İnsan niyə gecikir?
Digərləri 04 Apr 2023 22:21:00 267 0
Yəqin ki, hər bir insanın görüşlərə daima gecikən tanışları, qohumları və dostları var.
Bu xəbəri də oxu: Noyabrda yeni həyata başlayacaq
Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, alimlərin hesab etdiyinə görə, gecikmək vərdişi vaxtın dərk edilməsi, öz vaxtını düzgün idarə etmək qabiliyyətinə bağlıdır, eləcə də insanın şəxsi keyfiyyətlərindən asılıdır.
London Universitet Kollecindən (Böyük Britaniya) Hyuqo Spirsin sözlərinə görə, insan beynində bəzi insanların görüşlərə gecikmələrinə səbəb olan mexanizm mövcuddur.
Onlar sadəcə olaraq görüş yerinə çatmaq üçün lazım olan vaxtı düzgün qiymətləndirmirlər.
Spirs hesab edir ki, beyində hippokamp adlandırılan sahə var və o, zamanla bağlı məlumatın emal edilməsi ilə məşğuldur. Yəni, burada nəyi nə vaxt etmək lazım olduğu və bunun üçün nə qədər vaxt lazım olduğu barədə xatirələr toplanır. Alim hesab edir ki, hippokampdakı neyronlar bizə zamanı dərk etməyimizə kömək edir, lakin nə üçün yalnız bəzi insanların vaxtı daima düzgün qiymətləndirilməməsi yenə də aydın deyil.
ABŞ-nin Şimali Karolina ştatındakı Kempbell Universitetindən Emili Uoldum hesab edir ki, bəzən insanlar onlara səyahətə hazırlaşmaq üçün lazım olan vaxtı düzgün qiymətləndirmirlər. Yəni, insan keçmişdə bu cür hərəkətlərin nə qədər zaman aldığını xatırladır, lakin xatirələr pozula bilər, həmçinin ötən proses indiki hadisələrlə müqayisə olunmaya bilər. Bu da gecikmələrə gətirir.
Alimlər hesab edirlər ki, insanın daima gecikdiyində xüsusi xarakter xüsusiyyətləri əhəmiyyətli rol oynayır. Yəni, insan sadəcə olaraq gecikmə faktına əhəmiyyət verməyə bilər, eləcə də onun bu və ya digər yerdə olmalı olduğu vaxtı ümumiyyətlə unuda bilər. Bu, insanın eyni zamanda bir neçə hərəkəti yerinə yetirdiyində böyük həcmdə məlumatın emalındakı çətinliklərlə əlaqədardır.
Müğənni Aynur Dadaşovanın adı dəvət olunmadığı restoranların birinin
Almanlar Ukraynaya müasir döyüş təyyarələrinin verilməsinə qarşıdırl
ABŞ Ukraynaya 2,6 milyard dollarlıq yeni hərbi yardım paketini elan edib.
Amerkan aktyor Hyu Cekmen yenidən dəri xərçəngindən əziyyət çəkib.
Sankt-Peterburqda hərbi müxbir Vladlen Tatarskinin öldüyü terror aktında i
Ermənistanın keçmiş xarici işlər naziri Zöhrab Mnatsakanyan 44 günlük m
Xalq artisti Məleykə Əsədova plastik əməliyyat etdirmək istədiyini söyl
Daşınmaz əmlakın alınmasına görə bu günə qədər 5 milyon manatdan art
Bu gün Xalq artisti Muxtar Maniyevin doğum günüdür
Xarici işlər naziri Ceyhun Bayramov ilə Səudiyyə Ərəbistanı Krallığın