Kamaləddin Qafarov: “Laçınlıların rahat yaşamaları təmin ediləcək”


Siyasət 01 Apr 2023 14:00:00 357 0

Kamaləddin Qafarov: “Laçınlıların rahat yaşamaları  təmin ediləcək”

"İşğal dövründə ermənilər tərəfindən vəhşicəsinə dağıntılara və talançılığa məruz qoyulmuş Azərbaycan rayonlarından biri də Laçın olub. Laçın ölkəmizin ən böyük rayonlarından biri kimi  böyük potensiala malikdir. İşğala qədər rayonda 1 şəhər, 1 qəsəbə, 125 kənd mövcud idi. Laçın rayonu zəngin faydalı qazıntılarla, o cümlədən 3 filiz, 37 qeyri-filiz və inşaat materialları yataqları, civə, vermikulit, üzlük daşları, sement xammalı və tikinti daşı yataqları ilə zəngindir. 1992-ci il mayın 18-də  Ermənistan tərəfindən Laçın rayonu işğal edildikdən sonra bütün infrastruktura dağıdıcı zərbələr vuruldu. Rayonda 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edildi. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qaldı. Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edildi. Ermənilərin işğal dövründə Azərbaycan ərazilərində törətdikləri çoxsaylı hərbi cinayətlərdən biri də qanunsuz məşkunlaşdırma ilə bağlı olmuşdur. İşğal dövründə Ermənistan Laçında da qanunsuz məskunlaşma siyasəti aparmış, xaricdə yaşayan ermənilər həm Laçın şəhərinə, həm bir neçə kəndə gətirilmiş və orada yerləşdirilmişlər. Bu, bütün beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır". Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov bildirib.

K.Qafarov deyib: "2020-ci ilin sentyabr-noyabr aylarında Azərbaycan xalqı özü beynəlxalq hüququn aliliyini və tarixi ədaləti bərpa etdi. Cari ilin mart ayının 28-də dövlətimizin başçısı Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsini bu vəzifəyə yeni təyin olunması ilə əlaqədar qəbul edərkən  Laçının məhz hərbi-siyasi yolla azad olunması məsələsinə toxunaraq bildirdi ki, İkinci Qarabağ müharibəsi dövründə Laçın rayonunun işğaldan azad edilməsi əsas vəzifələrdən biri idi və Azərbaycan faktiki olaraq rayonun cənub hissəsini hərbi əməliyyatlar yolu ilə azad etdi. 2020-ci il noyabrın 9-u, Vətən müharibəsinin sonuncu günü Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olundu. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. Nəhayət 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə götürüldü. Bununla da Azərbaycan həm hərb meydanında, həm də diplomatik danışıqlar masası arxasında tam üstünlüyünü bir daha sübuta yetirdi".

Deputat Laçın rayonunun təhlükəsizliyinin təmin olunmasının oraya qayıdacaq keçmiş köçkünlərin rahat yaşamaları üçün vacib şərtlərdən biri olduğunu qeyd edib: "Prezident İlham Əliyevin çıxışında bundan sonra Laçın rayonunun həm təhlükəsizliyinin qorunması, həm də oraya keçmiş məcburi köçkünlərin tezliklə qaytarılmasını əsas vəzifələrdən biri kimi qeyd etməsi heç də təsadüfi deyil. Çünki bu iki məsələ bir-biri ilə sıx bağlıdır. Çox təəssüflər olsun ki, münaqişə başa çatsa da Ermənistan tərəfi hələ də müəyyən xarici qüvvələrin təhriki ilə Azərbaycanla sülh müqaviləsini imzalamaqdan yayınmağa çalışır. Ölkəmiz bu qüvvələrin anti-Azərbaycan ruhlarını yaxşı tanıyır. Otuz ilə yaxın müddət ərzində davam edən işğal dövründə məhz bu qüvvələr münaqişəni dondurmaq, işğalı möhkəmləndirmək üçün əllərindən gələni edirdilər. Buna görə də Azərbaycan hər zaman öz torpaqlarının təhlükəsizliyini və ərazi bütövlüyünün toxunulmazlığını təmin etməyə hazır olmalıdır. Məhz bu məqsədlə Laçın rayonunun Ermənistanla sərhəd istiqamətləri üzrə bütün mühəndis-istehkam işləri artıq başa çatmaq üzrədir. Bu gün ölkəmiz Azərbaycan-Ermənistan sərhədi istiqamətində çox əlverişli mövqelərə sahibdir. Laçın rayonunun təhlükəsizliyi ilə bağlı dövlətimiz tərəfindən bütün gərəkən addımlar atılır, tədbirlər görülür və bu tədbirlər imkan verir ki, oraya qayıdacaq soydaşlarımız rahat, təhlükəsizlik şəraitində yaşasınlar.Minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq və laçınlılar bu il öz doğma diyarına qayıdacaqlar. 2021-ci ilin 14 fevral və 16 avqust tarixlərində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev Laçın rayonunda səfərdə olmuşdur. Dövlətimizin başçısı fevralın 14-də Güləbird kəndində Azərbaycan bayrağını şəxsən qaldırmışdı. Artıq iki ildən artıq zamandır ki, Laçın rayonunda fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır. Rayonda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək. Laçın şəhərinin yenidən qurulması keçən ilin avqustun 26-dan icra edilir. Birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Bütün bu işlərin cari ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur".

Pişik dispenserdən belə istifadə edir  VİDEO like
  • 01 Apr 13:58  
Digərləri Pişik dispenserdən belə istifadə edir VİDEO

Pişiklər də təkamül edir, texnologiya ilə uzlaşır. Bu günlərdə bir pi

arrow Ətraflı
Ərdoğan Finlandiyanın NATOya üzvlüyü ilə bağlı protokolu təsdiqlədi like
  • 01 Apr 13:56  
Digərləri Ərdoğan Finlandiyanın NATOya üzvlüyü ilə bağlı protokolu təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü

arrow Ətraflı
Ermənilər ümidlərini yunanlara dikiblər – haylar üçün like
  • 01 Apr 13:48  
Digərləri Ermənilər ümidlərini yunanlara dikiblər – haylar üçün

Rusiya ilə hərbi-texniki əməkdaşlıqdan vaz keçən Ermənistan müdafiə s

arrow Ətraflı
Rusiyada işləyən azərbaycanlının ad günündə qəfil ölümü  Detallar like
  • 01 Apr 13:46  
Şou-biznes Rusiyada işləyən azərbaycanlının ad günündə qəfil ölümü Detallar

Rusiyanın Tver vilayətində çalşan Oğuzun Padar kənd sakini ad günündə

arrow Ətraflı
"Ömür boyu yaxşılıq elə, üçbeş gün etmə, ən pis insan sən olacaqsan"  VİDEO like
  • 01 Apr 13:36  
Şou-biznes "Ömür boyu yaxşılıq elə, üçbeş gün etmə, ən pis insan sən olacaqsan" VİDEO

"Saflıq insanda hər zaman var. Amma bu həyatda insanı iyrəndirib, çir

arrow Ətraflı
Sabah da intensiv yağış yağacaq like
  • 01 Apr 13:22  
Digərləri Sabah da intensiv yağış yağacaq

Sabahın hava proqnozu açıqlanıb.

arrow Ətraflı
"Azərbaycan Xəzər regionunun əsas ölkəsidir" like
  • 01 Apr 13:12  
Digərləri "Azərbaycan Xəzər regionunun əsas ölkəsidir"

Zəngəzur dəhlizinin açılması Avrasiyada regional qarşılıqlı əlaqələ

arrow Ətraflı
"O tabutdakı doğrudan sizsiniz, Ramiz müəllim?"  VİDEO like
  • 01 Apr 13:00  
Şou-biznes "O tabutdakı doğrudan sizsiniz, Ramiz müəllim?" VİDEO

Mərhum Xalq artisti Ramiz Novruzun qızı Şəfəq Novruz onunla bağlı payla�

arrow Ətraflı
Qazaxıstanda Heydər Əliyevin həyatı barədə sənədli film nümayiş olunacaq like
  • 01 Apr 12:55  
Kriminal Qazaxıstanda Heydər Əliyevin həyatı barədə sənədli film nümayiş olunacaq

Qazaxıstanın "Qazaqstan" dövlət telekanalında Heydər Əliyevin 1

arrow Ətraflı
Ayxan Hacızadə iranlı həmkarına cavab verdi like
  • 01 Apr 12:54  
Siyasət Ayxan Hacızadə iranlı həmkarına cavab verdi

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə

arrow Ətraflı
Yeni qərar avtomobilləri nə qədər bahalaşdıra bilər? like
  • 01 Apr 12:36  
Digərləri Yeni qərar avtomobilləri nə qədər bahalaşdıra bilər?

Xəbər verildiyi kimi, martın ayının 28-də Nazirlər Kabineti "İstism

arrow Ətraflı
Vəzifəli şəxslər rüşvətə görə həbs olundular like
  • 01 Apr 12:32  
Digərləri Vəzifəli şəxslər rüşvətə görə həbs olundular

Xəbər verildiyi kimi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətin

arrow Ətraflı