Media məhsullarının təqdim edilməsi ƏDVdən azad olundu
Siyasət 01 Apr 2023 15:40:00 800 0
Media subyektləri (audiovizual media subyektləri istisna olmaqla) tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi, habelə Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslər tərəfindən media subyektlərinə (audiovizual media subyektləri istisna olmaqla) media fəaliyyəti ilə bilavasitə bağlı olan işlərin görülməsi və xidmətlərin göstərilməsi əlavə dəyər vergisindən azad edilib.
Bu xəbəri də oxu: İqlim üzrə fəaliyyətin inkişafı üçün dini liderlərin səsləri vacibdir
Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Sənədə əsasən, Məcəlləyə aşağıdakı dəyişikliklər edilir:
- 102.1.38-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 102.1.39-cu maddə əlavə edilsin:
"102.1.39. media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər (o cümlədən reklam gəlirləri), habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən maddi yardımlar - 2023-cü il yanvarın 1-dən 3 il müddətinə.";
- 106.1.31-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 106.1.32-ci maddə əlavə edilsin:
"106.1.32. media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər (o cümlədən reklam gəlirləri), habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən maddi yardımlar - 2023-cü il yanvarın 1-dən 3 il müddətinə.";
- aşağıdakı məzmunda 164.1.8-1-ci maddə əlavə edilsin:
"164.1.8-1. media subyektləri (audiovizual media subyektləri istisna olmaqla) tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi, habelə Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslər tərəfindən media subyektlərinə (audiovizual media subyektləri istisna olmaqla) media fəaliyyəti ilə bilavasitə bağlı olan işlərin görülməsi və xidmətlərin göstərilməsi - 2023-cü il yanvarın 1-dən 3 il müddətinə;";
- 218-1.1.6-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 218-1.1.7-ci maddə əlavə edilsin:
"218-1.1.7. media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər (o cümlədən reklam gəlirləri), habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən maddi yardımlar - 2023-cü il yanvarın 1-dən 3 il müddətinə.".
Bu Qanun 2023-cü il yanvarın 1-dən tətbiq edilir.
Xalq artisti Fatma Mahmudovaya bahalı bağ evi hədiyyə edilib.
Türkiyədə Van-Erciş magistral yolunda baş verən qəzada elektrik dirəyin
Heydər Əliyev görkəmli şəxsiyyət idi və daima müasirlərinin yüksək d
Xalq artisti Mehriban Zəkinin səhhəti ilə bağlı xəbər var.
Türkiyənin Kahramanmaraş bölgəsində baş verən dəhşətli zəlzələnin
"Lunarcrush" kriptokompaniyası 62 "Bitсoin"in açarının
Xalq artisti Nazpəri Dostəliyeva bacısı Zeynəb Dostəliyevanı itirdikdən
Aprel ayının 1-də saat 02:30-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd
"İşğal dövründə ermənilər tərəfindən vəhşicəsinə dağıntıl
Pişiklər də təkamül edir, texnologiya ilə uzlaşır. Bu günlərdə bir pi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü
Rusiya ilə hərbi-texniki əməkdaşlıqdan vaz keçən Ermənistan müdafiə s
Rusiyanın Tver vilayətində çalşan Oğuzun Padar kənd sakini ad günündə
"Saflıq insanda hər zaman var. Amma bu həyatda insanı iyrəndirib, çir