Rəsmi Bakıdan Ermənistan XİNə cavab


Siyasət 09 Mar 2023 11:25:00 225 0

Rəsmi Bakıdan Ermənistan XİNə cavab

8 mart 2023-cü il tarixində Ermənistan Xarici İşlər Nazirliyinin növbəti dəfə Azərbaycana qarşı yalan və iftira dolu bəyanatı, Ermənistanın 30 ilə yaxın bir dövrdə həyata keçirdiyi işğal siyasətini, habelə hal-hazırkı post-münaqişə dövründə Azərbaycana və azərbaycanlılara qarşı törətdiyi təxribatları ört-basdır etmək məqsədi daşıyır.

Azərbaycan Respublikası Silahlı Qüəvvələrinin bölmələrinin müşahidə kameraları tərəfindən qeydə alınmış və Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən nümayiş etdirilmiş video çəkilişdə açıq-aşkar erməni silahlı qüvvələrinin nəqliyyat vasitələrinin Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan növbəti dəfə hərbi məqsədlər üçün istifadə etməsi faktının Ermənistan tərəfindən təkzib olunması riyakarlıqdır.

Son 30 ildə beynəlxalq hüququn norma və prinsiplərini və 2020-ci il müharibəsindən sonra 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat çərçivəsində üzərinə götürdüyü əksər öhdəlikləri kobud şəkildə pozan Ermənistanın torpaqlarını işğal etdiyi Azərbaycanı öhdəlikləri yerinə yetirməməkdə ittiham etməsi tamamilə əsassızdır.

Eynilə, Beynəlxalq Ədalət Məhkəməsinin sonuncu qərarını təhrif etməyə və arzularını reallıq kimi təqdim etməyə çalışan Ermənistanın guya Azərbaycanın qərarı yerinə yetirməkdən boyun qaçırmasını iddia etməsi qəbuledilməzdir.

Üumiyyətlə, müstəqillik qazanan dövrdən beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq Azərbaycanın beynəlxalq tanınmış ərazilərinə qarşı hərbi təcavüz və kütləvi qırğınlar törədən, işğal altında olan şəhərləri və yüzlərlə kəndi viran qoyan, azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirən, yüz minlərlə əhalini öz doğma torpaqlarından qovan, beynəlxalq təşkilatların bölgəyə missiyalarına maneçilik törədən Ermənistanın ərazilərimiz 2020-ci ildə işğaldan azad olunandan sonra beynəlxalq hüquqa istinad etməsi, beynəlxalq təşkilatlara üz tutması, habelə Azərbaycanın guya bölgənin erməni sakinlərinə qarşı "etnik təmizləmə" və "soyqırım" həyata keçirməyə hazırlaşdığı iddiası absurddur.

Ermənistan Xarici İşlər Nazirliyinin guya Azərbaycan ərazilərində Ermənistan Silahlı Qüvvələrinin mövcud olmaması iddiasına gəldikdə bir daha xatırladırıq ki, Ermənistan nəinki indi, 30 ilə yaxın işğal dövründə belə Azərbaycan ərazilərini işğal etmədiklərini sübut etməyə çalışırdı. Halbuki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktı, bütün qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirdiyi, idxal etdiyi əsas hərbi texnikanı Azərbaycan ərazisinə ötürdüyü, bütün qüvvələrin Ermənistan müdafiə nazirinə tabe olduğu, bir çox hərbçilərə qarşı məhz Ermənistan ərazisində cinayət işi açıldığı və həbs olunduqları bəllidir.

Bununla yanaşı, Ermənistan siyasi rəhbərliyinin erməni qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmadığını etiraf etdiyi məlumdur. Habelə Qüvvələrin 2022-ci ilin sentyabr ayında çıxarılacağı bəyan edilsə də, bunun hələ də baş vermədiyi bəllidir. Azərbaycan ərazisindən hansı qüvvələrin çıxarılması barədə öhdəliyə gəldikdə isə bir daha xatırladırıq ki, 10 noyabr 2020-ci il bəyanatının 4-cü bəndinə əsasən, məhz bütün erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması nəzərdə tutulur və bu məsələdə manipulyasiyalar yolverilməzdir.

Ermənistan tərəfinin Azərbaycana qarşı təcavüz siyasətinin və qeyri-qanuni əməllərinin qarşısının alınması məqsədilə, Laçın yolunun başlanğıcında sərhəd-nəzarət keçid məntəqəsi yaradılması labüddür.

Azərbaycan bundan sonra da öz milli maraqlarının və təhlükəsizliyinin müdafiəsi məqsədilə bütün lazımi tədbirləri görməyə davam edəcək.

"Bu gün dünya müxtəlif çağırışlarla üzüzədir" like
  • 09 Mar 11:20  
Siyasət "Bu gün dünya müxtəlif çağırışlarla üzüzədir"

Bu gün dünya müxtəlif çağırışlarla üz-üzədir.

arrow Ətraflı
Putin hücum edərkən bunu nəzərə almayıb  Kəşfiyyat like
  • 09 Mar 11:16  
Dünya Putin hücum edərkən bunu nəzərə almayıb Kəşfiyyat

Rusiya rəhbərliyi Ukrayna ordusunun bacarıqlarında səhv edə bilər.

arrow Ətraflı
Azərbaycana Qlobal Bakı Forumunun təşkilinə görə təşəkkür edirəm  ÜSTnin baş direktoru like
  • 09 Mar 11:06  
Siyasət Azərbaycana Qlobal Bakı Forumunun təşkilinə görə təşəkkür edirəm ÜSTnin baş direktoru

Azərbaycana və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə belə mühüm tədbir

arrow Ətraflı
İlham Əliyev: Qarabağda yaşayan ermənilərin həyatı bundan sonra daha yaxşı olacaq like
  • 09 Mar 11:01  
Siyasət İlham Əliyev: Qarabağda yaşayan ermənilərin həyatı bundan sonra daha yaxşı olacaq

Azərbaycan çoxkonfessional, multietnik ölkədir. Azərbaycanda milli azlıqla

arrow Ətraflı
İlham Əliyev: Ermənistan öz gələcəyini qurmaq şansını əldən buraxıb like
  • 09 Mar 10:56  
Siyasət İlham Əliyev: Ermənistan öz gələcəyini qurmaq şansını əldən buraxıb

İndi artıq sülh qurmaq vaxtıdır. Biz 2020-ci ilin noyabrında təşəbbüs

arrow Ətraflı
Seda Sayan yenə estetik əməliyyat etdirdi  FOTO like
  • 09 Mar 10:54  
Şou-biznes Seda Sayan yenə estetik əməliyyat etdirdi FOTO

Türkiyənin məşhur müğənnisi Seda Sayan ayaqlarını estetik əməliyyat e

arrow Ətraflı
Prezident: Ermənistandan fərqli olaraq, biz hər hansı hərbi cinayət törətməmişik like
  • 09 Mar 10:52  
Siyasət Prezident: Ermənistandan fərqli olaraq, biz hər hansı hərbi cinayət törətməmişik

Bizim qonşularımız azad olunmuş ərazilərimizdə urbisid, kultursid və eko

arrow Ətraflı
Tbilisidə keçirilən etiraz aksiyalarında 133 nəfər saxlanılıb like
  • 09 Mar 10:43  
Dünya Tbilisidə keçirilən etiraz aksiyalarında 133 nəfər saxlanılıb

Gürcüstan polisi Tbilisidə keçirilən etiraz aksiyalarında 133 nəfəri sax

arrow Ətraflı
Kapital Bankın MobilPOS xidmətinə yeni taksit funksiyası əlavə olundu like
  • 09 Mar 10:42  
Digərləri Kapital Bankın MobilPOS xidmətinə yeni taksit funksiyası əlavə olundu

Kapital Bank ötən il Azərbaycanda ilk dəfə təqdim edilən Mobil-POS xidmə

arrow Ətraflı
İlham Əliyev: Ermənistanla münaqişəni dinc yolla həll etmək üçün əlimizdən gələni etdik like
  • 09 Mar 10:41  
Siyasət İlham Əliyev: Ermənistanla münaqişəni dinc yolla həll etmək üçün əlimizdən gələni etdik

Ermənistanla münaqişəni dinc yolla həll etmək üçün əlimizdən gələni

arrow Ətraflı
Qlobal Bakı Forum üzləşdiyimiz çağırışlar fonunda çox əhəmiyyətli tədbirdir  Jose Ramos Horta like
  • 09 Mar 10:35  
Siyasət Qlobal Bakı Forum üzləşdiyimiz çağırışlar fonunda çox əhəmiyyətli tədbirdir Jose Ramos Horta

Qlobal Bakı Forum üzləşdiyimiz çağırışlar fonunda çox əhəmiyyətli t

arrow Ətraflı
"X Qlobal Bakı Forumunun mövzuları arasında multiletaralizm xüsusi yer tutur" like
  • 09 Mar 10:26  
Siyasət "X Qlobal Bakı Forumunun mövzuları arasında multiletaralizm xüsusi yer tutur"

X Qlobal Bakı Forumunda müzakirə ediləcək mövzular arasında multiletarali

arrow Ətraflı