Avropa Azərbaycan Məktəbində Xocalı faciəsinin 31ci ildönümü qeyd edildi
Digərləri 07 Mar 2023 11:00:00 309 0
26 fevral 1992-ci ildə törədilmiş Xocalı faciəsinin 31-ci ildönümü münasibətilə Avropa Azərbaycan Məktəbində anım tədbirləri təşkil olunmuşdur.
Bu xəbəri də oxu: Yağış və qar yağacaq XƏBƏRDARLIQ
Məktəbin rəhbər, müəllim və şagird heyəti Xocalı abidəsini ziyarət etdi, abidənin önünə gül dəstələri və əklil qoydular və Xocalı faciəsi zamanı həlak olanların əziz xatirəsinə hörmət nümayiş etdirdilər.
AAM-nin ibtidai korpusunda Xocalı şəhidlərinin əziz xatirəsinə ithaf olaraq Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi və onların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra ibtidai sinif şagirdləri Xocalı faciəsinə həsr olunmuş əl işindən ibarət kompozisiya hazırladılar.
Avropa Azərbaycan Məktəbi və "Libraff" mağazalar şəbəkəsinin təşkilatçılığı ilə orta məktəb korpusunda Xocalı faciəsinin tarixinə işıq tutan təqdimat nümayiş etdirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ardınca Xocalı şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra AAM-nin direktoru Françesko Bankini çıxış edərək öz düşüncələrini bölüşdü və şagirdlərə öz tövsiyyələrini verdi.
Sonra bu tarixi faciənin şahidi və əslən Xocalıdan olan Avropa Azərbaycan Məktəbinin əməkdaşı Nəcibə Qasımovaya söz verildi. Nəcibə xanım bu qətliamın insanların taleyində və yaddaşında buraxdığı dərin yaradan danışaraq öz xatirələrini bölüşdü. Nəcibə xanım bildirdi ki, hər birimiz Xocalı faciəsinin ildönümünü şəhidlərin qisası alınmış və ərazi bütövlüyü bərpa edilmiş xalq kimi qeyd edirik. Sonda o bildirdi ki, sülh və əmin-amanlıq dolu bir dünyada yaşamaq üçün təhsilin və elmin əhəmiyyətli gücünə inanır və xoş gələcək təhsilli şagirdlərin əməyi nəticəsində bərqərar olacaq.
Ardınca Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Leyla Babazadə şagirdlər üçün təqdimat edərək Xocalı faciəsinin tarixi, ermənilərin günahsız insanlara xüsusi qəddarlıqla divan tutaraq əsrin ən böyük faciələrindən birini törətməsi, faciə nəticəsində zərər çəkmiş insanların aqibəti, Xocalının işğal olunması, insanların öz yurd-yuvalarından didərgin salınması kimi məsələlərə toxunaraq qan yaddaşımız barədə onlara məlumat verdi. Şagirdlərimiz soydaşlarımıza qarşı törədilən qətliamın tarixini dinləyərək bir daha tarixi həqiqəti xatırlamış oldular.
Sonda Leyla xanım müstəqil Azərbaycan Respublikasının vətəndaşları olaraq daha parlaq gələcək üçün əl -ələ verib birlikdə çalışmalı olduğumuzu ifadə etdi.
Xocalı soyqırımının 31-ci ildönümündə bir daha şəhidlərimzin ruhunu ehtiramla yad edirik...
"44 günlük vətən müdafiəsindən sonra 30 ilə yaxın işğal altında
Aparıcı İlkin Həsəni və həyat yoldaşı Aysel Həsəninin münasibətlər
Amerikalı məşhur komediya aktyoru Pit Devidson sevgilisi Çeyz Sui Uandersl�
"Ailə" serialı ilə tamaşaçı qarşısına çıxmağa hazırlaşan
"15 milyona yaxın insanın yaşadığı ərazi təhlükə altındadır, bu
Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qaraba
ABŞ Rusiya və Çinlə mümkün qarşıdurma halında nüvə başlıqlarının
Son.az "qafqazinfo"ya istinadən Sərdar Aminin yazısını təqdim ed
Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri təxirəsalınm
Ötən ildən başlayan və hələ də fərqli yönlərdə davam edən etirazlar
"Altılı masa" Akşənərin dönüşündən sonra Kamal Kılıçdaro�
Qurban Yetirmişli: "Ümumiyyətlə, ölkəmiz 8-9 ballıq zonada, seysmoak
Ukraynanın Sum, Xarkov, Poltava, Dnepropetrovsk vilayətlərində hava hücumu