Urmu gölü fəlakəti: 14 milyon insan təhlükədədir
Dünya 07 Mar 2023 07:46:00 291 0
Urmu gölü ilə bağlı yaranan fəlakət bizim uzun müddətdir ki, danışdığımız mövzudur. Bu haqda çox işlər görülüb, aksiyalar keçirilib, Güney Azərbaycan milli fəalları gölün quruması haqqında dəfələrlə etiraz edib. Fəallar İran rejiminin gölü bilərəkdən qurutduğunu, yerli əhalini oradan köçürmək məqsədi güddüyünü bəyan ediblər.
Bu xəbəri də oxu: Çin "TikTok"u İlon Maska satır?
Son.az bildirir ki, bu sözləri axar.az-a güneyli milli fəal Qədir Cəliloğlu Urmu Gölü Gününün əhəmiyyətindən danışarkən deyib.
Bildirib ki, hər bir fürsəti dəyərləndirən fəallar gölün ekoloji fəlakətinə və ətraf mühitə vurduğu ziyana diqqət çəkmək üçün var gücləri ilə səy göstərib:
"15 ildir ki, milli fəallar çeşidli etiraz aksiyaları keçirib, hər zaman da hökumətin basqısı, həbs və təzyiqi ilə qarşılaşıblar. Son olaraq ötən il iyulun 25-də güneyli soydaşlarımız bununla bağlı etiraz aksiyası keçirtmək üçün xalqı küçələrə çağırdı. Eləcə də sosial şəbəkələrdə #save_urmu_lake adında bir həştəq yaradaraq, onu trendə çevirə bildilər. Lakin hökumətin müdaxiləsi ilə etiraz baş tutmadı. Milli Hərəkatın fəalları Urmu gölünün quruması ilə bağlı rəsmi şikayət edib, etiraz aksiyaları keçiriblər. Bu hadisəni dünya səviyyəsinə çatdıra biliblər. Bununla bağlı İran-fars molla rejimi xəbərdarlıq da alıb. Amma heç bir faydası olmayıb".
O, rejimin çevrə fəlakətindən öz mənfəəti üçün yararlandığını da diqqətə çatdırıb:
"Qərbdə yaşayan rejim mənsubu Avropa Komitəsindən 130 milyon dollar Urmu gölünün yenidən bərpası üçün pul alsa da, sonradan həmin pulu özlərinin çirkin işləri üçün xərcləyiblər. Urmu gölünə diqqət çəkən milli fəallarımızın etirazları heç bir fayda verməyib və nəticədə bizim fəalları həbsə atıblar. Hətta ölkəni tərk etmək məcburiyyətində qalan soydaşlarımız da olub. Bu gün biz Urmu gölünün qurumasına və yaranacaq çevrə fəlakətinə etiraz edirik. Aksiyalarımızı isə nəticə əldə edəcəyimiz günə kimi davam etdirəcəyik".
Milli fəal gölün qurumasının ətrafa vurduğu ziyandan danışıb:
"Urmu gölünün quruması nəticəsində duz fırtınaları bölgənin yaşıl örtüyünü məhv edir. Ötən aylarda Şərqi Azərbaycan Əkin və Təbii Qaynaqlar Təşkilatı açıqlamasında bildirib ki, göl quruduqca bölgənin əkin sahəsini və şimal-qərbdə 14 milyon əhalini təsir altına alıb. Yeraltı suların şorlaşması bölgədə əkinçiliyi də məhv edəcək. Azərbaycan milli fəalları Rəisi hökumətinin bu məsələyə zərrə qədər diqqət yetirmədiyini və böhranı həlletmə iradəsinin olmadığını bildirib".
Qeyd edək ki, 6 mart Urmu Gölü Günü kimi 2019-cu ildən qeyd edilir.
Ukraynanın şərqində və cənubunda döyüşlər gələcəkdə də gərgin xa
Ukrayna qoşunlarında ölkənin şərqindəki Artyomvsk şəhərinin müdafiəs
Təxminən 66 milyon il əvvəl Yer atmosferindən keçən asteroid dənizə dü
Ancaq tək partiya və çevriliş dönəmləri istisna olmaqla, iqtidar ola bilm
ABŞ Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının aparılmas�
Son.az xəbər verir ki, Xalq artisti Flora Kərimova moderator.az-ın sualları
Türk aktrisa Hande Erçel sevgilisi, iş adamı Hakan Sabancı ilə ilk dəfə
Xəbər verdiyimiz kimi, aşıq Samirə Əliyeva ilə klarnet ifaçısı Hüsey
Müğənni Ayaz Babayev ötən gün Gəncə Dövlət Filarmoniyasında konsert v
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"