Azərbaycanın təşəbbüsü ilə BMTnin İnsan Hüquqları Şurasında qətnamə qəbul olunub
Siyasət 03 Apr 2023 20:38:00 329 0
3 aprel 2023-cü il tarixində Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 52-ci sessiyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə "Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının və Davamlı İnkişaf Məqsədlərinin təşviqi" adlı qətnamə yekdilliklə qəbul edilib.
Bu xəbəri də oxu: Ceyhun Bayramov Fuad Hüseyn ilə telefonla danışdı
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, sözügedən qətnaməyə 65 dövlət, o cümlədən ABŞ, Çin, Yaponiya, Avropa İttifaqı üzv dövlətləri, Avstraliya, Kanada, eləcə də Afrika, Asiya və Amerika qətələrini təmsil edən ölkələr həm-müəllif qismində qoşulub.
Qətnamənin irəli sürülməsində məqsəd ölkəmizin korrupsiyaya qarşı mübarizə sahəsində mühüm nailiyyətlərindən olan və Azərbaycanın beynəlxalq müstəvidə brendinə çevrilmiş "ASAN Xidmət" konsepsiyasına əsaslanan "dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması" prinsipinin BMT sistemi daxilində təşviq edilməsidir.
Qəbul edilmiş qətnamə səmərəli dövlət xidmətlərinin bütün insan hüquqlarının müdafiəsi və təşviqində və BMT-nin Dayanaqlı İnkişaf Gündəliyinin həyata keçirilməsində əhəmiyyətini vurğulayır. Rəqəmsal texnologiyaların korrupsiyanın qarşısının alınması və onunla mübarizədə oynadığı mühüm rolu ön plana çıxaran qətnamə dövlət xidmətləri sahəsində uğurlu modellər təsis etmiş BMT üzv ölkələrini öz təcrübələrini digərləri ilə bölüşməyə dəvət edir.
Qətnamə 2015-ci ildə "ASAN Xidmət"in təltif edildiyi "BMT-nin Dövlət Xidmətləri Mükafatı"nı dövlət xidmətlərinin göstərilməsi sahəsində dünyanın ən nüfuzlu mükafatı olaraq təsbit edir və BMT qurumlarını və digər beynəlxalq təşkilatları müvafiq sahədə mövcud olan uğurlu təcrübələri təşviq etməyə və mükafatlandırmağa davam etməyə çağırır.
Qətnamənin yekununda BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına insan hüquqlarının müdafiəsi və təşviqində və BMT-nin Dayanaqlı İnkişaf Məqsədlərinə nail olunmasında dövlət xidmətlərinin oynadığı rol barədə hesabatın hazırlanması tapşırığı verilir.
Qətnamənin yekdilliklə qəbul edilməsi və ona çoxsayda dövlətlərin həm-müəllif kimi qoşulması, "ASAN Xidmət"in təsis edilməsi və genişləndirilməsi də daxil olmaqla, ölkəmizdə insan hüquqlarının müdafiəsi və korrupsiyaya qarşı mübarizə istiqamətində islahatlara beynəlxalq ictimaiyyət tərəfindən göstərilən dəstəyin bariz göstəricisidir.
Bakıda iki vətəndaşın bank hesabından 20 min manata yaxın pul oğurlanıb
Aktrisa, model Milla Yovoviç ad günü olan ortancıl qızının fotolarını p
Aprelin 2-də Rusiyanın xalq artisti Filip Kirkorov Krasnoyarskda konsert verib
Sankt-Peterburq sakini internetdə ətçəkən maşın sifariş edib. Lakin ona
Gəncə Dövlət Universitetinin Alman dili fakültəsinin III kurs tələbəsi
Qrafik dizayner Rəsul Həsən yaşlı aktyor və rejissorlar üçün maraqlı t
"Sənət dostlarımla aramda nəsə inciklik olanda danışırıq, bir-biri
Yenidən ana olmağa hazırlaşan müğənni Rihanna sosial şəbəkədə oğlu
Yaşı 10 ildən artıq olan işlənmiş avtomobillərin idxalına tətbiq edil�
ABŞ-də qasırğanı telefonuna çəkən qadını həyati təhlükə ilə üzl�
Türkiyədə qalsaydım, fəaliyyətimə orada davam edəcəkdim
Rusiyanın Zabaykalsk rayonunun Rudnik Abaqaytuy kəndi yaxınlığında tüğya
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Xar
Rusiya və MDB ölkələrində məşhurlaşan müğənni Navai Bəkirovun şəxs