Qlobal Bakı Forumu bütün mühüm liderlərin vacib məsələləri müzakirə etdiyi platformadır İsmail Serageldin
Siyasət 09 Mar 2023 12:12:00 310 0
Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədridir və təşkilatın dünyanın çağırışlarını necə həll edəcəyini görmək çox vacibdir.
Bu xəbəri də oxu: ANCAdan etiraf: Ermənistan Azərbaycana məğlub oldu
Son.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin deyib.
O qeyd edib ki, qlobal problemlər indi xüsusilə iqlim dəyişikliyi məsələlərində xüsusi əhəmiyyət kəsb edir.
"İnsan hüquqları və bu kimi digər problemlərlə məşğul olmaq üçün yeni üsullara ehtiyacımız var. Qlobal Bakı Forumu bütün mühüm liderlərin vacib məsələləri müzakirə etdiyi və yeni şeylər öyrəndiyi platformadır", - deyə o əlavə edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb.
Martın 11-dək davam edəcək Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulacaq, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılacaq. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından olacaq. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşəcək, populizmin və ekstremizmin mənbəyini araşdıracaq, ona qarşı səmərəli mübarizə yollarını müəyyənləşdirəcəklər.
ABB Balakən və Oğuz filiallarını da yeni konseptdə müştərilərin istifa
Sosial şəbəkələrdə yayılan video maraq doğurub.
Martın 8-də Heydər Əliyev Mərkəzində "Opera və moda. Sultan Couture
Almaniyada yaşayan Azərbaycan vətəndaşı Səfərli Fərid Qabil oğlunun İ
Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövl�
Zaqatalada 28 yaşlı qızın maşınla vurulma anının görüntüləri yayıl�
Biz qaz yataqlarımıza investisiyalarımızı artırırıq. Ukrayna-Rusiya müh
"8 mart günü münasibəti ilə qadınlarımızı ürəkdən təbrik edir�
Qlobal Bakı Forumu Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi olmadan ba
8 mart 2023-cü il tarixində Ermənistan Xarici İşlər Nazirliyinin növbəti
Bu gün Azərbaycanın enerji resurslarının istehsalı, Qara dənizdən keçə
Rusiya rəhbərliyi Ukrayna ordusunun bacarıqlarında səhv edə bilər.
Qlobal problemlərin həllində Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyy