"Kupça"larla bağlı MÜHÜM XƏBƏR VAR Əks halda vətəndaşlar...
Digərləri 31 Mar 2023 21:21:00 303 0
"Vətəndaş hər hansısa bir əmlaka külli miqdarda pul ödəyirsə, o əmlakın tikilmə və istismar müddəti ilə bağlı onlara rəsmi olaraq yazılı məlumatlar verilməlidir".
Bu xəbəri də oxu: Elektrik mühərrikli taksilərin üstünlükləri nədir?
Son.az bildirir ki, bu fikirləri açıqlamasında Mərkəzi Rieltor Bürosunun direktoru, əmlak eksperti Elnur Fərzəliyev deyib. Onun sözlərinə görə, dünya təcrübəsində istismar müddətini bitirmiş binalardakı mənzillərin satış qiymətləri normal və nisbətən yeni tikilmiş mənzillərin satış qiymətlərindən bir neçə dəfə ucuz təklif olunduğu halda Azərbaycanda vətəndaşlar aldıqları əmlaklarla bağlı dolğun məlumat əldə edə bilmədikləri üçün qiymətlərlə bağlı məlumatsız olurlar.
Bakıda güclü zəlzələ olsa, yeni tikili binalar çökə bilər? -
"Vətəndaş hər hansısa bir əşya və yaxud məhsul alarkən aldığı məhsulun istehsal və bitmə tarixinə baxır. Həmçinin istehsalçı müəssisə və yaxud şirkətin rekvizitləri məhsullar üzərində qeyd olunur. Avtomobillərin texniki pasportlarında da onların istehsal tarixi və markaları qeyd olunur. Hər hansısa bir məhsul üzərində onun istehsal tarixi olmadıqda vətəndaş haqlı olaraq öz iradını satıcıya və yaxud istehsalçıya bildirməlidir. Ölkəmizdə son 20 ildə tikinti sahəsi çox sürətlə inkişaf edir. Lakın inşa edilən nə çoxmənzilli binalardakı mənzillərin sənədlərində, nə də fərdi yaşayış evlərinin çıxarış və texniki pasportlarında bu tikililərin tikilmə və istismar müddətinin bitməsi ilə bağlı məlumatlar var. Bu gün ölkəmizdə, xüsusən də paytaxt Bakı və digər böyük şəhərlərimizdə daşınmaz əmlakların satış qiymətləri əhalinin gəlirləri nisbətində yetəri qədər bahadır. Vətəndaş hər hansısa bir əmlaka yüksək məbləğfə pul ödəyirsə, o əmlakın tikilmə və istismar müddəti haqqında ona rəsmi olaraq yazılı məlumatlar verilməlidir. Əks halda vətəndaşların özlərinin də bilmədən ucuz əmlakları baha qiymətə almış olurlar".
Elnur Fərzəliyev qeyd etdi ki, bu qanunla da tənzimlənərsə alıcıların fırıldaqçılar tərəfindən aldanılmasının qarşısını ala bilər.
Maqnit qasırğaları sağlamlıq üçün potensial təhlükələrdir. Onlar Yer
Xankəndidəki avantürist erməni milyarder Ruben Vardanyan Ermənistanda hakim
Müğənni Beyonsun həyat yoldaşı, reper Cey-Z-nin sərvəti bəlli olub.
Bakıda bir qrup vətəndaş əmək kitabçalarını bir vaxtlar işlədikləri
Belçikada futbolçunun 200 km/saat sürətlə idarə etdiyi avtomobil idman zal
"Vüqarın heç bir sənət dostu məni itirib-axtarmır. Xəstəyəm, ayaq
Son.az APA TV-yə istinadən videonu təqdim edir.
"Səs Azərbaycan-doğma nəğmələr" yarışmasında bir neçə ay m
İsrail İranla mümkün qarşıdurmalara hazırlıqlar çərçivəsində Tehran
Azərbaycan özünün beynəlxalq enerji, o cümlədən, "yaşıl" ene
Hələ yazdır, ancaq ölkədə içməli su qıt olduğu üçün qrafiklərlə v
Azərbaycanda internet telekommunikasiya sahəsində xidmət göstərən operato