Avropa Parlamentində növbəti korrupsiya qalmaqalı
Dünya 04 Apr 2023 22:55:00 328 0
Belçika polisi və alman müstəntiqləri Almaniyada başladılan istintaq çərçivəsində sağ mərkəzçi Avropa Xalq Partiyasının Brüsseldəki qərargahına basqın ediblər.
Bu xəbəri də oxu: Pezeşkian etiraf etdi: Düşmən bizi bu savaşda uda bilər
Son.az bildirir ki, "report" bu barədə partiyanın bəyanatına istinadən xəbər verir.
Avropa Xalq Partiyası Avropa Parlamentində ən böyük fraksiyadır və üzvləri ən çox yerə sahibdirlər.
İstintaqla bağlı əlavə məlumat verilməsə də, "Thueringer Allgemeine" qəzeti mənbələrə istinadən bildirib ki, basqın Almaniya Xristian Demokratlar Partiyasının lideri Mario Foyqtun 2019-cu il Avropa seçkilərində EPP-nin seçki kampaniyasındakı korrupsiya qalmaqalı ilə əlaqədardır.
İstintaq Foyqtun kampaniya zamanı müqavilə bağladığı bir internet şirkətindən mükafat alması ilə bağlı iddiaları araşdırır.
Avropa Xalq Partiyasının üzvləri Avropa Parlamentinin sədri Robert Metsola, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis, İsveçin Baş naziri Ulf Kristersson kimi tanınmış siyasətçilərdir.
Xatırladaq ki, bu, Avropa İttifaqının qanunverici orqanında baş verən ilk korrupsiya qalmaqalı deyil. Dekabrın əvvəlində Belçika polisi Brüsseldə onlarla axtarış aparıb və Avropa Parlamentinin vitse-prezidenti Eva Kaili də daxil olmaqla 4 nəfəri həbs edib. Belçika prokurorluğu bildirib ki, istintaqda olan bütün müttəhimlər Avropa Parlamentinin qərarlarına təsir göstərməyə imkan verən siyasi və strateji mövqelərə malik üçüncü şəxslərə külli miqdarda pul ödəməkdə və ya hədiyyələr verməkdə şübhəli bilinirlər.
Deputat Fazil Mustafaya qarşı törədilmiş sui-qəsdlə bağlı saxlanılan �
İranda şagird və tələbələrin müəmmalı zəhərlənməsi davam edir.
Ermənistanın Rusiyaya qarşı son hərəkətləri arxadan vurulan kiçik, anca
Müğənni Aynur Dadaşovanın adı dəvət olunmadığı restoranların birinin
Almanlar Ukraynaya müasir döyüş təyyarələrinin verilməsinə qarşıdırl
ABŞ Ukraynaya 2,6 milyard dollarlıq yeni hərbi yardım paketini elan edib.
Amerkan aktyor Hyu Cekmen yenidən dəri xərçəngindən əziyyət çəkib.
Sankt-Peterburqda hərbi müxbir Vladlen Tatarskinin öldüyü terror aktında i
Ermənistanın keçmiş xarici işlər naziri Zöhrab Mnatsakanyan 44 günlük m
Xalq artisti Məleykə Əsədova plastik əməliyyat etdirmək istədiyini söyl