Ben Afflek pis aludəçiliyindən və Cey Lo ilə münasibətlərindən DANIŞDI FOTO
Digərləri 17 Mar 2023 23:30:00 319 0
Hollivudun məşhur kinoulduzu Ben Afflek "The Hollywood Reporter" dərgisinin yeni buraxılışının siması olub.
Bu xəbəri də oxu: Avro BAHALAŞDI, dollar bu qiymətə oldu
Son.az bizim.media-ya istinadən bildirir ki, aktyor geniş müsahibəsində həyat yoldaşı Cennifer Lopezlə münasibətindən və alkoqolizmlə mübarizəsindən danışıb.
"Mən istəmədən alkoqolizmin və narkomaniya ilə mübarizənin aktyor siması oldum və ən yaxşı tərəfi odur ki, bəzən insanlar mənə zəng edib, "Hey, mənə kömək edə bilərsənmi?" deyirlər. Bunu bacardığıma görə çox şadam.
12 addımın əsas hiyləsi odur ki, onlar sizdən başqa insanlara kömək etməyinizi istəyirlər, çünki bu yolla özünüzə kömək edirsiniz. Tez-tez aludə olan insanlara deyirəm ki, mən onların yerində olsaydım, aludəçilik haqqında açıq danışmazdım. Kiminsə, nümunəsi olmaq lazım deyil".
Ben Afflek bir neçə dəfə spirtli içki asılılığından müalicə olunub. Digər səbəblər arasında o, spirtli içkilərdən sui-istifadə etməsinə səbəb kimi işdəki çətinlikləri və 3 övladı olduğu aktrisa Cennifer Qarnerlə evliliklərindəki çətinlikləri göstərib.
Afflek müsahibəsində bildirib ki, Cennifer Lopez ona sosial şəbəkələri idarə etməkdə kömək edir. Aktyor mənfi təcrübəyə malik olduğu üçün açıqlamalarına çox ehtiyatla yanaşdığını qeyd edib:
"O, mənim təcrübəmin məni çox ehtiyatlı olmağa vadar etdiyini düşünür və bunda haqlıdır. Mən bunları çox təhlükəli görürəm, düşünürəm ki, bircə dənə də olsa səhv nə isə desəniz, karyeranız bitəcək.
Rusiya prezidenti haqda qərarı Beynəlxalq Haaqa Məhkəməsi deyil, Beynəlxa
Viktoriya və Devid Bekhem həmyaşıdları arasında ən atletik və fit ulduz
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla eyni ad, soyad və ata adına ma
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiyanın NATO-ya daxil olmas
Ermənistan hakimiyyəti KTMT-dən çıxma prosesini başladıb.
Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Estoniyadakı səfiri Mariana Be
Aktyor Türkay Cəfərli instaqramda qalmaqallı status paylaşıb.
Türkiyənin məşhur cütlüyü aktyor Kıvanç Tatlıtuğ modelyer Başak Diz