Kimlər Putinin həbsini istəyir? –
Dünya 18 Mar 2023 22:37:00 317 0
Dünyanın müxtəlif ölkələrinin liderləri və diplomatları Beynəlxalq Cinayətlər Məhkəməsinin (BCM) Rusiya Prezidenti Vladimir Putinə qarşı həbs qərarı çıxarmasına münasibət bildiriblər.
Bu xəbəri də oxu: Ukraynadakı münaqişəyə görə Baydeni günahlandırdı
Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, Litva Prezidenti Gitanas Nauseda Putinin digər cinayətlərinin də araşdırılmasını tələb edib.
Onun sözlərinə görə, Ukrayna xalqına qarşı törədilmiş digər cinayətləri: işgəncə, zorlama və qırğınları araşdırmağın vaxtı çatıb.
Estoniya Prezidenti Alar Karis "Heç bir cinayət cəzasız qalmır" ifadəsini işlədib.
Həmin ölkənin Baş naziri Kaya Kallas BCM-in qərarına belə reaksiya verib: "Rusiya rejimi cavab verəcək".
Çexiya xarici işlər naziri Yan Lipavski isə deyib ki, Rusiya prezidenti hərbi cinayətlərə görə məsuliyyət daşıyır və təcavüz cinayətinə görə də mühakimə olunmalıdır.
Latviya xarici işlər naziri Edqars Rinkeviçs də BCM-in qərarını alqışlayıb: "Beynəlxalq hüququ pozanlar cəzasız qalmamalıdır".
Litva xarici işlər naziri Qabrielius Landsberqis isə bildirib ki, Putinin həbs edilməsi haqda qərar yeni presedent yaradır: "Tarix yalnız bütün hərbi cinayətlər və təcavüz cinayətləri araşdırıldıqda və günahkarlar mühakimə olunanda sona çatacaq".
"Hollandiya da müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayətlər üçün cəzasızlıqla mübarizədə BCM-i dəstəkləyir", - bu ölkənin xarici işlər naziri Vopke Hokstra deyib.
"Atam Füzulidə "sovxoz" direktoru olub. O vaxta görə o vəzif
Amerikanın Pirssburq Universitetini alimləri müəyyən ediblər ki, Afrikanı
"Bir küçük gün ışığı" serialının ulduzu, məşhur türk akt
Onkoloq-mammoloq Danail Nazliev öz bloqunda "Kama Sutra"da döş xər
Son vaxtlar sosial şəbəkələrdən istifadə edilməklə müxtəlif kiberdəl
Dublin universitetinin alimləri araşdırmalar nəticəsində belə qənaətə
Britaniya Qazaxıstana Azərbaycandan keçən neft ixracına kömək edəcək B
"Məndən soruşdular ki, maşını niyə dəyişmirsən. Cavab verdim ki,
Rusiyanın Volqoqrad vilayətində üç yaşlı uşağı döyən qadına qarşı
Məhkəmə Pakistanın sabiq Baş naziri və müxalif "Ədalət uğrunda h�
Məhkəmə türkiyəli aktrisa Farah Zeynəb Abdullahla bağlı qərar qəbul ed
Evdə rahat olmaq vacibdir, lakin bu o demək deyil ki, siz pinti olmalısınız
Novruz bayramı ilə əlaqədar bəzi təhsil müəssisələrində çalışanlar
Çanaqqalada Azərbaycan şəhidlərinin xatirə abidəsi ucaldılıb.