İranın Fazil Mustafadan sonrakı hədəfi BƏLLİDİR


Siyasət 04 Apr 2023 15:16:00 226 0

İranın Fazil Mustafadan sonrakı hədəfi BƏLLİDİR

İran daha da qızışır. Azərbaycan soyuqqanlılığını qoruduqca, molla rejimi nə hədd bilir, nə də qəziyyə qanır. İran rejimi sakitləşmək əvəzinə, yeni təxribatların hazılığını görür. Yaxın müddətdə ambisiyasından əl çəkəcək kimi görünməyən İranın Azərbaycana qarşı müxətlif bəhanələrlə hərbi müdaxilə planı da istisna edilmir.

Azərbaycanın İsraildə səfirlik açmasından sonra daha da qızışan molla rejimi Bakıya təhdid mesajları göndərməkdən daşınacaq kimi görünmür. Tehranda səfirliyimizə terror hücumunda əli olduğu ilə bağlı tutarlı məlumatlar, kadrların olduğu iran rejimi bu günə kimi həmin hadisəylə bağlı ədalətli bir qərar verməməklə bütün şübhələrin əsaslı olduğunu təsdiqləyir. Bu azmış kimi, paytaxt Bakıda hipermarketə edilən növbəti silahlı hücumda da iran izlərinə rast gəlindi.

Son olaraq millət vəkili Fazil Mustafanın hədəf seçilərək güllələnməsi isə Azərbaycana bütün iddia və şübhələrin məhz İrandan yana qaynaqlandığını müxtəlif faktlarla təsdiqləmiş oldu. Fazil Mustafaya qarşı terror hücumunu törətməkdə şübhəli bilinən şəxslər iki gün əvvəl saxlanıldı və onların İranla bağlantılarına dair müəyyən detallar ortaya çıxdı.

Hücumda İran izi ən çox ehtimal edilən versiyadır və hadisənin motivlərindən tutmuş hədəfinə qədər əksər detal diqqəti Tehranın üzərinə yönəldir. Terror aktının bir nəfər tərəfindən yox, qrup şəkilində təşkil edilməsi və qrupa bağlı digər şəxslər haqda araşdırmanın davam etməsi "İranın Azərbaycanda göstəriş gələndə silahlı hücumlar təşkil etmək potensialına malik dəstələrinin olduğu" fikrini təsdiqlədi.

Belə görünür ki, İran rejiminin növbəti hədəfi məhz Təbrizdəki Azərbaycan konsulluğudur. Azərbaycanın İsraildə səfirlik açmasından sonra konsulluğumuz əsas hədəf götürülüb kimi görünür. Azərbaycanın Təl-Əvivdə səfirlik açmasına etiraz olaraq, Tehran rejimi Təbirzdəki konsulluğun qarşısında "bağlansın" tələbi ilə aksiya təşkil etdi:

Molla rejimi bununla "Azərbaycanı Təbrizdə də istəmirlər" görüntüsü yaratmaqla Bakını inandırmaq istəyir ki, güneyli soydaşlarımız Azərbaycanı istəmir və onlar İrana qarşı mübarizədə Azərbaycanın yanında yer almayacaqlar. Bununla da Bakı əlini Güneydən üzsün, güneyli soydaşlarımız isə ümidini Bakıdan.

Belə olan təqdirdə molla rejimi ayrılıqda həm daxildəki soydaşlarımıza qarşı daha rahat mübarizə aparıb, onların bütün çıxış imkanlarını məhdudlaşdırmaqla deportasiyasını, soyqrımını bu və ya digər yollarla həyata keçirməklə Azərbaycanın genefonduna böyük zərbə vurmaq barədə düşünə bilər, həm də 30 milyonun dəstəyindən məhrum olan Azərbaycanla daha rahat şəkildə mübarizə aparmaq barədə planlar qurmuş ola bilər. 

Bu məqsədlə İran hər iki "cəbhədə" gərgin məkirli fəaliyyətlə məşğuldur. Azərbaycan daxilində İran agenturası olduqca fəallaşıb. Digər yandan molla rejimi Bakının fikrini digər məsələlərlə qatıb, daxildə növbəti terror hazırlığı görmək üçün müxtəlif səpkili gedişlər də edir:

1. Sərhəddə yenidən ağır artileriya, silah-sursat daşıyır

2. Təbrizdəki Baş Konsulluğumuzun önündə "Bağlansın" şüarı ilə aksiya azlıq edirmiş kimi, indi də binanın qarşısına "Hüseyniyyun" terror təşkilatının bayraqları düzülüb. Keçmiş Azərbaycan vətəndaşlarının SEPAH-ın dəstəyi ilə yaratdığı "Hüseyniyyun" terror qruplaşmasının fəallaşması da İranın konsulluğumuza qarşı təxribatları terror mərhələsinə keçirə biləcəyi gözləntisini daha da artırır.

Bu o demək deyil ki, İran rejimi bunu sadəcə görüntü xatirinə edir. Azərbaycanda İŞİD terrorçularının olduğu ittihamı ilə günlər öncə əsassız çıxışıyla yadda qalan SEPAH generalının həmin bəyanatı böyük ehtimalla Azərbaycana qarşı, Azərbaycanla sərhədlərdə hərbi əməliyyatlara zəmin hazırlamaq məqsədilə molla rejiminin planlaşdırdığı bir seçim ola bilər. Yəni İran eynilə Yaxın Şərqdəki proksi qüvvələri vasitəsilə, bu azmış kimi, hətta rəqabətdə olduğu PKK və İŞİD terrorçuları ilə sövdələşmələrə gedərək Cənubi Qafqazda suyu bulandırma, Azərbaycanı cəzalandırmağı ağlından keçirdiyi şübhə doğurmur.

Təəssüf ki, bu gün beynəlxalq oyunçular arasında Amerikanın mövqeyini ürəkaçan hesab etmək olmaz. Hətta İsrail mediası "Axios"un məlumatına görə Bayden İrana yeni bir müvəqqəti nüvə anlaşması təklif etməyə hazırlaşır. Yeni təklifə əsasən İran nüvə proqramının bəzi hissələrini dondurmalıdır, əvəzində isə İrana qarşı  sanksiyalar yumşaldılacaq. Daha sonra uzunmüddətli nüvə sazişi barədə müzakirələr aparılacaq. 

Demokratların İrana qarşı hərbi müdaxilə həvəsində olmadığı hər ötən gün özünü daha çox təsdiq edir. İsrail İranın nüvə silahı əldə edəcəyi halda müharibə başladacağını elan edib. Bayden hökuməti Yaxın Şərqdən "canını qurtarıb" Çinlə mübarizəyə, yəni Şərqi Asiyaya keçmək istəyindədir. Belə bir vəziyyətdə, Vaşinqton qarşısında ən əlverişli yolu İranın nüvə proqramını diplomatiya yolu ilə dayandırmaqda görür. Bayden bu yolu sona qədər yoxlamaqda israrlı təəssüratı bağışlayır. 

ABŞ həmişəki kimi öz maraqlarını coğrafiyaların taleyindən, onların təhlükəsizliyi məsələsindən vacib hesab etdiyi üçün bu gün Azərbaycanın yerləşdiyi regionda hadisələrə çox da müdaxilə etmək, Tehranın dikbaş siyasətinə adekvat reaksiyalar göstərməkdən bir qədər uzaqdır. Vaşinqton Yaxın Şərqdən uzaqlaşmaq üçün İranı qapı gördüyü üçün, indiki situasiyada ABŞ-ın istəyi molla rejimini, İranın məqsədi də Ağ Evi bir o qədər narahat edir kimi görünmür. 

Lakin hadisələr heç də hər şeyin məhz İranın istədiyi kimi yekunlaşacağı anlamına gəlmir. Çünki bu gün dünya çapında səsini duyura bilən, sözünü deyən bir Azərbaycan və onun güclü ordusu var. Xalq, dövlət, Ordu vəhdəti isə Azərbaycanın aşa bilməyəcəyi çay (Araz), maneə olmadığını artıq sübut edib. İran rejimi Bakını qısnamaq niyyətindən əl çəkməyəcəyi təqdirdə rəsmi Tehran Bakının daha sərt üzü ilə qarşılaşacaq. 

Təhməz Əsədov Son.az

Xalq artistinin xanımının “Louis Vuitton”dan alışveriş arzusu ÜRƏYİNDƏ QALDI like
  • 04 Apr 15:10  
Şou-biznes Xalq artistinin xanımının “Louis Vuitton”dan alışveriş arzusu ÜRƏYİNDƏ QALDI

Xalq artisti Yusif Eyvazov opera və vokal ifaçı həyat yoldaşı Anna Netrebk

arrow Ətraflı
Finlandiya NATOya rəsmi üzv oldu like
  • 04 Apr 15:05  
Dünya Finlandiya NATOya rəsmi üzv oldu

Finlandiya NATO-ya rəsmi üzv olub.

arrow Ətraflı
Macarıstan və Rumıniya Azərbaycanın təbii qazına ümid edir like
  • 04 Apr 14:59  
Digərləri Macarıstan və Rumıniya Azərbaycanın təbii qazına ümid edir

Macarıstan və Rumıniya Azərbaycanın təbii qazına ümid edirlər.

arrow Ətraflı
Selçuk Bayraktar Sumqayıt Kimya Sənaye Parkında olub like
  • 04 Apr 14:58  
Digərləri Selçuk Bayraktar Sumqayıt Kimya Sənaye Parkında olub

Ölkəmizdə səfərdə olan "Baykar" şirkətinin texniki direktoru S

arrow Ətraflı
"Gedirlər estetikin yanına, şəkilimi göstərib deyirlər ki, "məni Mətanətə oxşadın"" like
  • 04 Apr 14:00  
Şou-biznes "Gedirlər estetikin yanına, şəkilimi göstərib deyirlər ki, "məni Mətanətə oxşadın""

Müğənni Mətanət Əsədova özünü ona bənzədən məşhurlar haqda sərt

arrow Ətraflı
İlham Əliyev Seneqalın dövlət başçısını təbrik edib like
  • 04 Apr 13:50  
Siyasət İlham Əliyev Seneqalın dövlət başçısını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Seneqal Respublikasını

arrow Ətraflı
Qarabağda erməni sakin özlərinin basdırdığı minaya düşdü like
  • 04 Apr 13:38  
Digərləri Qarabağda erməni sakin özlərinin basdırdığı minaya düşdü

Qarabağda erməni sakin özlərinin basdırdığı minaya düşüb.

arrow Ətraflı
Yol hərəkəti iştirakçılarına müraciət like
  • 04 Apr 13:36  
Digərləri Yol hərəkəti iştirakçılarına müraciət

Bakı şəhər Dövlət Yol Polis İdarəsi yollarda baş verən bədbəxt hadis

arrow Ətraflı
Naxçıvan Hərbi Prokurorluğu yenidən təşkil olunacaq like
  • 04 Apr 13:22  
Digərləri Naxçıvan Hərbi Prokurorluğu yenidən təşkil olunacaq

Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğu yenidən təşkil olunacaq.

arrow Ətraflı
Bu obyektin faəliyyəti dayandırıldı  VİDEO  FOTO like
  • 04 Apr 13:12  
Digərləri Bu obyektin faəliyyəti dayandırıldı VİDEO FOTO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyy

arrow Ətraflı
Baş prokurora yeni səlahiyyət verilir like
  • 04 Apr 13:10  
Digərləri Baş prokurora yeni səlahiyyət verilir

Azərbaycanda Baş prokurora yeni səlahiyyət verilir.

arrow Ətraflı
Bakıda kişi 19 manata görə özünü öldürmək istədi  FOTO like
  • 04 Apr 13:02  
Digərləri Bakıda kişi 19 manata görə özünü öldürmək istədi FOTO

"Paytaxtın Nəsimi rayonunda özünü körpüdən atmaq istəyən şəxs x

arrow Ətraflı
İnam Kərimovun Ali Məhkəmənin hakimliyinə namizədliyi təsdiqləndi like
  • 04 Apr 12:58  
Siyasət İnam Kərimovun Ali Məhkəmənin hakimliyinə namizədliyi təsdiqləndi

İnam Kərimovun Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimliyinə nami

arrow Ətraflı