XankəndiLaçın yolu: ekofəalların aksiyası 115 gündür yüksək fəallıqla davam edir FOTO
Siyasət 05 Apr 2023 08:41:00 245 0
Bu gün Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 115 gündür davam edir.
Bu xəbəri də oxu: Azərbaycan Texnologiya Universitetinə rektor təyin olundu FOTO
Son.az "Report"a istinadən xəbər verir ki, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər.
Toplanış yerində gecə boyu da təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunub və heç bir insident qeydə alınmayıb.
Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.
Onlar etirazlarını yüksək əhvali-ruhiyyə ilə davam etdirirlər.
Eyni zamanda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.
Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.
Etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.
Belə ki, ekofəallar və gənc könüllülər "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ekoloji cinayətə son!", "Stop ekoterror!", "Берегите природу!", "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
2022-ci il dekabrın 12-dən etibarən isə etiraz aksiyası başlayıb.
Nikaha daxil olmaq istəyən tərəflərin tibbi müayinədən keçmələri bar�
Qəzza zolağından İsrail istiqamətində 9 raket buraxılıb.
Adın, ata adının və soyadın dəyişdirilməsinin dövlət qeydiyyatına al�
Ramazanda tez-tez istifadə etdiyimiz qidalardan biri də xurmadır. Xurmanın f
"Ərim halsızlaşmışdı. Onu masaj etdim. Dedi ki, sən professional mas
Rusiya Federasiyasının silahlı qüvvələri Qara dənizdəki gəmi qruplaşma
Amerikalı mütəxəssislərin araşdırmalarına görə, insanın çox yuxu gö
Bakının Binəqədi rayonunda yanğın hadisəsi baş verib.
Əməkdar artist Cavanşir Məmmədova sui-qəsd olub.
Yaz ləkələri Günəşin aktivləşməsindən sonra əsasən tünd dərisi ola
Xankəndi-Laçın yolunda Qarabağda yaşayan erməni qadının halı pisləşib
Türkiyəli aktrisa Esin Gündoğdu yeni eşqə yelkən açıb.
Tarixi komandalarımızdan olan "Kəpəz"in doğma meydanı artıq do�
Amerika Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) gələn il Ay
Türkiyədə fevralın 6-da baş verən zəlzələ zamanı çay yataqlarında ci