Qərbi Azərbaycan İcması Markus Ritterin qərəzli bəyanatına cavab verdi


Digərləri 30 Mar 2023 10:29:00 246 0

Qərbi Azərbaycan İcması Markus Ritterin qərəzli bəyanatına cavab verdi

Qərbi Azərbaycan İcması (QAİ) Avropa İttifaqının Ermənistandakı missiyanın rəhbəri Markus Ritterin qərəzli və həqiqətə uyğun olmayan bəyanatına cavab verib.

Bu barədə Son.az-a İcmanın mətbuat xidmətindən məlumat verilib.

Bəyanatda bildirilib: "Avropa İttifaqının Ermənistandakı missiyanın rəhbəri Markus Ritter bu günlərdə bəyanat verərək Azərbaycanın Ermənistana xəyali hücumunun qarşısını almaqdan dəm vurub. M.Ritter bununla da tarixçəsi Azərbaycana qarşı hərbi təcavüz, işğal, etnik təmizləmə, insanlıq əleyhinə cinayətlərlə dolu olan və hazırda da Azərbaycanın ərazi bütövlüyünə qarşı əməllərini davam etdirən Ermənistanı qurban kimi, Ermənistanın bütün bu cinayətlərinin qurbanı olmuş Azərbaycanı isə mənfi ruhda verməyə cəhd edib.

Biz M.Ritterə xatırlatmaq istərdik ki, Avropa İttifaqının insan hüquqlarının müdafiəsi məqsədilə göndərdiyi missiyanın üzərinə Ermənistandan qovulmuş azərbaycanlılarla bağlı böyük və konkret vəzifə düşür. Onun missiyasının açıldığı sərhəd zonasında yerləşən yaşayış məskənlərinin demək olar ki, hamısı azərbaycanlıların yaşamış olduqları və etnik təmizləməyə məruz qaldıqları məkanlardır. Əminik ki, missiya o kəndlərdə dağıdılmış azərbaycanlı məzarlıqlarını və mədəni irsini hər gün görür.

Belə olan təqdirdə, missiya rəhbəri öz mandatına uyğun olaraq gözünün qarşısında olan insan hüquqları pozuntuları ilə məşğul olmaq əvəzinə iftira və təxribat xarakterli bəyanat verməsi təəssüf doğurur.

Biz missiyanı öz işi ilə məşğul olmağa və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə göndərdiyimiz məktubda istədiyimiz kimi, aşağıdakıları həyata keçirməyə çağırırıq:

- Ermənistana qayıdacaq qovulmuş azərbaycanlıların təhlükəsiz qayıdışına töhfə vermək;

- Münaqişənin Ermənistandan zorla qovulmuş azərbaycanlılara təsirinə dair məlumat toplamaq, o cümlədən, azərbaycanlıların mülkiyyətinin və mədəni irsinin vəziyyəti barədə hesabatlar hazırlamaq;

- Ermənistandan qovulmuş azərbaycanlılar üçün etimad quruculuğu tədbirləri hazırlamaq və həyata keçirmək, o cümlədən, onların öz evlərini, qəbiristanlıların, müqəddəs yerlərini və mədəni abidlərini ziyarət edə bilmələrinə şərait yaratmaq;

- İcma ilə birlikdə beynəlxalq humanitar hüquq, insan hüquqları, mülkilərin qorunması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin, o cümlədən, Qadınlar, sülh və təhlükəsizlik mövzusunda 1325 (2000) nömrəli qətnaməsinin, Gənclər, sülh və təhlükəsizlik mövzusunda 2250 (2015) nömrəli və Uşaqlar və Silahlı Münaqişələr mövzusunda 1612 (2005) nömrəli qətnaməsinin müddəalarına dair müvafiq proqramlar hazırlamaq və icra etmək.

Avropa İttifaqı, o cümlədən onun Ermənistandakı missiyası insan hüquqları sahəsində tərəfsiz və müfəssəl səyləri ilə Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarına hörməti təşviq etməli və bununla davamlı sülhün əldə olunmasına yardım etməlidir".

Babək prospektində dəyişiklik edildi like
  • 30 Mar 10:18  
Digərləri Babək prospektində dəyişiklik edildi

Paytaxtın əsas yol sahələrindən olan Babək prospektinin Oqtay Vəliyev kü

arrow Ətraflı
Bu ölkələrlə quru sərhədlərimiz açılır like
  • 30 Mar 09:56  
Digərləri Bu ölkələrlə quru sərhədlərimiz açılır

Azərbaycanın Gürcüstan və Türkiyə ilə quru sərhədlərinin mayın 1-də

arrow Ətraflı
Tanınmış blogger müqəddəs bir yerdə çılpaq poza verdi like
  • 30 Mar 09:49  
Şou-biznes Tanınmış blogger müqəddəs bir yerdə çılpaq poza verdi

Rusiyalı səyahət bloggeri Yuri Çilikin müqəddəs dağın fonunda çılpaq

arrow Ətraflı
Ordumuz bir neçə yüksəkliyi nəzarətə götürdü  RƏSMİ like
  • 30 Mar 09:46  
Siyasət Ordumuz bir neçə yüksəkliyi nəzarətə götürdü RƏSMİ

Yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun C

arrow Ətraflı
Fazil Mustafanın son durumu AÇIQLANDI like
  • 30 Mar 09:45  
Digərləri Fazil Mustafanın son durumu AÇIQLANDI

"Fazil müəllim bu gün daha yaxşıdır. Artıq hər şey geridə qaldı,

arrow Ətraflı
Aİ və Azərbaycan arasında yeni saziş: like
  • 30 Mar 09:44  
Siyasət Aİ və Azərbaycan arasında yeni saziş:

Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında yeni hərtərəfli tərəfdaş

arrow Ətraflı
Ombudsman bəyanat yaydı: "Ədalətin təmin olunmasına dəstək verməyə çağırıram” like
  • 30 Mar 09:38  
Siyasət Ombudsman bəyanat yaydı: "Ədalətin təmin olunmasına dəstək verməyə çağırıram”

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanı

arrow Ətraflı
Yol polisi sürücülərə xəbərdarlıq etdi: like
  • 30 Mar 09:34  
Digərləri Yol polisi sürücülərə xəbərdarlıq etdi:

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitinin kəskin dəyişməs

arrow Ətraflı
Məktəbli qız oğlanlarla əlbir olub anasını öldürtdü like
  • 30 Mar 09:29  
Digərləri Məktəbli qız oğlanlarla əlbir olub anasını öldürtdü

Rusiyanın Moskva vilayətinin Balaşixa şəhərində məktəbli qız tanışı

arrow Ətraflı
"Münasibətlərimizdə yeni dövrə qədəm qoyuruq" like
  • 30 Mar 09:18  
Siyasət "Münasibətlərimizdə yeni dövrə qədəm qoyuruq"

Azərbaycanın İsraildə səfirliyinin açılması ikitərəfli münasibətlər

arrow Ətraflı
İranda restoranlar müştərilərin hicabsız girişinə və canlı musiqiyə görə bağlandı like
  • 30 Mar 09:14  
Digərləri İranda restoranlar müştərilərin hicabsız girişinə və canlı musiqiyə görə bağlandı

İranın Mazandaran əyalətinin Nouşəhr şəhərində 3 restoran müştəril�

arrow Ətraflı
172 avtobusun hərəkətində gecikmə yaranıb like
  • 30 Mar 09:06  
Digərləri 172 avtobusun hərəkətində gecikmə yaranıb

Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına �

arrow Ətraflı
Xəyanət edən arvadı bağışlayan kişi... like
  • 30 Mar 08:59  
Şou-biznes Xəyanət edən arvadı bağışlayan kişi...

"Hamının gedəni qayıtsın, amma sevən gedirsə, qayıdışı yaxşı o

arrow Ətraflı
Doğuşdan "bədbəxt" olan 4 bürc açıqlandı like
  • 30 Mar 08:55  
Digərləri Doğuşdan "bədbəxt" olan 4 bürc açıqlandı

Xarakterə təsir edən əlamətlər də hər duyğuya istiqamət verir. Bəzi b

arrow Ətraflı