Qanunsuz çalışan ocaqxanaların fəaliyyəti dayandırılıb
Digərləri 30 Mar 2023 11:24:00 242 0
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlərin görülməsini davam etdirir.
Bu xəbəri də oxu: Bakının bu ərazilərində qaz olmayacaq
FHN-dən Son.az-a verilən xəbərə görə, Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Göygöl rayonu, Toğanalı kənd sakinləri Rəşid Akif oğlu Məhərrəmov, Elmidar Eldar oğlu Həsənov, Dəyanət Mənzil oğlu Həsənov, Rəhman Ağarıza oğlu Quliyev, Təranə Əjdər qızı Əliyeva, Elmir Hidayət oğlu Həsənov, Ağarza Rəhman oğlu Quliyev, Yaşa Dəmir oğlu Ocaqverdiyev, Rabil Zabit oğlu Quliyev, Azər Qafar oğlu Qurbanov, Aybəniz Tapdıq qızı Abbasova və Əfəndi Yaşa oğlu Ocaqverdiyevə məxsus həyətyanı sahələrdə qeyri-qanuni yolla ağac kömürü istehsal edən ocaqxanalar aşkar olunub.
Sıx meşə ilə sərhəddə qanunsuz fəaliyyətlə məşğul olan işbazlar tərəfindən kustar üsülla düzəldilmiş, heç bir yanğın təhlükəsizliyi qaydalarının tələblərinə cavab verməyən ocaqxanaların yaşayış massivində, həmçinin meşə ərazisinin yaxınlığında istismar edilməsi yanğın təhlükəsini yaratmaqla, baş verə biləcək yanğının qısa zamanda geniş əraziyə yayılması, eləcə də təbiətə, insan həyatı və sağlamlığına təhlükə riskinə səbəb olur.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə qanunvericiliyin tələblərinə zidd olaraq ağac kömürünün hazırlandığı ocaqxanaların fəaliyyəti dayandırılaraq, onları təşkil edən Göygöl rayonu, Toğanalı kəndinin adı çəkilən sakinləri barəsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətində fakt rəsmiləşdirilib və qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına rəsmi müraciətlər edilib.
Martın 29-da Xətai rayonunda yerləşən 204 və 269 nömrəli tam orta məkt�
Qarabağda Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərə
Məlum olduğu kimi, bu il fevralın 23-də Prezident İlham Əliyev müəlliml�
Məşhur türkiyəli sənətçi Özcan Deniz ölümlə təhdid olunub.
Qərbi Azərbaycan İcması (QAİ) Avropa İttifaqının Ermənistandakı missiy
Paytaxtın əsas yol sahələrindən olan Babək prospektinin Oqtay Vəliyev kü
"Mən həyatda kiminsə diktəsi ilə oturub-duran insan deyiləm. Nə də
Azərbaycanın Gürcüstan və Türkiyə ilə quru sərhədlərinin mayın 1-də
Rusiyalı səyahət bloggeri Yuri Çilikin müqəddəs dağın fonunda çılpaq
Yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun C
"Fazil müəllim bu gün daha yaxşıdır. Artıq hər şey geridə qaldı,
Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında yeni hərtərəfli tərəfdaş
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanı
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitinin kəskin dəyişməs
Rusiyanın Moskva vilayətinin Balaşixa şəhərində məktəbli qız tanışı