Qarabağ "açar"dır, əl çəkməyəcəyik Rus ekspert açıq dedi


Siyasət 07 Mar 2023 22:44:00 220 0

Qarabağ "açar"dır, əl çəkməyəcəyik  Rus ekspert açıq dedi

Rusiyasız Ermənistanla Azərbaycan arasında sülh yarana bilərmi? Moskvanın iştirakı olmadan Cənubi Qafqazda regional nizam mümkünmü?

Son.az axar.az-a istinadən bildirir ki, bu sualları öz Teleqram kanalında rusiyalı politoloq Sergey Markedonov verib və bu cür cavablandırıb:

1. Qarabağda yeni silahlı insidentlər. Stavka qalxır. Ultimatumların bu istiqamətdə yeni taktika olmamasına baxmayaraq, aydındır ki, bunlar güclə dəstəklənəndə risk çoxalır.

2. Rusiya üçün Qafqazın bu nöqtəsi xüsusi əhəmiyyət kəsb edir. Onu "açar" adlandırmaq belə şişirtmə deyil. Baş moderator rolunun qorunub saxlanması (hətta Qərblə artan rəqabət və Türkiyə ilə "rəqabət tərəfdaşlığı" şəraitində) Moskvaya həm Ermənistan, həm də Azərbaycana təsir imkanlarını təmin edir. Sülhməramlıların Qarabağdan çıxarılması avtomatik olaraq Gümrüdən bazanın çıxarılmasına gətirib çıxaracaq. Bu, İrəvanın Qərbə yönləndirilməsidir. Nəzərə alın ki, ən azı iqtisadi cəhətdən Azərbaycan artıq Qərb layihələrinə əhəmiyyətli dərəcədə inteqrasiya olunub.

3. Rusiyanın "eyni məsafədə" qalmasını bəziləri "lənət" adlandırır, bəziləri isə vacib resurs. Aydındır ki, o, qazanc gətirdiyi kimi Moskvanı bir çox azimutlarda məhdudlaşdırır. Ancaq Moskvanın Bakı və İrəvan arasında "final seçimi" etməsi doğru deyil. Variantlar ola bilər, ancaq yaxşısı onlardan qaçmaqdır. Mümkün neqativ ssenariləri rəqiblərimizə təklif etmək istəmirəm. Amma prinsipcə onlar "açıq sirr"dir. Lakin onu da nəzərə almaq lazımdır ki, Rusiyanın Ermənistan və Azərbaycana təsirini itirməsi Moskva üçün Gürcüstanda yaranmış müsbət tendensiyaların dondurulmasına gətirib çıxaracaq. Aydın məsələdir ki, Türkiyənin bütün platformalarda (təkcə Qafqaz deyil, Suriya və Ukrayna) səsi daha çox çıxacaq. Beləliklə, "Qarabağ açarı" uğrunda mübarizə aparmaq vacibdir - minimum itki və maksimum fayda ilə.

4. Rusiyasız Ermənistan və Azərbaycan arasında sülh mümkündürmü? Cənubi Qafqazda Moskvanın iştirakı olmadan regional sahman ola bilərmi? Beynəlxalq siyasətdə hər şey mümkündür. Tarixdə elə dövrlər olub ki, Rusiya müxtəlif formalarda Qafqazda ümumiyyətlə olmayıb və ya orada minimal mövcud olub. Nəzərə alaq ki, Balkanlar Rusiyanın xüsusi iştirakı olmadan sülh bağladılar.

Ancaq bu absenteizmin nəticəsi təhlükəlidir - ona görə yox ki, Kremlin guya "imperiya ambisiyalarına" zərbə vuracaq. Rusiya özü - Qafqaz supergücüdür, bunu bir an da olsun unutmaq olmaz. Buna görə də Cənubi Qafqazın məsuliyyəti Moskva üçün xüsusidir.

Burada həm də emosional-psixoloji vəziyyət də var. İstənilən ölkənin yaxın qonşuluğunda təhlükəsizliyə xüsusi münasibəti var. Qərb potensial sülhməramlı kimi Qafqaz regionunda fəaliyyət göstərirlər və göstərəcək - uzaq periferiyada olduğu kimi - qışqırmadan, mızıldanmadan, sağ olsunlar. Təfərrüata və nüanslara varmaq Rusiyanın səlahiyyətidir. Bu gün (və dünən) bu yüksək səviyyəyə biz özümüz uyğun gəlirik. Amma heç olmasa, uyğunluğun zəruriliyini bəyan edirik".

Qışda sevgilinizə ala biləcəyiniz like
  • 07 Mar 22:39  
Digərləri Qışda sevgilinizə ala biləcəyiniz

Sevdiyiniz insanı sevindirmək və onu təəccübləndirmək üçün hədiyyə

arrow Ətraflı
Tanınmış aktrisa gizlicə ərə gedib like
  • 07 Mar 22:33  
Digərləri Tanınmış aktrisa gizlicə ərə gedib

"Taxt oyunları" ("Game of Thrones") serialının ulduzu Nat

arrow Ətraflı
Könül 22 minlik geyimini nümayiş etdirdi  VİDEO like
  • 07 Mar 22:22  
Şou-biznes Könül 22 minlik geyimini nümayiş etdirdi VİDEO

Əməkdar artist Könül Kərimova səhnə geyimlərini nümayiş etdirib.

arrow Ətraflı
Son 5 ildə ilk: Lari dollara nisbətdə bahalaşdı like
  • 07 Mar 22:12  
Dünya Son 5 ildə ilk: Lari dollara nisbətdə bahalaşdı

Gürcüstan milli valyutası lari dollar qarşısında son 5 ildə ilk dəfə m�

arrow Ətraflı
Tbilisidə polis etirazçılara qarşı like
  • 07 Mar 22:01  
Dünya Tbilisidə polis etirazçılara qarşı

Tbilisidə polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.

arrow Ətraflı
BədBəxtiyar faciəsi: əxlaq və ləyaqət unudulub like
  • 07 Mar 21:56  
Siyasət BədBəxtiyar faciəsi: əxlaq və ləyaqət unudulub

Azərbaycanda normal müxalifət nə zaman olacaq?

arrow Ətraflı
Aygün Kazımova: "Mən bütün oyunlara hazıram və açığam"  VİDEO like
  • 07 Mar 21:54  
Şou-biznes Aygün Kazımova: "Mən bütün oyunlara hazıram və açığam" VİDEO

Bu gün ssenari müəllifi və prodüseri Fariz Əliyevin ərsəyə gətirdiyi &

arrow Ətraflı
Müxalifət Papuaşvilinin ofisinə daxil olmağa çalışır  VİDEO like
  • 07 Mar 21:50  
Dünya Müxalifət Papuaşvilinin ofisinə daxil olmağa çalışır VİDEO

Gürcüstan polisi və xüsusi təyinatlıları parlament binasının çıxış�

arrow Ətraflı
Taksidə qadına qarşı əxlaqsızlıq: polis hərəkətə keçdi like
  • 07 Mar 21:27  
Kriminal Taksidə qadına qarşı əxlaqsızlıq: polis hərəkətə keçdi

Bakıda taksidə qadına qarşı əxlaqsızlıq edilib.

arrow Ətraflı