Solaxaylar haqda maraqlı faktlar
Digərləri 05 Mar 2023 20:43:00 287 0
Bu xəbəri də oxu: Goranboyda iki maşın toqquşub, xəsarət alan var
Hamı kimi adi insan olan solaxaylar çox vaxt başqalarının diqqətini özlərində toplamağı bacarırlar. Çoxları sol əllə iş görə bilmədiyi halda onlar sol əllə sürətlə yazır, yemək yeyir və ümumilikdə sol əlsiz heç bir iş görə bilmirlər.
Son.az xəbər verir ki, həkim-terapevt Cahan Cavadova deyib: "Solaxaylığın irsən keçməsi elmi araşdırmalar zamanı təsdiqlənib. Lakin bununla yanaşı bəzən ailədə heç kim solaxay olmadığı halda uşaqlarda solaxaylıq inkişaf edir. Bu isə həmin uşaqlarda sağ beyin yarımkürəsinin sol beyin yarımkürəsinə nisbətən daha yaxşı inkişaf etdiyini və həmin beyin yarımkürələri arasındakı keçiriciliyin daha yaxşı olduğunu göstərir".
Statistikaya görə, Azərbaycanda əhalinin 8 faizi solaxaydır. Müsahibimizin dediyinə görə, solaxaylıq əvvəllər heç də xoşagələn hal kimi qəbul edilməsə də, indi buna adi baxılır: "Solaxaylar çox aqressiv olurlar və onlar çalışdıqları fəaliyyət sahəsində və eşitdiklərinə tez reaksiya verirlər. Hansısa fikir və hadisəyə tez reaksiya verməkdə onlar başqalarına nisbətən üstün olurlar. Onların bir üstün cəhəti də ondan ibarətdir ki, sağ əl zədələndikdə sol əldən istifadə edə bilirlər, sol əl zədələndikdə solaxay olduqlarına baxmayaraq sağ əldən rahatlıqla istifadə edə bilirlər".
"Bəzən gənc analar müxtəlif yollarla uşaqları solaxaylıqdan çəkindirməyə çalışırlar. Uşaq solaxaydırsa, onu sağa keçirmək onun bütün vərdişlərini dəyişir və onu daha aqressiv edir. Ona görə də uşaq solaxaydırsa, onu dəyişməyə çalışmamaq məsləhətdir",- deyə həkim-terapevt bildirib.
Mütəxəssislərin araşdırmalarına görə, solaxayların sayının artması cəmiyyətin intellektual səviyyəsinin yüksəlməsi və hətta riyaziyyat, incəsənət və idman sahəsində əsl dahilərin yaranmasına gətirib çıxara bilər. Ona görə də solaxay olanlar bunu özlərinə kompleks etməməli və uğura doğru daim irəliləməlidirlər.
MİT və Jandarma qüvvələrinin Tuncelinin çöl bölgələrində həyata keç
Gürcüstan parlamentində "xarici agentlər qanunu" kimi tanınan qan
Afinada Yunanıstanın tarixində ən ağır qatar qəzasına görə məsuliyyə
İkinci Qarabağ Müharibəsi başa çatandan bəri Ermənistandan Azərbaycanı
Bu gözəl rəqsi heyranlıqla izləməyən az adam tapılar. Müasir adı Step
Xəbər verdiyimiz kimi, klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun aktrisa
Polis əməkdaşları Pakistanın keçmiş baş naziri və müxalifətdə olan &
Nepalın Khoksə kəndi "Böyrəklər Vadisi" adlanır. Bütün dünya
İranda universitet tələbəsi hökumət qüvvələri tərəfindən qaçırıl�
Cəmi 36 il yaşadı. Ölümündən 43 il keçməsinə baxmayaraq, unudulmur, s�
80-ci illərin ortalarında məşhurluğu ölkəsinin sərhədlərini aşmış
Orta yaşda başqaları ilə güclü və isti münasibətləri olan qadınlar qo