İslamı kostyumda sevdirən adam...


Digərləri 07 Mar 2023 08:54:00 322 0

İslamı kostyumda sevdirən adam...

Son.az "qafqazinfo"ya istinadən Sərdar Aminin yazısını təqdim edir.

Bu xəbəri də oxu: İnstaqram "çökdü"

Böyük məfhumların tərifi olmur. Bu şeylərdən danışanda gərək dərindən nəfəs alasan, içinə küləklər əsə, sinən ümman kimi qabara... Və hər cəhddən sonra bu ümmanda bir az da batdığını düşünərək uzun-uzun danışasan.

Ana, Allah, Vətən, sənət kimi...

Onun kimi adamlar haqqında yazmaq da əzəldən çətindir, ölümü məsələni bir az da müşkül etdi: Hacı Şahin+ölüm. Hər ikisindən sanbal yağır, birləşdisə, danışma.

Onun sahəsindəki adamların dostu qədər düşməni olur.

Onu sevməyən adamı isə görmədik.

Ateistlərin belə haqqında bölüşdükləri xatirələri oxuyanda, Hacı Şahini tanımasan, elə bilərsən kimsə səhabələrdən danışır, yaxud hədis, rəvayət oxuyur.

O, İslamın gözəl siması idi.

O, göstərdi ki, kostyumda gəzərək də, haqqında hədis kimi xatirələr yarada bilərsən.

"Əsl İslam bu deyil" deyib axtardığımız əsl İslam Hacı Şahində idi.

Təbii, çox yaşaya bilməzdi. Yaşatmazdılar - belə insanların ən təbii, ilk haqqı əlindən alınır, yaşamaq haqqı...

Onu insanlar yaşatmadı...

Hər gün onlarla qəbiristanlıq qarğasını göyərçinə çevirmək insan işi deyil. Bu qüdrətə bir ürək elə 48 il dözərdi.

O, ən sadə mövzular haqqında da diri söz deməyi bacarırdı. Nitqində xəbər olmayanda, yeni təşbehlər deyirdi. Nəyinsə, nəyəsə oxşaması insan övladına xoş gəlir axı.

Hacı Şahin Azərbaycanda bəlkə də yeganə adam idi ki, onun gələcək postunu düşünəndə sevinirdik. Səhiyyə, mədəniyyət, təhsil haqqında bunu ürəklə deyə bilməsəkdə, din haqqında deyə bilirdik: İslam əmin əllərdədir. 

O, İslamı milliləşdirməyi bacaran azərbaycanlı idi. Hacı Şahini İslamın Azərbaycan brendi adlandırmaq olar. O, Sovet dövründə formalaşdırılmış din adamı obrazını müasir Azərbaycanın milli məfkurəsinin ortaya qoyulmasıyla darmadağın etdi. Məhz Hacı Şahinin simasında biz bütün dünyaya göstərə bildik ki, müsair Azərbaycan dövlətinin dini fəlsəfəsi nədən ibarətdir. Adətən biz klassiklər haqqında danışarkən məhz Peterburq məktəbinə istinad edərək həmin şəxsləri hansı mədəniyyətin yetişdirdiyini xatırlayırıq. Amma bu gün yetişən Polad Həşimovlar, Mübariz İbrahimovlar, Qurban Qurbanovlar, Hikmət Mirzəyevlər, Hacı Şahinlər qeyd etdiyimiz kimi, milli düşüncənin, xalqın doğru istiqamətdə inkişaf etdiyini göstərir. Hacı Şahin vaxtsız vəfat etsə də, o, bu mövzuda missiyasını başa çatdıra bildi.

İslam yarandığı gündən dünyanı özünə xidmət etdirib, Hacı Şahin İslamı Azərbaycana xidmət etdirirdi.

Dini təhsilini harda almasından - İranda, Turanda, Ərəbistanda - lap Sarbonda - asıllı olmayaraq hamı onun qarşısında əriyirdi. Sinəsinə yığdıqlarını onun önündə saf çürük edir, etinasının qarşısında mum olurdu.

Qafqaz müsəlmanlarının ilk Şeyxülislamı Məhəmmədəli Hüseynzadədir: Şeyx Əhməd Salyaninin atası (Əhməd Hüseynzadə) Əli bəy Hüseynzadənin isə ulu babası idi. Əli bəy Hüseynzadənin atasını erkən itirdikdən onu babası böyüdüb. Qafqazın III şeyxülislamının tərbiyyəsi ilə böyümüş Əli bəy Hüseynzadə "Üçrəngli bayraq", "Paytaxt Bakı" və bir çox dünyəvi, mütərəqqi ideyaları ilə Azərbaycanı 72 il sovet zindanında diri saxlamağı bacardı.

Şeyxülislam tərbiyəsi ilə böyüyən Əli bəy Hüseynzadə cəhalət dövründə "kafər universitetləri"ndə təhsil görməkdən usanmadı, Mendeleyevdən, Jukovskidən dərs aldı... Nəticədə bu cılız Əli bəy əsrlərlə xanların tonlarla qızılı əridib birləşdirə bilmədiyi ölkənin sütunlarından biri oldu.

Hacı Şahin hər gün bir az da öz xoşsima İslamı ilə dövlətə yaxınlaşdıqca gələcəyi təhlükə vəd edən böyük bir cəhənnəm kütləsinin üstünə müqəddəs yağış yağırdı. Göydən məhəbbət leysanı tökülürdü və düşünürdük ki, bununla da müxtəlif kəslərin əlində alətə çevrilən İslam, nəhayət ki, əsl siması ilə qarşımıza gələcək,  qüdrətli tribunalardan sələnəcək.

Təəssüf, leysanın ömrü uzun olmur.

Ancaq heç bir leysan nəticəsiz olmur.

Leysan ən azından mas-mavi səma yaradır.

Aydın səma isə heçnəyi gizləmir. Əngilliklərdə də olsa, uçuşan gənc şahinlər gözə dəyir.

Astarada baş vermiş yanğınlar söndürülüb like
  • 07 Mar 08:52  
Digərləri Astarada baş vermiş yanğınlar söndürülüb

Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri təxirəsalınm

arrow Ətraflı
Rejim qızları zəhərləməklə bizi qorxutmaq istəyir  Türkər like
  • 07 Mar 08:49  
Dünya Rejim qızları zəhərləməklə bizi qorxutmaq istəyir Türkər

Ötən ildən başlayan və hələ də fərqli yönlərdə davam edən etirazlar

arrow Ətraflı
Baxmağınız üçün ən GÖZƏL ŞƏKİLLƏR like
  • 07 Mar 08:45  
Digərləri Baxmağınız üçün ən GÖZƏL ŞƏKİLLƏR

Son.az kompüteriniz üçün maraqlı fotoları təqdim edir.

arrow Ətraflı
Kılıcdaroğlu Ərdoğanın önündə dura biləcəkmi? like
  • 07 Mar 08:26  
Dünya Kılıcdaroğlu Ərdoğanın önündə dura biləcəkmi?

"Altılı masa" Akşənərin dönüşündən sonra Kamal Kılıçdaro�

arrow Ətraflı
Azərbaycanda seysmik baxımdan ən təhlükəsiz şəhər like
  • 07 Mar 08:21  
Digərləri Azərbaycanda seysmik baxımdan ən təhlükəsiz şəhər

Qurban Yetirmişli: "Ümumiyyətlə, ölkəmiz 8-9 ballıq zonada, seysmoak

arrow Ətraflı
Ukraynanın 4 vilayətində hava hücumu xəbərdarlığı like
  • 07 Mar 08:15  
Dünya Ukraynanın 4 vilayətində hava hücumu xəbərdarlığı

Ukraynanın Sum, Xarkov, Poltava, Dnepropetrovsk vilayətlərində hava hücumu

arrow Ətraflı
Ukraynada indiyədək nə qədər dinc sakin həlak olub? like
  • 07 Mar 08:04  
Dünya Ukraynada indiyədək nə qədər dinc sakin həlak olub?

Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi başlayandan indiyədə

arrow Ətraflı
Mişel Obama ABŞ prezidentliyinə namizəd ola bilər like
  • 07 Mar 07:59  
Dünya Mişel Obama ABŞ prezidentliyinə namizəd ola bilər

Demokratlar ABŞ-ın keçmiş birinci xanımı Mişel Obamanı prezidentliyə na

arrow Ətraflı
Ordumuz “Qisas” əməliyyatının anonsunu verdi like
  • 07 Mar 07:54  
Siyasət Ordumuz “Qisas” əməliyyatının anonsunu verdi

Son.az axar.az-a istinadən bildirir ki, Müdafiə Nazirliyi Ermənistandan hər

arrow Ətraflı
“Rusiya Baxmutda Ukraynadan 5 dəfə çox hərbçi itirib” like
  • 07 Mar 07:50  
Dünya “Rusiya Baxmutda Ukraynadan 5 dəfə çox hərbçi itirib”

Gərgin döyüşlərin getdiyi Ukraynanın Donetsk vilayətinin Baxmut şəhəri

arrow Ətraflı
Urmu gölü fəlakəti: 14 milyon insan təhlükədədir like
  • 07 Mar 07:46  
Dünya Urmu gölü fəlakəti: 14 milyon insan təhlükədədir

Urmu gölü ilə bağlı yaranan fəlakət bizim uzun müddətdir ki, danışdı

arrow Ətraflı
"Rusiyanın strateji məğlubiyyətə uğradığını görürük" like
  • 07 Mar 07:41  
Dünya "Rusiyanın strateji məğlubiyyətə uğradığını görürük"

Ukraynanın şərqində və cənubunda döyüşlər gələcəkdə də gərgin xa

arrow Ətraflı
Bu şəhərin müdafiəsi üçün konsensus var like
  • 07 Mar 07:36  
Dünya Bu şəhərin müdafiəsi üçün konsensus var

Ukrayna qoşunlarında ölkənin şərqindəki Artyomvsk şəhərinin müdafiəs

arrow Ətraflı
İranda 500ə yaxın tələbə zəhərlənib like
  • 07 Mar 07:31  
Dünya İranda 500ə yaxın tələbə zəhərlənib

İranın 12 vilayətində daha 500-ə yaxın tələbə zəhərlənib

arrow Ətraflı
Gəncədə "Vita" yandı like
  • 07 Mar 07:25  
Digərləri Gəncədə "Vita" yandı

Gəncədə yanğın hadisəsi baş verib.

arrow Ətraflı