Elektron Təhlükəsizlik Xidməti media qurumlarını xəbərdar edir
Digərləri 14 Mar 2023 15:58:00 298 0
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında AnchorElektron Təhlükəsizlik Xidmətinin (ETX) məlumatına görə, son günlər media qurumlarına məxsus sosial şəbəkə və sosial media platformalarındakı hesabların ələ keçirilməsi halları müşahidə edilir.
Bu xəbəri də oxu: Səhər kofe içənlər daha çox yaşayır ARAŞDIRMA
Xidmətin apardığı ilkin araşdırma nəticəsində məlum olub ki, hesablar fişinq və digər hücumlar nəticəsində ələ keçirilir. Bəzən istifadəçilərin e-poçt və sosial şəbəkə hesablarının mesaj bölməsinə şifrin dəyişdirilməsi, sosial şəbəkə və sosial media platformasında qayda və şərtlərin yenilənməsi ilə bağlı saxta keçidlər göndərilir. Həmin keçidlərə daxil olan istifadəçilərin hesab məlumatlarını qarşı tərəfə təqdim etmələri onların hesablarının oğurlanması ilə nəticələnir.
Elektron Təhlükəsizlik Xidməti istifadəçilərə sosial şəbəkə hesablarının və sosial media platformalarının təhlükəsizliyinin təmin olunması məqsədilə bunları tövsiyə edir:
Şübhəli mənbələrdən göndərilən keçidlərə daxil olmayın;
Çətin və unikal şifrlərdən (https://bit.ly/3LrQROW), eləcə də ikimərhələli autentifikasiyadan (https://bit.ly/3JAPJav) istifadə edin;
Sosial şəbəkə hesabları vasitəsilə üçüncü tərəf tətbiqlərə və saytlara giriş imkanı verərkən diqqətli olun;
İctimai və ortaq istifadə edilən cihazlarda sosial şəbəkə hesablarından çıxış edin.
Müvafiq təhlükə ilə qarşılaşan media qurumları "1654" qaynar xətti, www.cert.az saytı və [email protected] e-poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət edə bilər.
Cənubi Afrikalı reper Kosta Tiç konserti zamanı vəfat edib.
AK Parti Sədrinin birinci müavini Binəli Yıldırım çətin günlərdə dost
Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Əməkdar müəllim Musa Quliy
Malavidə "Freddie" tropik qasırğası və onun səbəb olduğu sel n
Xəbər verdiyimiz kimi, türkiyəli aktrisa Hande Erçel iş adamı Hakan Saban
"İran rejimi, çox güman ki, bayram şənliklərinin rejim əleyhinə nü
Müğənni Nigar Camal arxiv fotosunu paylaşıb.
Əmək və Əhalinin Sosal Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosi
Son.az AZƏRTAC-a istinadən bildirir ki, martın 14-də Azərbaycan Respublik
"Mənim bir dənə zəif nöqtəm var. O qədər mahnılarım, çəkdirdiyi
Gürcüstanın Baş naziri Qaribaşvili sensasion bəyanatla çıxış edərək,
Builki toplantı qardaş Türkiyə üçün ağrılı bir dövrə təsadüf edir.
Bakı dairəvi avtomobil yolunda maşın aşıb, qadın ölüb.
Prezident İlham Əliyev XXVI Avrasiya İqtisadi Zirvə Toplantısının iştira