19 il əvvəlki qətlin üstü açıldı
Digərləri 02 Apr 2023 16:42:00 262 0
19 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayəti üzrə şübhəli şəxs ifşa edilib.
Son.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.
Belə k, Baş Prokurorluğun İstintaq idarəsində digər cinayət işinin istintaqı zamanı istintaqa daxil olmuş məlumat çərçivəsində yeni cinayət faktı aşkarlanıb.
Prokurorluq və daxili işlər orqanlarının əməkdaşları tərəfindən aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində 1981-ci il təvəllüdlü Dursun Nəbiyevin hazırda şəxsiyyəti istintaqa məlum olmayan qadını 2004-cü ildə Ağstafa rayonu, Poylu kəndi ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsi və meyiti basdırmasına əsaslı şübhələr müəyyən edilib. Aşkar edilmiş naməlum qadın meyiti ilə bağlı zəruri ekspertizalar təyin olunub.
Fakta görə Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Dursun Nəbiyev iş üzrə şübhəli şəxs qismində saxlanılıb.
Hazırda ibtidai istintaq davam etdirilir.
Zərərçəkmişin şəxsiyyətinin müəyyən edilməsi məqədilə qeyd olunan ərazidə yaşayan, həmçinin təxminən 35-40 yaşlarında qadın cinsli itkin düşmüş yaxınları olan şəxslərdən Baş Prokurorluğun "961" nömrəli Çağrı Mərkəzi, (012) 361-14-07 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələrinə (instagram, facebook, telegram, twitter), eləcə də, DİN-in 102 zəng mərkəzinə müraciət etmələri xahiş olunur.
Son.az
Son günlər insanların çoxu qripdən, öskürəkdən şikayətlənirlər. Bu
Tərtərin Talış kəndi istiqamətində Azərbaycan Ordusunun hərbçisi minay
Bir neçə gün əvvəl mətbuatda Britni Spirs və Sem Əsgərinin boşanma ər
Əfqanıstanda siyasi hakimiyyətdə olan "Taliban" hərəkatı Ramaza
Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, bu gün tələb olunan sən
Son.az Kulis.az-a istinadən müğənni, Əməkdar artist Sona Aslanova haqqınd
Müğənni Aynur Dadaşovanın avtomobilini əziblər.
İranın Ermənistan və Azərbaycandakı səfirlərinin dəyişdirilməsi qəra
Milli Məclisin sədri Sahibə Qafarova martın 28-də yaşadığı evin qarşı
Tarixi Zəfərimizdən ötən iki ildən artıq dövr hər sahədə olduğu kimi
Xəzər rayonu Binə qəsəbəsində yaşayan N.İsmayılov Xəzər Rayon Polis
Soyuq havalarda immuniteti gücləndirmək, xəstəliklərdən qorunmaq üçün
Dünən Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Vergi Məc�
Yaponiyada arxeoloji qazıntı işləri aparan alimlər nəhəng polad qılınc