Yol hərəkəti iştirakçılarına müraciət


Digərləri 04 Apr 2023 13:36:00 232 0

Yol hərəkəti iştirakçılarına müraciət

Bakı şəhər Dövlət Yol Polis İdarəsi yollarda baş verən bədbəxt hadisələrlə bağlı hərəkət iştirakçılarına müraciət edib.

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, yaz mövsümü ilə əlaqədar paytaxt yollarında istər piyada qismində, istərsə də velosiped, skuter və bu kimi digər nəqliyyat vasitələrinin hərəkətliliyi əsaslı şəkildə hiss olunmaqdadır:

"Bu da mövsümə xarakterik olaraq təbii qiymətləndirilir. İstər piyada qismində, istərsə də sürücülərin gündəlik hərəkətlərinin gecə saatlarına qədər davam etməsi yol hərəkəti qaydalarının pozulması və bu fonda bir sıra bədbəxt hadisələrin artmasına gətirib çıxarır.

Baş vermiş yol-nəqliyyat hadisələrinin səbəblərinə gəldikdə isə müxtəlif, lakin eyni məzmun və xarakterli hallarla rastlaşırıq. Əsas səbəb isə bir çox hallarda yol hərəkəti qaydalarının pozulması və ya bəzi insanların bu həyati əhəmiyyətli qaydaları ciddiyə almamağından irəli gəlir".

DYP əməkdaşı vurğulayıb ki, sürücülər yolda müəyyən olunmuş sürət həddini görüb ona əhəmiyyət vermirsə, öz yolu ilə hərəkətdə olan, nəqliyyat axınında digər sürücülərə hörmətsizlik edərək nümayişkaranə şəkildə qarşı hərəkət zolağına çıxıb ziqzaqvari formada ötmə, manevr etməklə və yaxud yolayrıcını keçmə qaydalarını bilərəkdən və kobud şəkildə pozub, ara məsafəsi saxlamayıb, etdiyi qanunsuz hərəkətlərin nəticəsinə görə cavabdehlik daşıdığını unudurlarsa, bu, sadəcə, məsuliyyətsizlikdir: "Bunun sonu isə heç də hər zaman inzibati məsuliyyətlə bitmir".

Araz Əsgərli qeyd edib ki, piyadalar küçə və yolları onlar üçün nəzərdə tutulan yerlərdən keçməlidir: "Məhdudiyyətli görünmə, yəni duman, yağış, qar şəraitində, habelə sutkanın qaranlıq vaxtı xüsusilə diqqətli olun, qulaqlıqdan istifadə ətrafdakı avtomobillərin səsini eşitməyə imkan vermədiyi üçün yolu keçərkən ondan istifadə etməyin. Çalışın ki, yolunuz son mənzilə yox, mənzil başında sizi gözləyən doğmalarınızın yanına olsun!"

Naxçıvan Hərbi Prokurorluğu yenidən təşkil olunacaq like
  • 04 Apr 13:22  
Digərləri Naxçıvan Hərbi Prokurorluğu yenidən təşkil olunacaq

Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğu yenidən təşkil olunacaq.

arrow Ətraflı
Bu obyektin faəliyyəti dayandırıldı  VİDEO  FOTO like
  • 04 Apr 13:12  
Digərləri Bu obyektin faəliyyəti dayandırıldı VİDEO FOTO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyy

arrow Ətraflı
Baş prokurora yeni səlahiyyət verilir like
  • 04 Apr 13:10  
Digərləri Baş prokurora yeni səlahiyyət verilir

Azərbaycanda Baş prokurora yeni səlahiyyət verilir.

arrow Ətraflı
Bakıda kişi 19 manata görə özünü öldürmək istədi  FOTO like
  • 04 Apr 13:02  
Digərləri Bakıda kişi 19 manata görə özünü öldürmək istədi FOTO

"Paytaxtın Nəsimi rayonunda özünü körpüdən atmaq istəyən şəxs x

arrow Ətraflı
İnam Kərimovun Ali Məhkəmənin hakimliyinə namizədliyi təsdiqləndi like
  • 04 Apr 12:58  
Siyasət İnam Kərimovun Ali Məhkəmənin hakimliyinə namizədliyi təsdiqləndi

İnam Kərimovun Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimliyinə nami

arrow Ətraflı
Heydər Əliyevin 100 illiyi ilə bağlı yubiley medalı təsis edilir  Layihə təsdiqləndi like
  • 04 Apr 12:56  
Siyasət Heydər Əliyevin 100 illiyi ilə bağlı yubiley medalı təsis edilir Layihə təsdiqləndi

Heydər Əliyevin 100 illiyi ilə bağlı yubiley medalı təsis ediləcək.

arrow Ətraflı
Məşhur cütlüyün toyu oldu  FOTO like
  • 04 Apr 12:48  
Şou-biznes Məşhur cütlüyün toyu oldu FOTO

Türkiyəli aktyor Aksel Bonfil evlənib.

arrow Ətraflı
Bir qadının iki kişi ilə evlənməsinin səbəbi ortaya çıxdı  FOTO like
  • 04 Apr 12:24  
Dünya Bir qadının iki kişi ilə evlənməsinin səbəbi ortaya çıxdı FOTO

Sosial şəbəkədə qadının iki kişi ilə evləndiyi anların yer aldığı

arrow Ətraflı
Yüz yara bir ölüm etməz: Rusiyaya qarşı sanksiyalar niyə like
  • 04 Apr 11:56  
Siyasət Yüz yara bir ölüm etməz: Rusiyaya qarşı sanksiyalar niyə

Rusiya Federasiyasına qarşı Qərbin tətbiq etdiyi çox ağır sanksiyalar g�

arrow Ətraflı
Ziya Bünyadovun, Rafiq Tağının qətlinin sifarişi də İrandan gəlmişdi  Ziyafət Əsgərov like
  • 04 Apr 11:54  
Siyasət Ziya Bünyadovun, Rafiq Tağının qətlinin sifarişi də İrandan gəlmişdi Ziyafət Əsgərov

Azərbaycanın müstəqil daxili və xarici siyasəti İranın xoşuna gəlmir.

arrow Ətraflı
Ombudsman: 1991ci ildən indiyə qədər 3368 nəfər mina qurbanı olub like
  • 04 Apr 11:48  
Siyasət Ombudsman: 1991ci ildən indiyə qədər 3368 nəfər mina qurbanı olub

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)

arrow Ətraflı
Xəstəlik vərəqələri elektron qaydada təqdim olunacaq like
  • 04 Apr 11:46  
Digərləri Xəstəlik vərəqələri elektron qaydada təqdim olunacaq

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşd�

arrow Ətraflı
İranda Azərbaycana qarşı daha bir təxribat  FOTO like
  • 04 Apr 11:44  
Digərləri İranda Azərbaycana qarşı daha bir təxribat FOTO

İranda Azərbaycana qarşı təxribatlar davam etdirilir.

arrow Ətraflı