XİNdən Paşinyanın iddialarına cavab


Siyasət 23 Mar 2023 17:44:00 167 0

XİNdən Paşinyanın iddialarına cavab

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistanın baş naziri N.Paşinyan tərəfindən martın 23-də səsləndirilmiş əsassız iddialarla bağlı yerli medianın sualına cavab verib.

O, bildirib:

"Tərəfimizdən müfəssəl şəkildə cavablandırılmasına baxmayaraq, Ermənistan Xarici İşlər Nazirliyinin 18 mart tarixində verilmiş bəyanatını inadkarcasına təkrarlayan Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycana qarşı səsləndirdiyi tamamilə əsassız iddialarını pisləyir və rədd edirik.

Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hədə olan və Ermənistanın üzərinə götürdüyü beynəlxalq öhdəlikləri heçə sayan Ermənistan rəhbərliyinin təcavüzkar ritorikası Ermənistanın bölgədə sülhdə maraqlı olmadığını göstərir.

Baş nazir Nikol Paşinyana tövsiyə edirik ki, tarixdən dərs çıxararaq, 30 il ərzində Azərbaycan ərazilərini işğal edən, yüz minlərlə azərbaycanlıya qarşı etnik təmizləmə həyata keçirən Ermənistanı doğru istiqamətə yönəltsin, Azərbaycanın 2020-ci ildən bəri irəlilətdiyi sülh gündəliyinə mane olmasın, habelə Azərbaycanın ərazi bütövlüyünə qəsd və daxili işlərinə qarışmaq kimi təcavüzkar fəaliyyətlərdən əl çəksin.

Ermənistanın etnik təmizləmə siyasətinin qurbanı olmuş keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışını Azərbaycan tərəfindən Üçtərəfli bəyanatın pozuntusu kimi qələmə verilməsi qəbuledilməzdir. Eynilə, Ermənistan tərəfinin özünü Azərbaycanın erməni sakinlərinin "hüquq müdafiəçisi" kimi təqdim etməyə heç bir mənəvi haqqı yoxdur.

Ermənistanın həm öz ərazisində, həm də 30 illik müddətdə işğal altında saxladığı şəhər və kəndlərdə azərbaycanlılara məxsus mülkləri dağıtmaqla yanaşı, bu ərazilərə qanunsuz şəkildə erməniləri köçürən Ermənistanın Azərbaycanın öz suveren ərazilərində və tarixi torpaqlarında məskunlaşma həyata keçirməsinə qarşı çıxması absurddur. Bu bəyanat həmçinin Ermənistanın dönə-dönə istinad etdiyi Praqa və Soçi razılaşmaları ilə də birbaşa ziddiyyət təşkil edir.

Azərbaycanlıları Ermənistanın indiki ərazisindəki tarixi torpaqlarından zorla qovan, Azərbaycanda yüzlərlə etnik xalqın sülh və əmin-amanlıq şəraitində yaşamasını həzm etməyən və bununla bağlı uydurma fikirlər səsləndirən Ermənistanın monoetnik dövlət olmadığını iddia etməsi erməni saxtakarlığının növbəti nümunəsidir.

Əgər Ermənistan həqiqətən də Azərbaycana qarşı öz ərazi iddialarından, revanşist siyasətindən əl çəkmək niyyəti varsa, bu kimi təcavüzkar ritorikadan imtina etməlidir. Ermənistan tərəfi bölgədə sülhdə maraqlıdırsa, Azərbaycanın mərkəzi hakimiyyət orqanlarının erməni sakinlərin reinteqrasiya məqsədli təmaslarına müdaxilə etməyə, buna əngəl törətmək cəhdlərinə son qoymalıdır".

Barbara Palvin nişanlandı  FOTO like
  • 23 Mar 17:36  
Şou-biznes Barbara Palvin nişanlandı FOTO

Aktyor Dilan Sprous və model Barbara Palvin nişanlanıb.

arrow Ətraflı
“Camry” həvəskarlarına bəd xəbər like
  • 23 Mar 17:24  
Digərləri “Camry” həvəskarlarına bəd xəbər

Yaponiyanın avtomobil nəhəngi "Toyota" şirkəti bu ilin sonunda d�

arrow Ətraflı
“Özüm morqa gedənədək inanmadım” like
  • 23 Mar 17:12  
Şou-biznes “Özüm morqa gedənədək inanmadım”

Aparıcı Vüsalə Əlizadə prodüser Oqtay Əliyevin efir ölüm xəbərini a�

arrow Ətraflı
Qəbiristanlıqdan qayıdan şəxsin qarşısını kəsdilər, qəfil öldü like
  • 23 Mar 16:48  
Digərləri Qəbiristanlıqdan qayıdan şəxsin qarşısını kəsdilər, qəfil öldü

Nefçala rayonunda qəbiristanlıqdan qayıdan şəxs qəfil vəfat edib.

arrow Ətraflı
“Oqtayın övladlarının Dilarəyə dəstək olmalarına heyranam” like
  • 23 Mar 16:24  
Şou-biznes “Oqtayın övladlarının Dilarəyə dəstək olmalarına heyranam”

Əməkdar artist Dilarə Əliyevanın qardaşı, aktyor Vüsal Murtuzəliyev nö

arrow Ətraflı
ÜSTdən vəba ilə bağlı like
  • 23 Mar 16:00  
Digərləri ÜSTdən vəba ilə bağlı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) vəba xəstəliyinin dünyada yayılma

arrow Ətraflı
"Bu mövzu çox həssasdır" like
  • 23 Mar 15:50  
Siyasət "Bu mövzu çox həssasdır"

Son.az Trend-ə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyin

arrow Ətraflı
Dilarə Əliyeva həyat yoldaşı ilə vidalaşdı  VİDEO like
  • 23 Mar 15:46  
Şou-biznes Dilarə Əliyeva həyat yoldaşı ilə vidalaşdı VİDEO

Dilarə Əliyeva həyat yoldaşı ilə vidalaşıb.

arrow Ətraflı
Medvedev: Putini həbs etmək Rusiyaya qarşı müharibə elan etməkdir like
  • 23 Mar 15:24  
Digərləri Medvedev: Putini həbs etmək Rusiyaya qarşı müharibə elan etməkdir

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Beynəlxalq

arrow Ətraflı
"Dünəndən hamımız şok vəziyyətindəyik"  VİDEO like
  • 23 Mar 15:12  
Şou-biznes "Dünəndən hamımız şok vəziyyətindəyik" VİDEO

"Oqtay müəllimin dünyasını dəyişməsinə hamımız çox sarsılmış

arrow Ətraflı
Rusiya XİN: "Ermənistan və Azərbaycanı danışıqları bərpa etməyə çağırırıq" like
  • 23 Mar 15:04  
Siyasət Rusiya XİN: "Ermənistan və Azərbaycanı danışıqları bərpa etməyə çağırırıq"

Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün y

arrow Ətraflı