Türkiyədə bitməyən zəlzələ fırtınası yeraltı təkanlar nə qədər davam edəcək?


Dünya 04 Mar 2023 16:20:00 337 0

Türkiyədə bitməyən zəlzələ fırtınası  yeraltı təkanlar nə qədər davam edəcək?

Qardaş Türkiyədə əsrin zəlzələsindən bir aya yaxın vaxt keçir. Əfsus ki, ölkədə hələ də afterşoklar səngimir. Ara-sıra hətta özünü yetərincə güclü yeraltı təkanlar şəklində büruzə verir. Bu azmış kimi, "zəlzələ peyğəmbəri" Frank Hoogerbeets isə 2 və 9 mart tarixdə Türkiyədə yenidən güclü zəlzələnin ola biləcəyi haqda proqnoz verib.

Zəlzələnin iqtisadiyyata vurduğu zərərin həcmi günü-gündən artır.

Son.az xəbər verir ki, iqtisadçı-alim, AĞ Partiya başqanının iqtisadi məsələlər üzrə müşaviri Vüsalə Əhmədova "Yeni Müsavat"a bildirdi ki, zəlzələ 13,42 milyon insan yaşadığı 10 əyalətdə meydana gəlib. Mütəxəssis vurğuladı ki, bu ümumi əhalinin 15,7%-ni təşkil edir: "Fəlakət bölgəsinin iqtisadiyyatı həm kənd təsərrüfatı, həm heyvandarlıq, həm də sənaye istehsalı, xüsusilə də tekstil, dəmir-polad və enerji üzərində qurulub. Zəlzələdən zərər çəkmiş 10 əyalətin ÜDM-də payı 9,3% təşkil edir. Sektorlar üzrə baxsaq, ölkənin kənd təsərrüfatı istehsalının 20,9%-ni, taxıl və bitki istehsalının 12%-ni bu bölgə qarşılayır. O cümlədən, iribuynuzlu heyvanların 12%-i, kiçikbaş heyvanların 16,3%-i, əkilən kənd təsərrüfatı torpaqlarının 14,5%-i bölgənin payına düşür. Zəlzələdən sonra kənd təsərrüfatı istehsalının əhəmiyyətli dərəcədə geriləməsi qeydə alınıb. Zəlzələ nəticəsində heyvan tələfatı da baş verdi və zəlzələdən sonra bölgədə xüsusilə yem problemi də yaşanır. Bu səbəbdən də, hazırda Türkiyədə ət və ət məhsullarının qiymətində, o cümlədən, meyvə və tərəvəz qiymətlərində kəskin bahalaşma var".

V.Əhmədova qeyd etdi ki, xarici ticarətə nəzər saldıqda zəlzələdən təsirlənən bölgə Türkiyənin ümumi ixracın 8.7%-ni, idxalın isə 6,7%-ni reallaşdırır: "Ümumi ixrac həcminin 10,52 milyard dolları Qaziantepin, 3,56 milyard dolları Hatayın, 3 milyard dolları Adananın, və 1,76 milyard dolları Kahramanmaraşın payına düşür. Məsələn, Kahramanmaraş Türkiyənin iplik istehsalının 36%-ni həyata keçirir, Qaziantep dünyanın xalça istehsalının 60%-nə ev sahibliyi edir. Ən çox dağıntıların da bu şəhərlərdə olduğunu nəzərə alsaq, ümumi hesabla götürsək, Türkiyə ixracatında 15 milyard dollarlıq bir geriləmə yaşanacaq.

Kütləvi zəlzələ nəticəsində dağılmış xəstəxanaların, yolların və elektrik ötürücü xətlərin yenidən qurulması, o cümlədən, qısa, orta və uzunmüddətli sığınacaq ehtiyacları üçün milyardlarla dollar tələb olunur. Zəlzələnin yaratdığı dağıntıların aradan qaldırılması üçün bir çox mal və xidmətə tələb yaranır, nəticədə dövlət xərclərində artım baş verir. Bu da inflyasiyanın 50%-ə  yüksələcəyini göstərir. Milyonlarla zəlzələ qurbanının ehtiyaclarını ödəmək üçün ciddi tələb artımı olacağını nəzərə alsaq, dollar kursunda yeni yüksəlmələr yarana bilər".

Mütəxəssis hesab edir ki, iqtisadi azalma 6-12 aya kompensasiya edilə bilər: "Növbəti dövrdə, zəlzələdən zərər çəkmiş şəhərlərin iqtisadiyyatlarını canlandırmaq üçün vahid istehsal strategiyasına ehtiyac var. Üzvi əkinçilik, müasir heyvandarlıq və qastronomiya kimi fərqli həll yollarına üz tutmaq lazım gəlir. Zəlzələ nəticəsində hər zaman ən çox evlərə ciddi ziyan dəyir. Bunun üçün ilk mərhələdə çadır şəhərləri salınır, daha sonra müvəqqəti sığınacaqlar təmin edilir. Müvəqqəti yaşayış evlərinin tikintisində ən çox prefabrik sistemə üstünlük verilir, istər digər ölkələrdə, istərsə də Türkiyədə. Sonra daimi mənzil tikintisinə start verilir. Müvəqqəti yaşayış yerlərində istifadə olunan materiallar, xüsusilə də taxta panellər sökülərək daimi yaşayış yerlərində istifadə oluna bilməkdədir. Bu səbəbdən də müvəqqəti yaşayış evlərinin yenidən istifadə oluna bilməsi üçün sökülməsi, quraşdırılması və daşınması prosesi daha asan olmalı, o cümlədən də, bu yaşayış evlərində istifadə olunan materialların daimi yaşayış evlərində istifadə oluna bilməsi üçün davamlı olması vacibdir. Ən əsası, zəlzələ təhlükəsi olan ölkələrdə, zəlzələ fəlakəti yaşanmazdan əvvəl istifadə müddəti bitmiş evlər sökülərək yeniləri inşa edilməlidir. Bu ölkəmizə də şamil olunur. Məlumdur ki, ölkəmizdəki böyük əksəriyyət binalar Sovet İttifaqı dövründə köhnə texnologiyalarla inşa edilib. O dövrdə tökmə beton istifadə olunmurdu, evlərə hazır beton tavanlar yerləşdirilirdi, eyni ilə də beton panellərlə quraşdırılan evlər də bura aiddir".

Ekoloq-seysmoloq Ənvər Əliyev mövzu ilə bağlı "Yeni Müsavat"a şərhində qeyd etdi ki, afterşoklar  ən çoxu 6 ay çəkir: "İki məqama diqqət etmək lazımdır: Yerlə Ayın yaxınlaşması və Saturnla Merkuri planetlərinin qoşalaşması. Qədim deyimlərə görə, bu zəlzələ olacağı ehtimalı yaradır. Frank Hoogerbeetsin hansı hesablamalara əsasən açıqlama verdiyini bilmirəm. Mənə elə gəlir ki, güclü zəlzələ olma ehtimalı yoxdur. Afterşoklar 15 gün, 1 ay, ən çoxu 6 ay çəkir".

Laçın yolundakı aksiyada canlanma müşahidə olunur  FOTO like
  • 04 Mar 16:15  
Digərləri Laçın yolundakı aksiyada canlanma müşahidə olunur FOTO

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qan

arrow Ətraflı
Akşenerin təklifini rədd etdilər like
  • 04 Mar 15:58  
Digərləri Akşenerin təklifini rədd etdilər

İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu və Ankara Böy

arrow Ətraflı
“Atam xəstəxanadan evə gələndə dedi ki...”  Hacı Şahinin oğlu like
  • 04 Mar 15:50  
Digərləri “Atam xəstəxanadan evə gələndə dedi ki...” Hacı Şahinin oğlu

"Atamın ürəyindən heç vaxt şikayəti olmayıb. Son gün xəstəxanaya

arrow Ətraflı
Bəxtiyarın "itirdiyi" ixtiyarlar: like
  • 04 Mar 15:49  
Digərləri Bəxtiyarın "itirdiyi" ixtiyarlar:

Sosial şəbəkələrdə özünü cəmiyyətdəki radikal narazı elektoratın t

arrow Ətraflı
Səhnəyə atılan oyuncaqlar belə paylanıldı  VİDEO like
  • 04 Mar 15:47  
Dünya Səhnəyə atılan oyuncaqlar belə paylanıldı VİDEO

Türkiyənin "Beşiktaş" - "Antalyaspor" klublarının mat�

arrow Ətraflı
Gəncədə avtoxuliqanlıq edənlər saxlanıldı  VİDEO  FOTO like
  • 04 Mar 15:36  
Digərləri Gəncədə avtoxuliqanlıq edənlər saxlanıldı VİDEO FOTO

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin ( ŞBP

arrow Ətraflı
Qadınlar Gününə həsr olunmuş “Sizin üçün” adlı konsert keçirilib  VİDEO  FOTO like
  • 04 Mar 15:35  
Digərləri Qadınlar Gününə həsr olunmuş “Sizin üçün” adlı konsert keçirilib VİDEO FOTO

Azərbaycan Dövlət Uşaq Filarmoniyası Beynəlxalq Qadınlar Gününə həsr

arrow Ətraflı
Minlərlə traktor Brüsselin mərkəzini bağladı  VİDEO like
  • 04 Mar 15:25  
Dünya Minlərlə traktor Brüsselin mərkəzini bağladı VİDEO

Belçika paytaxtında yerli fermerlərin kütləvi etiraz aksiyası keçirilib.

arrow Ətraflı
Pəncərədən yıxılan 4 yaşlı uşaq sağ qaldı  VİDEO like
  • 04 Mar 15:14  
Digərləri Pəncərədən yıxılan 4 yaşlı uşaq sağ qaldı VİDEO

Novqorod vilayətinin Çudovo şəhərində uşaq hündürmərtəbəli binanın

arrow Ətraflı
Aralarındakı qalmaqala görə proqramdan getdi like
  • 04 Mar 15:03  
Şou-biznes Aralarındakı qalmaqala görə proqramdan getdi

"Stil ikonu" proqramının münsiflərindən biri olan Hakan Akkaya il

arrow Ətraflı
Hücum edən şəxslərin FOTOsu like
  • 04 Mar 14:58  
Digərləri Hücum edən şəxslərin FOTOsu

Bakıda Xətai rayonunda marketlərin birində atışma olub.

arrow Ətraflı
Tehranda yaşayış binasında partlayış olub  VİDEO like
  • 04 Mar 14:41  
Digərləri Tehranda yaşayış binasında partlayış olub VİDEO

İranın Tehran şəhərində gecə saatlarında yaşayış binasında partlayı

arrow Ətraflı
Bakıda partlayış olub, ölən var like
  • 04 Mar 14:39  
Digərləri Bakıda partlayış olub, ölən var

Bakının Binəqədi rayonunda təkərdoldurma məntəqəsində partlayış baş

arrow Ətraflı
Zəlzələdən sonra Türkiyəyə indi də onlar hücum etdi  VİDEO like
  • 04 Mar 14:30  
Dünya Zəlzələdən sonra Türkiyəyə indi də onlar hücum etdi VİDEO

Tırtıl dəstələri zəlzələlərdən sonra Türkiyənin cənub-şərqində �

arrow Ətraflı
Hipermarketdə ölən şəxsin FOTOsu like
  • 04 Mar 14:25  
Digərləri Hipermarketdə ölən şəxsin FOTOsu

Bakıda Əhmədlidəki hipermarketdə atışma nəticəsində ölən şəxsin fo

arrow Ətraflı