Samir Nuriyev Ali Məhkəmənin sədri İnam Kərimovu kollektivə təqdim edib FOTO
Digərləri 05 Apr 2023 15:05:00 315 0
Bu xəbəri də oxu: 5060 yaş arası insanların sevgi tapmağının əsas qaydaları
Aprelin 5-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev Ali Məhkəmənin sədri İnam Kərimovu kollektivə təqdim edib.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Samir Nuriyev təqdimat mərasimində çıxış edərək müstəqil Azərbaycanın müasir məhkəmə sisteminin inkişafının ilk növbədə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Diqqətə çatdırıb ki, Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyası məhkəmə hakimiyyətinin hakimiyyətlər bölgüsündə yerini, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsip və şərtlərini müəyyən edib.
Prezident Administrasiyasının rəhbəri qeyd edib ki, Prezident İlham Əliyev hüquqi dövlət quruculuğu prosesini uğurla davam etdirərək məhkəmə-hüquq sistemində islahatları daha da dərinləşdirib. Qanunvericilik bazası təkmilləşdirilib, yeni regional məhkəmələr, o cümlədən kommersiya məhkəmələri və inzibati məhkəmələr təsis edilib, hakimlərin sayı artırılıb, onların sosial müdafiəsi gücləndirilib, məhkəmələrin maddi-texniki bazası müasirləşdirilib, bütün bu kompleks tədbirlər məhkəmələrin müstəqilliyini daha da möhkəmləndirib.
Samir Nuriyev Ali Məhkəmənin ədalət mühakiməsi institutlarının inkişaf etdirilməsi sahəsində fəaliyyətini bundan sonra daha da gücləndirəcəyinə, hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün bütün zəruri tədbirləri həyata keçirəcəyinə və hüququn aliliyinin təmin edilməsi istiqamətində öz səylərini əsirgəməyəcəyinə inandığını bildirib, bu işdə yeni təyin olunmuş sədrə və kollektivə uğurlar arzulayıb.
Azərbaycan Ermənistanın dilbilməzliyini onun özünə qarşı çox məharət
Bir neçə gün əvvəl Afinada yəhudi mərkəzinə qarşı planlaşdırılan t
Son dövrlər torpaq bazarında qiymət artımı baş verir.
Aprel ayının 4-də saat 21:25-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşu
Bakıda bankdan külli miqdarda pul oğurlanıb.
Müğənni Nigar Camal qızı Jasminin yeni görüntüsünü paylaşıb.
Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikist
Ziraat Bank Azərbaycan təqdim etdiyi məhsul və xidmətlərdə son texnoloji
"Xüsusi Hərbi Əməliyyat"lar başlayandan sonra ölkəsindən İsra
"Ukraynanın enerji infrastruktur obyektlərinə müntəzəm hücum edərə
Şəkidə 2500-dən çox sakini olan Cəyirli kəndinin içməli su təchizatı
Güney Azərbaycan milli mücadiləsini Türkiyənin və türk dünyasının gü
Finlandiya uzun müddətdir ki, NATO-ya inteqrasiya olunub, indi sadəcə hüquq
"Səhnə adamlarının plastik əməliyyat etdirməsinə pis baxmıram. Ç�