Universitetlərdə reytinq zəifliyi


Digərləri 08 Mar 2023 09:14:00 194 0

Universitetlərdə reytinq zəifliyi

Ötən günlərdə elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinq zamanı universitetlərin dar çərçivədə mütəxəssis yetişdirdiyinə görə, dünya reytinqinə düşmə kriteriyasına uyğun gəlmədiyinə görə reytinqə düşmə ehtimalının olmadığını qeyd etdi.

"Məsələn Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti və ya Azərbaycan Tibb Universiteti. Bu kimi digər universitetlərimiz sadəcə "institut" adından "universitet" adına keçib. Dar çərçivədə - ya yalnız həkim yetişdirir, ya yalnız tərcüməçi və ya yalnız dilçi. Dünya reytinqinə düşən universitetlər isə çoxşaxəli olmalıdır. Yəni məsələn BDU-da həm həkim, həm mühəndis, həm tərcüməçi eyni zamanda yetişməlidir. Bu halda bizim dünya reytinqinə düşmə ehtimalımız artacaq", - deyə E.Əmrullayev əlavə edib.

Bəs universitetlərin reytinqinin artması üçün yeni ixtisaslar yaradılmalıdır mı?

Məsələ ilə bağlı Trend-in suallarını cavablayan təhsil eksperti Kamran Əsədov bildirib ki, hər il qəbul planı yerinin 40 minə yaxın olduğunu nəzərə alsaq, təəssüf ki, ali məktəblərin qəbul etdikləri tələbələri peşəkar kadr kimi hazırlaya bilmirlər.

"Dünya reytinq siyahısında universitetlər yüksək bal alanda bir neçə xüsusiyyətlər nəzərə alınır. Bura universitetin kampusunun, yataqxanasının, kitabxanasının və elmi bazasının olması daxildir. Ölkədə fəaliyyət göstərən 50-ə yaxın ali təhsil müəssisəsində sadalananlar yoxdur. Yataqxanası olan universitetlərin ya yataqxanaları yararsız vəziyyətdədir, ya da bütün tələbə kontingentini əhatə edə bilmir. Ona görə də bu xüsusiyyət üçün bal alma göstəricisi aşağıdır.

Digər səbəb isə universitetlərdə çalışan və sayı heç də az olmayan elmlər doktoru, elmlər namizədi və ya elmi ad alan şəxslərin tədqiqat apardıqları elmi sahələrin, elmi mövzuların dünya əhəmiyyətli olmamasıdır. Yəni, bizim elmi işlərimizə müraciətin çox aşağı səviyyədə olmasıdır. Çünki Azərbaycanda elmi tədqiqat işlərinin çox hissəsi lokal xarakterli daşıdığından dünyada əhəmiyyəti olmayan mövzular olur. Ona görə də bizim elmlə məşğul olan insanların xarici jurnallarda məqalələri çox az saydadır. Digər başqa səbəb isə universitetə xarici tələbə axınının az sayda olmasıdır", - deyə K.Əsədov qeyd edib.

Eksepert bildirib ki, universitetlər artıq dünya təhsilini bilən menecerlər tərəfindən idarə olunmalıdır.

"Artıq müasir dövrün ali məktəbi, müasir universitet tendensiyası, müasir çağırışlar fərqlidir. Artıq dünya universitetləri özləri pul qazanır, böyük büdcəyə sahibdirlər. Bizim universitetlər isə bu tendensiyalardan kənarda qalırlar. Ona görə də ali təhsil pilləsində ciddi şəkildə islahatlar həyata keçirilməlidir, müasir təhili bilən, dünya təhilindən xəbərdar olanlar idarəetməyə cəlb olunmalıdırlar. Ölkəmizin ali təhsil ocaqlarının səviyyəsi artıq beynəlxalq qurumlar, xarici təşkilatlar səviyyəsində də fəal şəkildə qiymətləndirilir.

Son illər dünyada müxtəlif kateqoriyalar üzrə ali məktəblərin reytinqinin müəyyən edilməsi çox populyarlaşıb. Xüsusən inkişaf etmiş ölkələrdə bu tədqiqat daha çox aktualdır. Eyni zamanda, bir sıra beynəlxalq təşkilatlar hər il universitetlərin beynəlxalq reytinqini hazırlayır. Beynəlxalq reytinq təşkilatlarının apardıqları təhlillərə əsaslanaraq deyə bilərəm ki, universitetlərin beynəlxalq əməkdaşlığının səviyyəsi yüksək deyil. Mən belə hesab edirəm ki, bu əməkdaşlıq, adətən, müxtəlif ölkələrin universitetlərinin rektorlarının Azərbaycana səfəri zamanı əməkdaşlıq haqda müqavilənın imzalanmasından uzağa getmir. Apardığım araşdırmalara əsasən əminliklə deyə bilərəm ki, universitetlərimizin müəllim, tələbə mübadiləsi yox səviyyəsindədir. Universitet rəhbərləri bunu maliyyə vəsaitinin çatışmazlığı, normal yataqxanaların olmaması ilə əlaqələndirsələr də, apardığım araşdırmalar göstərir ki, onlar, sadəcə, bu istiqamətdə vəsait xərcləməyi istəmirlər. Bəzi ali məktəb rəhbərləri fikirləşirlər ki, beynəlxalq əlaqə üçün yalnız onların özlərinin səfərləri kifayətdir",- deyə o əlavə edib.

Əzmkarlıq, yüksək əhvalruhiyyə like
  • 08 Mar 09:07  
Siyasət Əzmkarlıq, yüksək əhvalruhiyyə

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qan

arrow Ətraflı
ABŞda təyyarə qəzası nəticəsində 4 nəfər həlak olub like
  • 08 Mar 08:59  
Dünya ABŞda təyyarə qəzası nəticəsində 4 nəfər həlak olub

ABŞ-ın Florida ştatı səmasında iki təyyarənin toqquşması nəticəsind�

arrow Ətraflı
Daha bir həkim BU XƏSTƏLİKDƏN like
  • 08 Mar 08:56  
Digərləri Daha bir həkim BU XƏSTƏLİKDƏN

Binəqədi Tibb Mərkəzində mama vəzifəsində çalışan Aytən Nağızadə

arrow Ətraflı
Qaz sobaları və plitələri like
  • 08 Mar 08:46  
Digərləri Qaz sobaları və plitələri

Endokronoloq Yuliya Sorokina xəbərdarlıq edib ki, qaz sobaları və piltələ

arrow Ətraflı
Bolqarıstan Ukraynaya hərbitexniki yardımı like
  • 08 Mar 08:41  
Dünya Bolqarıstan Ukraynaya hərbitexniki yardımı

Bolqarıstan Konstitusiya Məhkəməsi Ukraynaya hərbi-texniki yardımı konsti

arrow Ətraflı
Melisayla Sefo like
  • 08 Mar 08:36  
Dünya Melisayla Sefo

Türkiyəli aktrisa Melisa Döngəl yeni münasibətə başlayıb.

arrow Ətraflı
DİQQƏT: Yeməyin bu hissələri like
  • 08 Mar 08:32  
Digərləri DİQQƏT: Yeməyin bu hissələri

Yanmış və ötmüş yeməklər qəbul etmək xərçəng şişi əmələ gətir

arrow Ətraflı
İsrail qırıcıları Hələbə zərbə endirdi like
  • 08 Mar 08:27  
Dünya İsrail qırıcıları Hələbə zərbə endirdi

İsrailə məxsus 4 F-16 qırıcısı Aralıq dənizi akvatoriyasından Suriyan�

arrow Ətraflı
Bakıda azyaşlılar arasında DAVA: like
  • 08 Mar 08:22  
Kriminal Bakıda azyaşlılar arasında DAVA:

Bakının Nərimanov rayonunda azyaşlı bıçaqlanıb.

arrow Ətraflı
Çox əsəbləşən qadınlar like
  • 08 Mar 08:18  
Digərləri Çox əsəbləşən qadınlar

Araşdırmalar göstərir ki, qadınlar stess keçirdikləri zaman fiziki qocalm

arrow Ətraflı
Möcüzə kimi HADİSƏ: Zəlzələdən sonra like
  • 08 Mar 08:14  
Dünya Möcüzə kimi HADİSƏ: Zəlzələdən sonra

Kahramanmaraşda baş verən zəlzələdən sonra Onikişubat mahalının Tekir

arrow Ətraflı
Serj Sarqsyan: “Ermənistan ordusu dərəyə yuvarlanıb” like
  • 08 Mar 08:08  
Dünya Serj Sarqsyan: “Ermənistan ordusu dərəyə yuvarlanıb”

"Metafora ilə desək, "avtomobil"i - Ermənistan ordusunu nəink

arrow Ətraflı
Səhər yeməyi üçün ən faydalı like
  • 08 Mar 08:03  
Digərləri Səhər yeməyi üçün ən faydalı

Səhər yeməyində kompleks karbohidratlarla zəngin qidaları seçməlisiniz.

arrow Ətraflı
Miloş Zeman 10 ildən sonra prezident postunu tərk edir like
  • 08 Mar 07:58  
Dünya Miloş Zeman 10 ildən sonra prezident postunu tərk edir

Miloş Zeman Çexiya prezidenti postundan gedir.

arrow Ətraflı
Kim Çen Innın like
  • 08 Mar 07:54  
Dünya Kim Çen Innın

Şimali Koreya lideri Kim Çen Inın ictimaiyyət qarşısına çıxan qızı Cu

arrow Ətraflı