“Çox təəssüf ki, indi tanınmaq qalmaqalla, açıqsaçıqlıqla, geyimlə ölçülür...”


Şou-biznes 14 Mar 2023 14:16:00 238 0

“Çox təəssüf ki, indi tanınmaq qalmaqalla, açıqsaçıqlıqla, geyimlə ölçülür...”

"Mənim bir dənə zəif nöqtəm var. O qədər mahnılarım, çəkdirdiyim kliplər var ki, hamısı sandıqda yatır. Mən yaradıcı olmuşam, amma o yaradıcılığımı göstərməmişəm. Bu bilirsiniz nəyə oxşayır? Yaxşı yeməklər bişirmişəm, amma heç kimə yeməyə verməmişəm. Təqdim etməmişəm. İlk dəfə repi bir müğənni kimi mən demişəm. Müğənni kimi seriala ilk mən çəkilmişəm. Bu "Yanmış körpülər" serialı idi. Nəsibə Zeynalovanın iştirakı ilə "Qaynana əməliyyatı" televiziya tamaşasında iştirak etmişəm. Sadəcə olaraq özümü reklamla məşğul olmamışam".

Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist Nüşabə Ələsgərli deyib.

"Elə savadlı müğənnilər var ki, gözəl mahnıları var, gözəl sənətkardır, amma tanına bilmirlər. Halbuki sənəti olmayan amma açıq-saçıqlıqla gündəmə gələn müğənnilər onlardan çox tanınır. Çox təəssüf ki, indi tanınmaq da qalmaqalla, geyimlə ölçülür. Bizim dövrümüz tamam başqa idi. Bir televiziyaya çıxıb, özümüzü göstərirdik. Yaxşı oxuyan da görür ki, ondan pis oxuyan qabaqdadır, istər-istəməz onun yolu ilə getməyə başlayır" deyə müğənni bildirib.

Nüşabə Ələsgərli vaxt azlığından da şikayətlənib.

"Ömür boyu vaxtdan şikayət etmişəm. Heç vaxt hər bir şeyə vaxtım çatmır. Vaxtım az olduğuna görə həmişə tələsirəm. Toylarda da tələsirəm, gəlib tez söz istəyib, oxuyub gedirəm. Belə hallar olub məndə. Bəzən görürsən ki, kiminsə tərs damarına düşə bilərəm. Bəzi sənət yoldaşlarımla ola bilər ki, aramızda buna görə kiçik problemlər yarana bilər. Yaranıb da. Amma həmin problemləri o andaca aradan qaldırmışıq, yerinə qoymuşuq" deyə müğənni bildirib. Əməkdar artist bu günki mahnıların səviyyəsindən də danışıb.

"İlhamə Quliyevanın özü kimi, mahnıları da ölməzdir. Görün o kimlərin, hansı bəstəkarların əsərlərini oxuyub? Fikrət Əmirovun, Cahangir Cahangirovun, Vasif Adıgözəlovun. Bu bəstəkarlar ölməzdir. Hər mahnıdan, hər bəstədən səviyyə, klassika, savad süzülür. Hərdən deyirəm ki, 50, 60, 70-ci illərin bəstəkarları hamısı birdən gəlib, qəfildən getdilər. O səviyyədə olan bəstəkarlara ehtiyacımız var. Biz o mahnıları oxumuşuq, görmüşük, axı yeni mahnılar da istəyirik. İnkişaf yoxdur. Tələbat ola bilər ki, aşağı səviyyəli mahnılaradır, amma səviyyəni də, plankanı da saxlamaq lazımdır. Bir dəfə oxunan mahnılardır. Ara müğənniləri əlbəttə ki, səviyyəli, bəstəkar mahnılarını bəyənməyəcək. Çünki onun musiqi zövqü hələ o dərəcədə formalaşmayıb. Brilliant Dadaşova ilə söhbət edirik, deyirəm ki, konservatoriyada oxuyanda Cahangir Cahangirovdan 5 almışam. Mənə deyir ki, "sən Cahangir Cahangirov görmüsən?". Deyirəm ki, hə. Deyir "bəs niyə heç yerdə demirsən"? Deyirəm axı, soruşsunlar ki, deyim də" deyə sənətçi deyib.

Ermənistan regionun Baxmutuna çevrilir like
  • 14 Mar 13:43  
Digərləri Ermənistan regionun Baxmutuna çevrilir

Gürcüstanın Baş naziri Qaribaşvili sensasion bəyanatla çıxış edərək,

arrow Ətraflı
Prezident: Təbii fəlakətin nəticələrini aradan qaldırmaqda Türkiyəyə dəstəyi davam etdirəcəyik like
  • 14 Mar 13:40  
Siyasət Prezident: Təbii fəlakətin nəticələrini aradan qaldırmaqda Türkiyəyə dəstəyi davam etdirəcəyik

Builki toplantı qardaş Türkiyə üçün ağrılı bir dövrə təsadüf edir.

arrow Ətraflı
Bakı dairəvi avtomobil yolunda DƏHŞƏTLİ QƏZA: like
  • 14 Mar 13:32  
Digərləri Bakı dairəvi avtomobil yolunda DƏHŞƏTLİ QƏZA:

Bakı dairəvi avtomobil yolunda maşın aşıb, qadın ölüb.

arrow Ətraflı
İlham Əliyev XXVI Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciət ünvanlayıb like
  • 14 Mar 13:27  
Siyasət İlham Əliyev XXVI Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev XXVI Avrasiya İqtisadi Zirvə Toplantısının iştira

arrow Ətraflı
“Üçüncü Dünya müharibəsinin qarşısını yalnız mən ala bilərəm” like
  • 14 Mar 13:21  
Dünya “Üçüncü Dünya müharibəsinin qarşısını yalnız mən ala bilərəm”

"2024-cü ildə ABŞ prezidenti postuna yenidən seçilməyim ölkəni Üç

arrow Ətraflı
Məşhur aktyor xəstəxanaya yerləşdirildi like
  • 14 Mar 13:20  
Şou-biznes Məşhur aktyor xəstəxanaya yerləşdirildi

Türkiyəli aktyor Haluk Bilginer xəstəxanalıq olub.

arrow Ətraflı
ABŞda "Vaqner" mübahisəsi: like
  • 14 Mar 13:09  
Dünya ABŞda "Vaqner" mübahisəsi:

ABŞ-da Konqres ilə Bayden administrasiyası arasında "Vaqner" qrupu

arrow Ətraflı
Ermənistan böyük dəstəkdən MƏHRUM OLUR like
  • 14 Mar 13:07  
Siyasət Ermənistan böyük dəstəkdən MƏHRUM OLUR

Geosiyasi düzən sürətlə dəyişir. Tələblər yeni reallıqların formala

arrow Ətraflı
Qarabağda Azərbaycana inteqrasiya hərəkatı artmaqdadır like
  • 14 Mar 13:04  
Siyasət Qarabağda Azərbaycana inteqrasiya hərəkatı artmaqdadır

Azərbaycanın Qarabağ regionunda vəziyyətin inkişaf dinamikası güclənmə

arrow Ətraflı
Göyçayda qanunsuz dini yığıncaqlar təşkil edən qadın cərimələnib like
  • 14 Mar 12:58  
Digərləri Göyçayda qanunsuz dini yığıncaqlar təşkil edən qadın cərimələnib

Göyçayda qanunsuz dini yığıncaqlar təşkil edən qadın 2 min manat cərim

arrow Ətraflı
Paşinyan: "KTMT Ermənistandan çıxır" like
  • 14 Mar 12:53  
Dünya Paşinyan: "KTMT Ermənistandan çıxır"

"Fikrimcə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ist

arrow Ətraflı
Növbəti addım Ukraynaya ordu göndərməkdir like
  • 14 Mar 12:47  
Dünya Növbəti addım Ukraynaya ordu göndərməkdir

Avropa öldürücü silahlar və zirehli texnikalar göndərməklə Ukrayna konf

arrow Ətraflı
Paşinyan: Bakı İrəvanın sülh müqaviləsi ilə bağlı təklifinə cavab verib like
  • 14 Mar 12:36  
Dünya Paşinyan: Bakı İrəvanın sülh müqaviləsi ilə bağlı təklifinə cavab verib

Bakı sülh müqaviləsinin mətni ilə bağlı İrəvanın fevral ayının orta

arrow Ətraflı
HAVA necə olacaq? like
  • 14 Mar 12:27  
Digərləri HAVA necə olacaq?

Martın 15-nə gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı