıstan şirkətləri 52 milyon dollar dəyərində

arrow Ətraflı
Çin yardım etməsə, Rusiya müharibəni uduzacaq like
  • 05 Apr 12:03  
Dünya Çin yardım etməsə, Rusiya müharibəni uduzacaq

Rusiyanın Ukraynadakı mövqeyi acınacaqlıdır. Baxmut və Avdeyevka istiqam�

arrow Ətraflı
VTB (Azərbaycan) Sergey Raxmaninovun yubileyinə həsr olunmuş konsertə dəstək verib like
  • 05 Apr 12:00  
Digərləri VTB (Azərbaycan) Sergey Raxmaninovun yubileyinə həsr olunmuş konsertə dəstək verib

VTB (Azərbaycan) rus bəstəkarı Sergey Raxmaninovun 150 illik yubileyinə hə

arrow Ətraflı
Bakıda yeni tikilən metro stansiyası BU TARİXDƏ təhvil veriləcək like
  • 05 Apr 11:55  
Digərləri Bakıda yeni tikilən metro stansiyası BU TARİXDƏ təhvil veriləcək

"Yeni stansiyanın inşaası ilə bağlı İşlər öz axarı ilə gedir. D

arrow Ətraflı
Bu poliklinikalarda qəti şəkildə rentgen müayinəsi almayın like
  • 05 Apr 11:52  
Digərləri Bu poliklinikalarda qəti şəkildə rentgen müayinəsi almayın

Paytaxt Bakıda bir sıra tibb müəssisələrinin rentgen aparatlarında nöqsa

arrow Ətraflı