Siam əkizləri: Kəmərlə döyülən, pulları alınan bacıların HƏYAT HEKAYƏSİ FOTO
Digərləri 05 Mar 2023 22:46:00 283 0
Hilton bacıları, baxıcıları tərəfindən əyləncə sənayesində işləməyə məcbur edilən ingilis əsilli Siam əkizləri idi. Bu vəziyyətləri onları nə təzyiq altında saxladı, nə də ki, qaranlıqda. Onlar birlikdə Böyük Britaniya və ABŞ-ı gəzdilər.
Bu xəbəri də oxu: Bakıda kirayədə yaşayan oğlan qazdan boğulub öldü
Son.az lent.az-a istinadən siam əkizləri haqqında məlumatı təqdim edir:
Xüsusi qızların doğulması...
Daisy və Violet Hilton 1908-ci il fevralın 5-də Brightonda anadan olublar. Onlar doğulandan eyni qan dövranı sisteminə və birləşmiş çanaq sümüyünə sahib idilər. Lakin heç bir orqanı paylaşmamışdılar.
Onların vəziyyəti çox da pis deyildi. Məlumatlara görə, Sussex Tibb və Cərrahiyyə Cəmiyyəti cərrahi olaraq bu əkizləri ayrılmağı düşünürdü. Amma bir məqam vardı, prosedurun körpələrdən birini və ya hər ikisini öldürəcəyini bilirdilər. Elə bu səbəbdən onları ayırmadılar.
Qızların anası Kate Skinner subay idi və onların doğulmasını Tanrının cəzası hesab edirdi. Lakin qadını işəgötürən Meri Hilton əkizlərdə kommersiya perspektivləri görüb və onları anasından aldı. Daha sonra Meri Hilton əkizləri Brighton meyxanalarında nümayiş edərək, tamaşaçılardan əkizlərə nümayiş etdirib bu formada pul qazandı. Hətta onlara toxunmaq üçün əlavə vəsait ödəmək lazım idi. O, həmçinin onların fotoşəkilləri olan açıqcalar da satmağa başladı.
Çox vaxt bacılar rəqs edib mahnı öyrənməli olurdular. Amma həyat onlara çox da yaxşı davranmadı. Çünki istənilən itaətsizliyə görə bacılar kəmərlə cəzalandırılırdılar.
Meri ilk dəfə 1911-ci ildə Hilton bacılarını qastrol səfərinə çıxararaq, onların özünəməxsusluğunu nümayiş etdirdi. Almaniya və Avstraliyanı gəzdikdən sonra onları ABŞ-dakı şouya gətirmək qərarına gəldi. Əvvəlcə "sağlamlığına görə yararsızlıq" səbəbiylə ölkəyə buraxılmamasına baxmayaraq, media təzyiqi hakimiyyəti əkizləri ölkəyə buraxmağa məcbur etdi.
Qızlara nəzarət edən qadın onların gəlirlərini də ələ almışdı. Yəni əkizlər öz çıxışlarına görə, heç vaxt heç nə almırdılar. 1926-cı ildə Bob Hopps əkizlərin ifa etdiyi "Dancemedians" qrupunu yaratdı.
Tərbiyəçi Meri öldükdən sonra qızı Edit və əri bacıların qayğısına qaldılar. Əkizlərə qarşı pis rəftar yenə dayanmadı. Hilton bacıları sanki əsirlikdə idilər və xəstəxanaya getmək təhlükəsi altında yaşayırdılar. Əkizlərin dünya ilə əlaqəsi həmişə idarə olunurdu.
Amma onların bacarıqlarına görə dünyadan təcrid etmək mümkün deyildi. Beləliklə, Daisy və Violet sehrbaz Harry Houdini ilə dost oldular, o, onların çətin vəziyyətlərini öyrəndikdən sonra əkizləri əsrlikdən qurtulmağa çağırdı.
Beləliklə, 1931-ci ildə onlar müqaviləni pozdular. Və 100.000 dollar ödəniş aldılar. Təəssüf ki, bu, bacıların illər ərzində qazandıqlarının yalnız kiçik bir hissəsi idi.
Baş nazir Nikol Paşinyan Almaniyada erməni icmasının nümayəndələri ilə
Xəbər verdiyimiz kimi, martın 5-də səhər saatlarında qeyri-qanuni erməni
Masallı rayonunda toy karvanlnda avtoxuliqanlıq edən daha bir nəfər həbs e
Xalq artisti Röya Ayxan ailə qurmayan qızlara ironik məsləhət verib.
"Rüfət Vətən müharibəsində necə şücaət göstərmişdisə, dünə
İstanbulda özlərini polis kimi təqdim edərək hədiyyə dükanı sahibinin
Rusiya millisinin keçmiş məşqçisi Stanislav Çerçesov reklam çəkilişi z
MİT və Jandarma qüvvələrinin Tuncelinin çöl bölgələrində həyata keç
Gürcüstan parlamentində "xarici agentlər qanunu" kimi tanınan qan