Kapital Bankın MobilPOS xidmətinə yeni taksit funksiyası əlavə olundu
Digərləri 09 Mar 2023 10:42:00 734 0
Kapital Bank ötən il Azərbaycanda ilk dəfə təqdim edilən Mobil-POS xidmətinə yeni funksiya əlavə edərək onu daha rahat və çoxfunksiyalı edib. Belə ki, artıq sahibkarlar ölkədə ilk dəfə olaraq smartfonları vasitəsilə ödəniş qəbul edən zaman, məbləği 18 ayadək taksitə də bölə bilərlər. Mobil-POS-dan istifadə edən sahibkarlar malın və ya xidmətin dəyərini aylara bölməklə daha çox müştəri cəlb edəcəklər və bununla da dövriyyələrini artıracaqlar.
Bu xəbəri də oxu: Bu ərzaqlar bahalaşdı
Mobil-POS funksiyasını həm "iOS", həm də "Android" əməliyyat sisteminə malik smartfon vasitəsilə sifariş etmək mümkündür. Lakin bu xidmətdən yararlanmaq üçün "Android" əməliyyat sisteminə məxsus və NFC modulu olan smartfonun olması zəruridir. Xidmətdən Müştəri Bank istifadəçiləri yararlana bilər. Müştəri Bank sisteminə qoşulmaq üçün https://cb.kapitalbank.az/login linkinə keçid etmək kifayətdir.
Əsasən ticarət və xidmət sektorunda fəaliyyət göstərən kiçik və orta sahibkarlar üçün əlverişli olan xidməti tətbiq etməklə əlavə POS-terminal qurğusunu əldə etməyə, həmçinin onun daşınmasına ehtiyac yoxdur. Xidmətə qoşulma ödənişsizdir, üstəlik bunun üçün Kapital Bank filiallarına gəlməyə ehtiyac yoxdur: qoşulma tam olaraq Müştəri Bank mobil tətbiqi vasitəsilə onlayn formada həyata keçirilir.Mobil POS vasitəsilə ödəniş qəbul etmək və həmçinin, əməliyyat tarixçəsinə və mövcud Mobil POS terminallarının məlumatlarına baxmaq olar.
Qeyd edək ki, Kapital Bank 2022-ci ilin aprel ayında Azərbaycanda ilk dəfə olaraq hüquqi şəxs və fərdi sahibkarlara Mobil POS xidmətini təqdim edib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Visa şirkəti ilə birgə təqdim edilən bu xidmət vasitəsilə sahibkarlar ənənəvi POS-terminal əvəzinə smartfonları vasitəsilə kartlardan, ağıllı saatlardan, stikerlərdən və digər təmassız ödəniş üsullarından ödənişləri qəbul edə bilərlər.
Ermənistanla münaqişəni dinc yolla həll etmək üçün əlimizdən gələni
Qlobal Bakı Forum üzləşdiyimiz çağırışlar fonunda çox əhəmiyyətli t
X Qlobal Bakı Forumunda müzakirə ediləcək mövzular arasında multiletarali
Gürcüstanın hakim "Gürcü Arzusu" partiyası və "Xalqın gü
"Gecenin ucunda" serialının ulduzları Zuhal Olcayla Tuba Ünsalın
Azərbaycan Mərkəzi Bankı 9 mart tarixindən etibarən valyuta məzənnələr
Aktrisa Sevinc Əliyeva kamera qarşısına keçərək cazibədar fotolar çəkd
Bu gün yerli vaxtla saat 10:14-də Cəlilabad stansiyasından 20 km şimal-qər
Şəmkir rayonunda 1988-ci il təvəllüdlü Fatma ailə münaqişəsi zamanı h
Sulutəpədə kişi, oğlu və gəlini dəm qazından boğularaq ölüb.
Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 6 nəqliyyat vasitəsi y
Martın 9-na keçən gecə Ukraynanın bütün bölgələrində hava xəbərdarl