Qərbi Azərbaycan İcması 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb


Siyasət 31 Mar 2023 14:51:00 291 0

Qərbi Azərbaycan İcması 31 Mart  Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb

Qərbi Azərbaycan İcması 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb.

Bu barədə Son.az-a İcmanın mətbuat xidmətindən məlumat verilib.

Bəyanatda bildirilir:

"31 Mart - Azərbaycanlıların Soyqırımı Gününü Qərbi azərbaycanlılar xüsusi hüznlə qeyd edirlər. Qafqaza ermənilərin kütləvi köçürülməsindən sonra, erməni ektremist silahlı qrupları və Ermənistan hökuməti tərəfindən Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirilib. Soyqırımı etnik nifrət aşılayan irqçi ideologiya zəminində sistemli şəkildə həyata keçirilib.

1918-ci il martın 31-də Bakıda ifrat millətçi "Daşnaksütyun" partiyasının silahlı birliyi tərəfindən törədilmiş kütləvi qətliam ondan əvvəlki və sonrakı dövrlərdə, tarixi Azərbaycan torpaqlarında xalqımıza qarşı həyata keçirilmiş genişmiqyaslı soyqırımı təcəssüm edən dəhşətli bir hadisədir.

1905-ci ildən başlamış bu soyqırımı Azərbaycanın qərb hissəsində xüsusilə amansız olub. Ermənistan ordusu 1918-20-ci illərdə İrəvan şəhəri, Zəngəzur, Göyçə, Dərələyəz, Sürməli, Şərur və digər bölgələrdə azərbaycanlılara qarşı kütləvi qırğınlar törədib və etnik təmizləmə həyata keçirib.

Ermənistan ordusunun 1918-ci ildə Qacarlar dövlətinin Xoy, Salmas, Urmiya və Qaradağ bölgələrinə soxularaq oraya pənah aparmış qaçqınları və yerli azərbaycanlıları kütləvi şəkildə öldürməsi bu dövlətin təkcə öz ərazisində etnik təmizləmə aparmaq deyil, həm də azərbaycanlıları bir qrup kimi tamamilə məhv etmək niyyətini sübut edir.

Yüz minlərlə azərbaycanlının öldürüldüyü bu soyqırımı aktları nəticəsində vaxtilə indiki Ermənistan ərazisində əhalinin 80 faizindən çoxunu təşkil etmiş azərbaycanlılar artıq 1921-ci ildə həmin ərazidə etnik azlıq təşkil etməyə başladılar. 1948-52, 1987-91-ci illərdə aparılmış etnik təmizləmə nəticəsində azərbaycanlılar tamamilə oradan qovulublar. Hazırda bir nəfər də olsun azərbaycanlı indi Ermənistan adlanan o ərazidə qalmayıb.

Azərbaycanlıların bütün tarixi-mədəni irsi, məscidləri və qəbiristanlıqları dağıdılıb. 1897-ci ildə dövlət qeydiyyatına alınmış 269 məsciddən cəmi 1-i salamat qalıb.

Ermənistan BMT-nin Nizamnaməsinə, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə və insan hüquqları sahəsində çoxsaylı beynəlxalq konvensiyalara tərəf olsa da, irqçi siyasətini davam etdirir. Bu ölkə azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına mane olur, azərbaycanlılara qarşı insanlıq əleyhinə cinayətlər və terror aktları törətmiş Qaregin Njde, Andranik Ozanyan, Drastamat Kanayan, Monte Melkonyan kimi ünsürləri şöhrətləndirilir və Njdeizm kimi nasist ideologiyanı dövlət səviyyəsində təşviq edir.

Biz Ermənistan dövlətini törətdiyi soyqırımı, etnik təmizləmə, insanlıq əleyhinə cinayətlər və müharibə cinayətlərinə görə məsuliyyətini etiraf etməyə və barışıq naminə zəruri addımları atmağa çağırırıq. Ermənistan oradan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına şərait yaratmalı və dağıtdığı Azərbaycan mədəni irsini bərpa etməlidir. Həmçinin, Ermənistan azərbaycanlılara qarşı nifrət və ayrı-seçkiliyi aşılayan siyasət və praktikasını dayandırmalı, insanlıq əleyhinə cinayət törətmiş şəxsləri ədalət məhkəməsinə təslim etməli, onları şöhrətləndirməyə dərhal son verməli, azərbaycanlılara qarşı cinayətlərdə iştirak etmiş hərbi və siyasi xadimlərə, terrorçulara qoyulmuş abidələri sökməli və aparılmış yer adları dəyişliklərini ləğv etməlidir".

Putinin Moldova planı: like
  • 31 Mar 14:47  
Digərləri Putinin Moldova planı:

Rusiya Moldova ərazisində 50 min nəfərlik hərbi dəstə yaratmağa qadirdir

arrow Ətraflı
Ərdoğanı dəstəkləməyənlər Türk Dünyasına xəyanət edir like
  • 31 Mar 14:39  
Siyasət Ərdoğanı dəstəkləməyənlər Türk Dünyasına xəyanət edir

"Bu gün, qardaş Türkiyədə prezident seçkiləri gedən bir ərəfədə

arrow Ətraflı
“Bayraktar Kızılelma” 20 min fut yüksəklikdə... like
  • 31 Mar 14:36  
Digərləri “Bayraktar Kızılelma” 20 min fut yüksəklikdə...

Türkiyənin "Bayraktar Kızılelma" dronu 20 min fut yüksəkliyə qa

arrow Ətraflı
Lavrov Abdullahianı aşağıladı like
  • 31 Mar 14:25  
Digərləri Lavrov Abdullahianı aşağıladı

Mart ayının 30-da İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın

arrow Ətraflı
Gömrük əməkdaşı 640 manat rüşvətə görə həbs olunub like
  • 31 Mar 14:14  
Kriminal Gömrük əməkdaşı 640 manat rüşvətə görə həbs olunub

Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin Ş

arrow Ətraflı
Qəzaya düşən Mehriban Zəkinin son vəziyyəti açıqlandı like
  • 31 Mar 14:03  
Şou-biznes Qəzaya düşən Mehriban Zəkinin son vəziyyəti açıqlandı

Avtomobil qəzası keçirən Xalq artisti Mehriban Zəkinin səhhətindən xəb�

arrow Ətraflı
Evdə oynayarkən yıxılan 6 yaşlı uşaq öldü like
  • 31 Mar 13:58  
Digərləri Evdə oynayarkən yıxılan 6 yaşlı uşaq öldü

Lənkəranda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş

arrow Ətraflı
Seçki korluğu: Qərb mediasının Azərbaycana qarşı qərəzli mövqeyi haqqında like
  • 31 Mar 13:54  
Siyasət Seçki korluğu: Qərb mediasının Azərbaycana qarşı qərəzli mövqeyi haqqında

Azərbaycan Respublikası Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi bir s

arrow Ətraflı
Prezident 4 yaşayış məntəqəsini birləşdirən yolun tikintisinə 6,7 milyon manat ayırıb like
  • 31 Mar 13:49  
Siyasət Prezident 4 yaşayış məntəqəsini birləşdirən yolun tikintisinə 6,7 milyon manat ayırıb

Prezident İlham Əliyev Zaqatala rayonunun Yevlax-Zaqatala-Gürcüstanla dövl�

arrow Ətraflı
Qaydaları heçə saydı, dəhşətli qəzaya səbəb oldu like
  • 31 Mar 13:41  
Digərləri Qaydaları heçə saydı, dəhşətli qəzaya səbəb oldu

Ötən gün Göyçayda baş verən zəncirvari yol-nəqliyyat hadisəsinin gör�

arrow Ətraflı
Prezident İlham Əliyevə "Togg" avtomobili təqdim ediləcək like
  • 31 Mar 13:21  
Siyasət Prezident İlham Əliyevə "Togg" avtomobili təqdim ediləcək

Prezident İlham Əliyevə Türkiyə istehsalı olan "Togg" avtomobili

arrow Ətraflı
Stoltenberq: İsveçin NATOya üzvlüyünə nail olacağam like
  • 31 Mar 13:19  
Dünya Stoltenberq: İsveçin NATOya üzvlüyünə nail olacağam

Məqsədim İsveçin alyansa üzvlüyünü Türkiyədə keçiriləcək seçkidə

arrow Ətraflı
“WhatsApp”da yeni funksiya ilə bağlı detallar like
  • 31 Mar 13:08  
Digərləri “WhatsApp”da yeni funksiya ilə bağlı detallar

"WhatsApp"ın beta versiyasında "Newsletter" (xəbər büll

arrow Ətraflı
Görkəmli xanəndə Əlibaba Məmmədovun xatirə gecəsi keçirilib like
  • 31 Mar 13:01  
Kriminal Görkəmli xanəndə Əlibaba Məmmədovun xatirə gecəsi keçirilib

Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, görkəmli xanəndə  Əlibaba

arrow Ətraflı