Bəxtiyarın "itirdiyi" ixtiyarlar:
Digərləri 04 Mar 2023 15:49:00 342 0
Sosial şəbəkələrdə özünü cəmiyyətdəki radikal narazı elektoratın təmsilçisi kimi qələmə verən Bəxtiyar Hacıyevlə bağlı ortaya çıxan faktlar onun barəsində yüksək fikirdə olanların yenidən və ciddi şəkildə düşünməsinə fürsət yaratdı.
Bu xəbəri də oxu: 1 nömrəli "qanuni oğru"nun qardaşı oğlu saxlanıldı FOTO
Bir müddətdir ki, şouluq edərək Azərbaycan dövlətinin əleyhinə qarayaxma kampaniyası aparmaqla məşğul olan bu ictimai fəalla bağlı seks-şpionajla məşğul olması barədə məlumatlar hər gün yenilənir. Hətta məsələ o yerə çatıb ki, bir vaxtlar onu müdafiə edən, ona görə həbsini belə gözə alan bir sıra ictimai fəallar və müxalifətçilər Bəxtiyarı müdafiə etdiklərinə görə indi özlərini günahlandırmağa, peşmanlıq çəkməyə başladılar. O insanlar ki, hətta Bəxtiyarın "qəsdən şərlənərək" həbs olunması ilə bağlı sosial şəbəkələrdə piar apararaq, onu müdafiə etməyə çalışırdılar.
Bəxtiyar Hacıyevin seks-şpionajla, seks-şantajla məşğul olduğu, dost-tanış, "cəbhə yoldaşı", sirdaşı demədən onların nişanlısına, sevgilisinə, həyat yoldaşına göz dikərək min cür üsulla tovladığı ilə bağlı faktların qənşərə çıxmasının ilk işartlıarı hələ illər öncəyə gedib çıxırdı. Bu insanı hətta pedofil kimi təqdim edib, onun əməlini deyənlərə hücumlar edənlərin özləri belə bu gün Bəxtiyarın xəyanəti ilə üz-üzədirlər, zərərçəkən qismində hansı addımı atdıqlarına görə özlərini tənbeh edirlər. Amma nə fayda, olan oldu-keçən keçdi. Olan yenə sizə oldu.
Ən dəhşətlisi isə hətta onun aldatdığı xanımlar arasında yetkinlik yaşına çatmayanlar da var. Hətta o xanımlardan birinin Bəxtiyar Hacıyevin xaricə təhsil üçün göndərdiyi dostunun nişanlısı olduğu deyilir.
Bəxtiyar hələ 2008-2011-ci illərdə o vaxtkı "Dalğa" Hərəkatında olan yaşı yetkin olmayan Reyhan Dumana "padxod"larına görə Ramin Hacılı tərəfindən ifşa edilmişdi.
Bundan sonra 2021-ci ildə onun feminist qadın Nərmin Şahmarzadə ilə də intim söhbətləri haqqında yazışmaları sosial şəbəkələrdə açıq formada ictimailəşmişdi. Həmin vaxt özünün seks aclığına bəraət qazandırmağa çalışan B.Hacıyev bunu şəxsi həyatına müdaxilə adlandırmışdı.
Lakin bu gün ortaya çıxan faktlar, dəlil-sübutlar mələk cildində evlərinə dəvət etdikləri Bəxtiyarın kimliyinə bir işıq salmış oldu. Artıq hər kəsə məlum olan həqiqətlər bir vaxtlar onunla çiyin-çiyinə dayanmağı seçən, "silahdaşları" olan şəxslərin ondan üz döndərməsinə, hətta ona qarşı qisas hissi ilə yaşamasına kimi vəziyyəti gətirib çıxardı.
Məlum olub ki, Bəxtiyar Hacıyev salam verdiyi, illərlə dostluq etdiyi, evində çörək yediyi kişilərin qadın ailə üzvlərinə qarşı əxlaqdan uzaq hərəkətlərə yol verib. Və bu yaramazlığının görüntülərini, mesajlaşmaları üzərindən aylar, illər keçməsinə rəğmən telefonunda saxlayıb, mesaj bölməsindən silməyib.
Ortaya çıxan bu iyrənc materiallar - yazışmalar, videogörüntülər, səs yazıları bu adamın nə qədər mənən yoxsul bir adam olduğunun göstəricisidir. Bəxtiyar Hacıyev salam verdiyi, illərlə dostluq etdiyi, evində çörək yediyi kişilərin ailə üzvlərini, arvadlarını, bacılarını, nişanlılarını öz yatağına çəkərək əlxaqlsızlığın, mənəviyyatsızlığın ən pik həddini nümayiş etdirib.
Onun bu addımından ancaq belə nəticə çıxır ki, Bəxtiyar qadınlarla arasında olan intim həyatını əks etdirən həmin mesajları saxlamaqla zaman-zaman seks ehtiyaclarını ödəmək üçün məhz həmin qadınlara qarşı şantaj məqsədilə istifadə edirmiş.
2010-cu ildə olan yazışmanı bu günə kimi saxlamağın başqa adı yoxdur. Demək ki, onun məqsədi həmin xanımları şantaj etmək olub. Axı heç kəs bir yazışmanı 12-13 il saxlamır.
Eyni vaxtda onlarla qadınla yazışan Bəxtiyarın bu iyrənc əməlini pisləyən, ona verdiyi dəstəyə görə indi peşmançılıq çəkənlərin siyashısı isə hər gün artmaqdadır. Belələrindən, onun ən yaxın "silahdaşlarından" hesab edilən İlkin Rüstəmzadə özünün "facebook" hesabında canlı yayım edərək, Bəxtiyarı seksual manyak adlandırdı.
Türkiyənin "Beşiktaş" - "Antalyaspor" klublarının mat�
Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin ( ŞBP
Azərbaycan Dövlət Uşaq Filarmoniyası Beynəlxalq Qadınlar Gününə həsr
Belçika paytaxtında yerli fermerlərin kütləvi etiraz aksiyası keçirilib.
Novqorod vilayətinin Çudovo şəhərində uşaq hündürmərtəbəli binanın
"Stil ikonu" proqramının münsiflərindən biri olan Hakan Akkaya il
İranın Tehran şəhərində gecə saatlarında yaşayış binasında partlayı
Bakının Binəqədi rayonunda təkərdoldurma məntəqəsində partlayış baş
Tırtıl dəstələri zəlzələlərdən sonra Türkiyənin cənub-şərqində �
Bakıda Əhmədlidəki hipermarketdə atışma nəticəsində ölən şəxsin fo
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti sə
"Saving Private Ryan" filmi başda olmaqla bir çox ekran işində mar
Bu gün Əməkdar artist Elçin Həmidovun vəfatından 12 il ötür.