Ceyhun Bayramov Feysəl bin Fərhan Al Səudla danışıb
Siyasət 04 Apr 2023 20:57:00 275 0
Xarici işlər naziri Ceyhun Bayramov ilə Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Al Səud arasında telefon danışığı baş tutub.
Bu xəbəri də oxu: İqlim üzrə fəaliyyətin inkişafı üçün dini liderlərin səsləri vacibdir
Azərbaycan Xarici İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, telefon danışığı zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri, o cümlədən regional proseslər müzakirə edilib.
Nazirlər, müqəddəs Ramazan ayı münasibətilə təbriklərini və ən xoş arzularını çatdıraraq, bu mübarək ayın bütün İslam dünyasına sülh, birlik və əmin-amanlıq gətirməsini diləyiblər.
Nazir Ceyhun Bayramov, Azərbaycan və Səudiyyə Ərəbistanı arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, enerji təhlükəsizliyi, humanitar və s. sahələr üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin mövcudluğunu məmnuniyyətlə qeyd edərək, münasibətlərin inkişafında qarşılıqlı səfərlərin və təmasların mühüm rol oynadığını bildirib. Xüsusilə, iki ölkə arasında beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı (BMT), Qoşulmama Hərəkatı (QH) və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyin nümayiş etdirilməsi məmnunluqla xatırlanıb. Feysəl bin Fərhan Al Səudun ölkəmizə ötən ilki səfəri, və cari ilin fevral ayında XİN-lər arasında keçirilmiş məsləhətləşmələrin əhəmiyyəti vurğulanıb.
Nazir Feysəl bin Fərhan Al Səud, iki ölkə arasında dost münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu qeyd edib. Ali və yüksək səviyyəli təmasların, o cümlədən qarşılıqlı səfərlərin əhəmiyyətindən bəhs edilərək bu kimi təmasların münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına zəmin yaratdığı bildirilib.
Bu ilin fevral ayının əvvəlində ABŞ üzərində görünən Çin hava şar�
Türk memar Cihad Önərlə ailə quran azərbaycanlı model Pərvin Həsənzad�
Azad edilən ərazilərin minalanması torpaqlarından didərgin düşən insanl
Azərbaycan ərazisi minalarla çirklənmiş ölkələr arasında ilk yerləri t
Türkiyənin Bolu vilayətində balıqçı qayığı göldə batıb.
İndiana Cons silsiləsindən beşinci filmin premyerası Kann Kino Festivalınd
Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyy
Çində 7 yaşlı uşaq birlikdə oynadığı qonşusunu dərinliyi 5 metr olan
Aprelin 4-də Türkiyənin ilk yerli elektromobili "Togg" Azərbaycan
"Vətən müharibəsinin başa çatdığı 2020-ci il noyabrın 10-dan etib
Sabunçu rayonu, Maştağa qəsəbəsinin küçələrini yağış suları basıb
"Azərbaycan humanitar minatəmizləməni milli Dayanıqlı İnkişaf Məqs
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 4 Aprel - Beynəlxalq Mi