Jurnalist Şoltsdan Ermənistanın Rusiya sanksiyalarından yayınıbyayınmadığını soruşub
Dünya 04 Mar 2023 19:50:00 381 0
Ermənistan Baş naziri Nikol Paşinyan və Almaniyanın kansleri Olaf Şoltsun birgə brifinqində almaniyalı siyasətçidən Ermənistanın Rusiyaya sanksiyalardan yan keçməyə yardım edib-etmədiyi soruşulub.
Bu xəbəri də oxu: Çin "TikTok"u İlon Maska satır?
Son.az "Report"-a istinadən xəbər verir ki, jurnalist Baş nazirə ermənistanlı həmkarı ilə bu ölkənin Aİ ilə ixracının müəmmalı şəkildə artımını müzakirə edib-etmədiyi barədə sual ünvanlayıb.
"Müharibə başlayandan bəri Almaniya və digər Aİ ölkələrindən Rusiyaya ixrac azalıb. Eyni zamanda, Ermənistana ixrac artım, həmçinin ixrac Ermənistandan Rusiyaya da artıb. Ötən həftə iqtisadiyyat naziri Robert Habekdən Rusiyanın üçüncü ölkələr vasitəsilə Aİ mallarını, xüsusilə yüksək texnologiya və nəqliyyat vasitəsi hissələri əldə etdiyini öyrəndik. Bu rəqəmlər onu deyir ki, Ermənistan burada rol oynaya bilər. Bunu müzakirə edibsinizmi?", - jurnalist kanslerdən soruşub.
Hökumət başçısı isə bu məsələni müzakirə etmədiklərini bildirib:
"İqtisadi göstəriciləri izləyirik. Eyni zamanda, bizim üçün sadəcə iqtisadi göstəriciləri nəzərdən keçirmək, korrelyasiyanı izah etmək yox, həm də iqtisadi sanksiyalarımızın yan keçilməməsini görmək də vacibdir və bu, əlbəttə, bizim tələb etdiyimiz bir şeydir".
Yekunda kansler qoyulan "qaydalara hörmətlə yanaşıldığına ümid etdiyini" vurğulayıb.
Türkiyədə dağıdıcı faciə olacağını öncədən deyən son zamanların
"Yaşlı insanlar bacardıqca ağ çörəkdən qaçmalıdırlar".
Rusiya müdafiə naziri Sergey Şoyqu Silahlı Qüvvələrin birləşmiş qrupla
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Strateji Obyektlərin Mü
Əgər ailənizdə anevrizma və ya ürək xəstəliyi, infarkt varsa, bu barəd
Vahid Dispetçer Xidmətinin bu gün axşam pik saatlarına olan məlumatına ə
"Nə qədər rahat olsaq da, yarımız yoxdur. İnsan həyata cüt gəlib.
Türkiyənin Artvin vilayətinin Yusufeli rayonunda qar uçqunu nəticəsində 2
Hatayın tarixi şəhəri olan Belendə zəlzələdən sonra çoxəsrlik tikilil
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebr