İran Azərbaycana hücum hazırlığı görür Rejim


Siyasət 31 Mar 2023 16:00:00 265 0

İran Azərbaycana hücum hazırlığı görür  Rejim

İran Azərbaycana qarşı təxribatlarını dayandırmaq, səfirliyimizə edilən hücumu araşdırmağa başlamaq və bu haqda Bakını məlumatlandırmaq əvəzinə daha kəskin hücumlar üzərində çalışdığının şahidiyik.

Təəssüf ki, aradakı gərginliyi azaltmaq əvəzinə İran molla rejimindən Azərbaycana qarşı riyakarlıqdan başqa bir şey görmürük. Halbuki iki ölkə arasındakı gərginliyi də başladan elə ilk gündən məhz İran molla-fars rejiminin tutduğu mövqe oldu.

Vətən müharibəsindən sonra Ermənistanla qardaşlığı Azərbaycanla düşmənçiliyə dəyişən rəsmi Tehran aradakı gərginliyi azaltmaq əvəzinə ritorikasında hədə, təhdid, güc nümayişi, terror elementlərini bu gün də sürətlə artırmaqdadır. 

Öz gözündə tiri görməyən, özgə gözündə tük axtarır...

İran Ordusunun Quru Qoşunlarının komandanı Kiyumərs Heydərinin son açıqlaması iki ölkə arasında soyuq olan münasibətləri biraz da dondurdu. O bildirib ki, Qafqazda bir neçə son dərəcə həssas məsələ var:

✔️ Bunlardan biri "ölkə sərhədləri daxilində sionist rejim ünsürlərinin mövcudluğu"dur.

✔️ Digər problem 2022-ci ildə Azərbaycanla Ermənistan arasında gedən müharibə zamanı münaqişə tərəflərindən birinin təşəbbüsü ilə guya burada meydana çıxan Suriyadan terrorçuların bölgədə olması ilə bağlıdır. Həmin terror ünsürlərinin regionu tərk etməsi ilə bağlı İran tərəfindən heç bir etibarlı məlumat yoxdur.

✔️ Bir başqa məsələ, regionda dövlət sərhədlərinin qanunsuz dəyişdirilməsinin yolverilməzliyidir. Onun sözlərinə görə, İran qonşu dövlətlərin sərhədlərinə hörmətlə yanaşır, lakin onların dəyişdirilməsinə imkan verməyəcək.

Belə bir şey nə dünya siyasətində var, nə də onun beynəlxalq hüququnda ki, sən bir dövlətin sərhədlərinə hörmətlə yanaşasan, amma onun faktiki olaraq 30 il ərazində dəyişdirilərək işğalçıların istifadəsində olmasına bir dəfə də olsun həmin müddət ərzində səs çıxarmayasan, etiraz bildirməyəsən. 

İran generalı Kiyuməs Heydərinin bu açıqlamaları əslində molla rejiminin regionla bağlı planlarını növbəti dəfə ifşa etdi. İlk dəfə idi ki, Azərbaycan Müdafiə Nazirliyi İran tərəfindən Azərbaycana qarşı iftira dolu bəyanata belə operativ və sərt reaksiyası ilə diqqət mərkəzinə düşdü. 

Müdafiə Nazirliyi İran Ordusunun Quru Qoşunlarının komandanı Kiyumərs Heydərinin ittihamlarına cavabında bildirib ki, "Bu ittihamın məhz terrorizmi dəstəkləyən və adı dünyanın müxtəlif ölkələrində terror əməllərinin törədilməsində keçən dövlətin yüksək çinli hərbçisi tərəfindən irəli sürülməsi istehza və gülünc doğurur".

Burada xüsusilə ən diqqətçəkən məqamlardan biri Bakının Tehranın "terrorçularla" bağlı ittihamlarına ilk dəfə məhz "terroru dəstəkləyən İrandır" kontekstində cavab verməsidir. Belə aydın olur ki, artıq Bakı çox yaxşı anlayır ki, tehran Azərbaycanla münasibətləri korlamaqda, vəziyyəti gərginləşdirməkdə maraqlı tərəfdir. Bu da böyük ehtimalla Azərbaycan-İran xəttində gərginliyin yeni mərhələdə davam edəcəyinə bir işarədir.

Amma Heyədrinin əsassız ittihamlarına Bakının cavabı daha sərt və yerində oldu. Bakının cavabı Heydərinin Azərbaycanı 44 günlük müharibədə İŞİD terrorçularını bölgəyə gətirməsinə dair iddiasına cavab olmaqla yanaşı, həm də son hadisələr - səfirliyimizə və millət vəkili Fazil Mustafaya hücumla bağlı Tehrana verilən "baş verənlərin arxasında sizin dayandığınızı bilirik" mesaj idi.

Bütün bu təzyiq dolu bəyanatların, çıxışların, təxribatların məhz Təl-Əvivdə Azərbaycan səfriliyinin açılması ərəfində baş verməsi isə təbii ki, heç də təsadüf bir məsələ deyil. 

Molla rejiminin israrla Azərbaycanda "suriyalı terrorçular" olduğu iddiasını davam etdirməsi qəribə olduğu qədər həm də təhülkəli ittiham növüdür. Müharibə vaxtı ortaya atılan bu iddiaları artıq Ermənistanın belə dilə gətirmədiyi bir vaxtda indi Tehranın ortaya düşərək Azərbaycanı "terrorçu" saxlamaqla ittiham etməsi, böhtan atması İranın bölgəmizdə yeni hərbi eskalasiya riskini artırmaq, buna zəmin hazırlamaq üçün qurulmuş plandan başqa bir məsələ deyil. 

İranın bu absurd ritorikanı davam etdirməsində bir qəribəlik də axtarmağa gərək yox. İkinci Qarabağ müharibəsindən üzü bu yana molla rejiminin Azərbaycana qarşı tutduğu mövqenin hansı xətt üzrə inkişafı "İrandan hər pisliyi gözləməliyik" fikrini aktuallaşdırır. 

iranın bu ittihamlarının, böhtanlarının isə əsas səbəbi Yaxın Şərqdə olduğu kimi Cənubi Qafqazda da "sionist"lə yanaşı, "təkfirçi" narrativindən də istifadə etməklə Azərbaycanla geosiyasi çəkişməyə dini-ideologiya don geyindirməyə çalışmaq və bununla da, Azərbaycana qarşı hazırladığı "silahlı proksi qrup"larına ideoloji legitimlik və dəstək yaratmaq istəyindən irəli gəlir. 

Bunu biraz da konkretləşdirsək, İran rejimi Yaxın Şərqdəki mübarizə narrativləri, oradakı xaos durtumu Cənubi Qafqaza proyeksiya etməkdə maraqlıdır. Bu, İranın bu zamana kimi olduğu bütün coğrafiyalarda belə olub, yəni İranın oyun stili dəyişməz olaraq qalır.

Beləcə, İran regionda hərbi toqquşma üçün bəhanə axtarışlarını dava etdirir. Niyə Azərbaycanın İsraildə səfrilik açmasından narahatlıq duyan molla rejimi niyə məhz qardaş bildiyi Ermənistanın artıq neçə illərdir İsraildə səfirliyinin olması bugünə kimi narahat etməyib? 

Əgər İranı tək Azərbaycanın İsraildə səfirlik açması məsələsi narahat edirsə, bunun hesabını Ermənistandan da sormağı bilməlidir. Əgər İran Qafqazda sionist ölkələrlə bağlı bəyanat verirsə ilk növbədə Ermənistan ittiham etməlidir. 

Azərbaycanın artıq hansı dövlətlə, hansı müstəvidə münasibət quracağı, dostluq əlaqələri yaradacağı Bakının öz qərarı, öz işidir. Rəsmi Bakı imkan verməyəcək ki, ona edilən bu cür terror təhdidləri ilə Azərbaycanın maraq və prinsipləri zərbə altına düşsün. 

Təhməz Əsədov Son.az

Yeddi yaşlı uşaqların oyununda mindən çox azarkeş  VİDEO like
  • 31 Mar 15:53  
Dünya Yeddi yaşlı uşaqların oyununda mindən çox azarkeş VİDEO

Avstriyanın "Zaltsburq" klubunun fanatları maraqlı addımla gündə

arrow Ətraflı
XİN: Fazil Mustafaya qarşı terror aktının istintaqının ilkin izləri İrana dəlalət edir like
  • 31 Mar 15:50  
Siyasət XİN: Fazil Mustafaya qarşı terror aktının istintaqının ilkin izləri İrana dəlalət edir

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun İsrail D�

arrow Ətraflı
“Bayramovun səsləndirdiyi fikirlərə diqqətlə qulaq assın”  Rəsmi Bakıdan İrana cavab like
  • 31 Mar 15:48  
Siyasət “Bayramovun səsləndirdiyi fikirlərə diqqətlə qulaq assın” Rəsmi Bakıdan İrana cavab

"Azərbaycan  xarici işlər naziri Ceyhun Bayramovun İsrail Dövlətinə

arrow Ətraflı
Qorxaq Tehran rejimi özünü like
  • 31 Mar 15:46  
Siyasət Qorxaq Tehran rejimi özünü

İstisnasız olaraq bütün qonşu dövlətlərə qarşı özünü meqagüc, heg

arrow Ətraflı
AzərbaycanABŞ Yaşıl Enerji Forumu keçiriləcək like
  • 31 Mar 15:44  
Digərləri AzərbaycanABŞ Yaşıl Enerji Forumu keçiriləcək

3 aprel 2023-cü il tarixində Bakı Biznes Mərkəzində Energetika Nazirliyi v

arrow Ətraflı
“Xəzər”in canlı efirinə pələng gətirildi  VİDEO like
  • 31 Mar 15:42  
Digərləri “Xəzər”in canlı efirinə pələng gətirildi VİDEO

Xəzər TV-nin canlı efirində maraqlı anlar yaşanıb.

arrow Ətraflı
Azərbaycan Qızıl Aypara Cəmiyyəti “LUMUN” holdinq ilə qarşılıqlı əməkdaşliğa başladı like
  • 31 Mar 15:35  
Digərləri Azərbaycan Qızıl Aypara Cəmiyyəti “LUMUN” holdinq ilə qarşılıqlı əməkdaşliğa başladı

30 Mart 2023-cü il tarixində, IFRC dəstəyi ilə - Azərbaycan Qızıl Aypara

arrow Ətraflı
Azərbaycanlı məşhur aktyor teatrda dava edib like
  • 31 Mar 15:31  
Şou-biznes Azərbaycanlı məşhur aktyor teatrda dava edib

"Teatr heç vaxt rahatlığını tapmayacaq. Baxmayaraq ki, bizim məmlək�

arrow Ətraflı
Azərbaycanda benzin ucuzlaşacaqmı? like
  • 31 Mar 15:20  
Digərləri Azərbaycanda benzin ucuzlaşacaqmı?

Dünya bazarında neftin qiyməti ucuzlaşıb. Hazırda bazarda neftin bir barel

arrow Ətraflı
Meyxanaçı Kərimdən YENİ XƏBƏR like
  • 31 Mar 15:09  
Şou-biznes Meyxanaçı Kərimdən YENİ XƏBƏR

Meyxanaçı Kərimin vəziyyəti stabil ağır olaraq qalır. 

arrow Ətraflı
Aprelin hava proqnozu açıqlandı like
  • 31 Mar 15:07  
Digərləri Aprelin hava proqnozu açıqlandı

Aprel ayına olan hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Aynişan ŞriLankada fili ÇİMİZDİRDİ like
  • 31 Mar 14:58  
Şou-biznes Aynişan ŞriLankada fili ÇİMİZDİRDİ

Əməkdar artist Aybəniz Haşımovanın bloqer qızı Aynişan paylaşımı il�

arrow Ətraflı
Qərbi Azərbaycan İcması 31 Mart  Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb like
  • 31 Mar 14:51  
Siyasət Qərbi Azərbaycan İcması 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb

Qərbi Azərbaycan İcması 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü i

arrow Ətraflı
Putinin Moldova planı: like
  • 31 Mar 14:47  
Digərləri Putinin Moldova planı:

Rusiya Moldova ərazisində 50 min nəfərlik hərbi dəstə yaratmağa qadirdir

arrow Ətraflı