Peşə məktəblərində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək


Siyasət 17 Mar 2023 15:34:00 169 0

Peşə məktəblərində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək

Prezident İlham Əliyev Peşə təhsili müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Fərman imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Fərmanla Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın icrası ilə əlaqədar qərara alınır:

- Peşə təhsili müəssisələrində 2023-cü il aprelin 1-dən peşə təhsili pilləsinin bütün səviyyələri üzrə dövlət büdcəsinin vəsaiti hesabına kadr hazırlığı mərhələli şəkildə adambaşına maliyyələşdirmə prinsipi əsasında dövlət sifarişi ilə həyata keçirilsin.

- Adambaşına maliyyələşdirmə prinsipi əsasında kadr hazırlığı həyata keçirilən peşə təhsili müəssisələrində 2023-2026-cı illərdə 12 000 (on iki min) təhsilalana münasibətdə ayrı-ayrı ixtisaslar üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına artım əmsalı tətbiq edilsin.

- Müəyyən edilsin ki:

- hər tədris ili üçün ayrı-ayrı ixtisaslar üzrə peşə təhsili pilləsinin bütün səviyyələrinə dövlət sifarişi ölkənin əmək bazarının xüsusiyyətləri və prioritet inkişaf istiqamətləri nəzərə alınmaqla, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırılmış təklifləri əsasında müəyyənləşdirilir;

- Azərbaycan Respublikasının Nazirlər Kabineti dövlət sifarişinə uyğun olaraq, hər tədris ili üçün ayrı-ayrı ixtisaslar üzrə peşə təhsili pilləsinin bütün səviyyələrinə tələbə qəbulunu həmin il may ayının 1-dək təsdiq edir.

- Azərbaycan Respublikasının Nazirlər Kabineti:

- ayrı-ayrı ixtisaslar üzrə peşə təhsili müəssisələrində dövlət sifarişi ilə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını, habelə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə peşə təhsili müəssisələrində kadr hazırlığının maliyyələşdirilməsi və hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına artım əmsalının tətbiq edilməsi qaydalarını bir ay müddətində təsdiq etsin;

- bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

- Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi hər növbəti təqvim ili üçün dövlət büdcəsinin vəsaiti hesabına adambaşına maliyyələşdirmə prinsipi əsasında dövlət sifarişi ilə kadr hazırlığını həyata keçirəcək peşə təhsili müəssisələrinin siyahısını və təhsilalanlarının sayını, eləcə də hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına artım əmsalı tətbiq ediləcək təhsilalanların sayını Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən etsin.

- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın icrasından irəli gələn tədbirlərin dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsini təmin etsin.

Ordubadın icra başçısı vəzifəsindən azad olundu like
  • 17 Mar 15:31  
Siyasət Ordubadın icra başçısı vəzifəsindən azad olundu

Elşad Novruz oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İc

arrow Ətraflı
Azərbaycan və BƏƏ arasında sürücülük vəsiqələri qarşılıqlı tanınacaq like
  • 17 Mar 15:30  
Siyasət Azərbaycan və BƏƏ arasında sürücülük vəsiqələri qarşılıqlı tanınacaq

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Daxili İşlər Naz

arrow Ətraflı
Serbiya ilə bağlı bu Saziş təsdiqləndi like
  • 17 Mar 15:26  
Siyasət Serbiya ilə bağlı bu Saziş təsdiqləndi

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Serbiya

arrow Ətraflı
Bakı metrosunda qadınlar arasında dava  VİDEO like
  • 17 Mar 15:25  
Digərləri Bakı metrosunda qadınlar arasında dava VİDEO

Bakı metrosunda iki qadın arasında dava düşüb.

arrow Ətraflı
Ukraynanın Rusiyanı məğlub etmək ŞANSI YOXDUR like
  • 17 Mar 15:24  
Siyasət Ukraynanın Rusiyanı məğlub etmək ŞANSI YOXDUR

"Ukrayna Silahlı Qüvvələri ötən il iki əks-hücum əməliyyatı (Xar

arrow Ətraflı
Günelin özünə aldığı yeni dəbdəbəli ev  VİDEO like
  • 17 Mar 15:17  
Şou-biznes Günelin özünə aldığı yeni dəbdəbəli ev VİDEO

Müğənni Günel Məhərrəmova özünə dəbdəbəli ev aldığı üzə çıx�

arrow Ətraflı
Böyükşor gölündə naməlum kişi meyiti tapılıb like
  • 17 Mar 15:06  
Kriminal Böyükşor gölündə naməlum kişi meyiti tapılıb

Böyükşor gölündə naməlum kişi meyiti tapılıb.

arrow Ətraflı
Ötən il 963 tikinti obyektində işlər dayandırılıb like
  • 17 Mar 14:55  
Digərləri Ötən il 963 tikinti obyektində işlər dayandırılıb

Hesabat dövründə fiziki və hüquqi şəxslər tərəfindən tikinti işləri

arrow Ətraflı
"Evlərin sənədləşdirilməsi problemi ölü nöqtədən tərpənmir" like
  • 17 Mar 14:44  
Digərləri "Evlərin sənədləşdirilməsi problemi ölü nöqtədən tərpənmir"

Milli Məclisdə icazə olmadan tikilən fərdi yaşayış evlərinin sənədlə

arrow Ətraflı
Məşhəddə ailə övladını satışa çıxardı like
  • 17 Mar 14:33  
Digərləri Məşhəddə ailə övladını satışa çıxardı

İranın Məşhəd şəhərində ailə övladını satışa çıxarıb.

arrow Ətraflı
Yenidənqurmadan sonra Xanoba gömrük postu istismara verilib like
  • 17 Mar 14:22  
Digərləri Yenidənqurmadan sonra Xanoba gömrük postu istismara verilib

Martın 17-də yenidənqurmadan sonra Xanoba gömrük postunun istismara verilm�

arrow Ətraflı
Fədayənin sevgilisi olmuş "Qoca" ləqəbli avtoritetin like
  • 17 Mar 14:20  
Digərləri Fədayənin sevgilisi olmuş "Qoca" ləqəbli avtoritetin

2017-ci ilin oktyabrın 23-də həbsdən qaçan "Qoca" ləqəbli krimi

arrow Ətraflı
Quru sərhədlər nə vaxt açılacaq? like
  • 17 Mar 14:17  
Digərləri Quru sərhədlər nə vaxt açılacaq?

Baş nazirin müavini Şahin Mustafayev quru sərhədlərinin açılması məsə

arrow Ətraflı
Heydər Əliyev və Babək prospektlərini birləşdirən yolda like
  • 17 Mar 14:11  
Digərləri Heydər Əliyev və Babək prospektlərini birləşdirən yolda

Heydər Əliyev və Babək prospektlərini birləşdirən avtomobil yolu tunelin

arrow Ətraflı