“Qaynatam qızını mənə vermirdi ki, rejissor aktyora öpüşməyi öyrədir...”


Şou-biznes 03 Mar 2023 19:45:00 227 0

“Qaynatam qızını mənə vermirdi ki, rejissor aktyora öpüşməyi öyrədir...”

"Hal-hazırda Mingəçevir Dram Teatrında müqavilə ilə çalışıram. Sağ olsun, teatrın direktoru İntiqam Soltan məni dəvət edib. Burada mənimlə bərabər bizim hörmətli aktyorumuz Natiq Fərzəliyev də çalışır. Əli Əmirlinin "Varlı qadın" tamaşasını hazırlayıram. Tamaşanın rejissoru mənəm, özüm də oynayıram. Bu tamaşa bir çox teatrlarda səhnələşdirilib, bizim teatrda da olacaq. Yəqin ki, tamaşaçılarımızı bu tamaşa vasitəsilə teatra cəlb edə biləcəyik".

Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Valeh Kərimov deyib.

"Uzun illərdir çalışdığım Sumqayıt Dövlət Dram Teatrından yaşa görə işdən azad olundum. 70 yaşım var. Təklif olundu ki, müqavilə ilə çalışaq, mən razı olmadım. Bu mənə çox toxundu. Bəzən sual verirlər ki, "Valeh müəllim, filmlərdə niyə çəkilmirsiniz?". Çəkilmirsiniz sözü bir az böyük çıxır. Çəkən yoxdur axı. Çəkən olsa çəkilərəm. Bəlkə də düşünürlər ki, qiymətim bahadır. Amma elə də fövqəlada qiymətə çəkilmirəm. Teatra, filmə gənc aktyor da lazımdır, qoca da. Gənc aktyorun başına pudra töküb ağartmaqdansa, elə ağsaqqal aktyorunu çək də. Bu gün bizim sahədə yoldaşlıq, dostluq, qohumbazlıq daha böyük rol oynayır. Bu problemlər insanları sənətlə məşğul olmağa qoymur. Hər kəs öz dostunu, qohumu çəkir. Hətta zəif də olsa belə deyir ki, mənə qəbuldur. Belə olan halda da sənət uçuruma gedir. Bu sənət deyil, özfəaliyyətdir. Bəzən özüm haqda eşidirəm, rejissorlar deyir ki, "Nə qədər rol oynasa da, Moşudur da, ona nə rol verək?". Bu düzgün yanaşma deyil, bu sözü yalnız aciz rejissorlar deyə bilər" deyə sənətkar bildirib. Xalq artisti "Bəxt üzüyü-2" filmində əməkdar artistlər Gülşad Baxşıyeva və Ayşad Məmmədovun çəkilməməsinə bu cür aydınlıq gətirib.

"Gülşad xanımdan xəbərim yoxdur, amma Ayşada şəxsən özüm demişəm. Dedi ki, istəmirəm. İstəmirsən sağ ol da. Ramiz Əzizbəyli filmi tam başqa cür çəkmişdi, Tahir İmanov isə tam başqa cür. O tragikomediya idi, bu isə komediya. Şekspirin "Hamlet" əsərini dünyanın bütün teatrları səhnələşdirib, hər kəs də özünəməxsus şəkildə. Bəlkə sabah "Bəxt üzüyü" filmini bizdən yaxşı çəkəcəklər?! Heç kimi qınamaq olmaz" deyə sənətkar bildirib.

Xalq artisti şəxsi həyatından da danışıb.

"O vaxt aktyor olduğum üçün qızlarını mənə vermirdilər. Aktyorluğu hamı qəbul etmirdi. Heç mənim atam da sənətimi qəbul etmirdi. Qaynatama demişdilər ki, aktyor deyil, rejissordur. Demişdi ki, "bu lap pis, rejissor aktyorlara, aktrisalara qucaqlaşmağı, öpüşməyi öyrədir" (gülür). Bir neçə ay qapılarına gedib-gəldik. Sonunda nəhayət ki, evləndik. Həyat yoldaşım artıq həyatda yoxdur. İkinci dəfə evlənməyi özümə rəva bilmirəm. Teatrda rolu iki nəfərə verirlər, biri o birini əvəz edir. Buna teatr dilində dublyor deyirlər. Mən ikinci qadını dublyor hesab edirəm. O nə məni, nə də ki, övladlarımı sevə bilməz" deyə sənətkar bildirib.

Məşhur müğənninin özündən 35 yaş kiçik boksçu sevgilisi kimdir?  FOTO like
  • 03 Mar 19:23  
Şou-biznes Məşhur müğənninin özündən 35 yaş kiçik boksçu sevgilisi kimdir? FOTO

64 yaşlı amerikalı müğənni Madonna 29 yaşlı boksçu Coş Popperlə gör�

arrow Ətraflı
Bakıda taksi fəaliyyəti: Sürücülər nə qədər qazanır? like
  • 03 Mar 18:50  
Digərləri Bakıda taksi fəaliyyəti: Sürücülər nə qədər qazanır?

Son bir neçə ildə mobil taksi proqramları, xüsusilə də "Bolt" v

arrow Ətraflı
Tanınmış müğənni 14 min manat cərimələndi like
  • 03 Mar 18:39  
Şou-biznes Tanınmış müğənni 14 min manat cərimələndi

Türkiyəli müğənni Zeynep Bastık cərimələnib.

arrow Ətraflı
Çürük pomidor niyə 4 manatdan like
  • 03 Mar 18:28  
Digərləri Çürük pomidor niyə 4 manatdan

Hazırda bir çox meyvə-tərəvəz məhsulu, o cümlədən pomidor çeşidləri

arrow Ətraflı
Braziliyanın dövlət televiziyası Bakıda keçirilən Qoşulmama Hərəkatı Sammitini canlı yayımlayıb like
  • 03 Mar 18:20  
Siyasət Braziliyanın dövlət televiziyası Bakıda keçirilən Qoşulmama Hərəkatı Sammitini canlı yayımlayıb

Braziliyanın dövlət televiziya və radio agentliyinin müxbir heyəti Bakıda

arrow Ətraflı
Böyük Giza Piramidasında gizli dəhliz aşkarlandı  FOTO like
  • 03 Mar 18:06  
Digərləri Böyük Giza Piramidasında gizli dəhliz aşkarlandı FOTO

Misirli səlahiyyətlilər 4500 illik Böyük Giza Piramidasının əsas giriş

arrow Ətraflı
Robert De Niro ilk dəfə serialda çəkiləcək like
  • 03 Mar 17:55  
Şou-biznes Robert De Niro ilk dəfə serialda çəkiləcək

"Netflix" yayım xidməti Robert De Nironun rol alacağı "Zero D

arrow Ətraflı
Buynuzu yarpaq kimi tökülən heyvanın görüntüləri heyrətləndirdi  VİDEO like
  • 03 Mar 17:44  
Dünya Buynuzu yarpaq kimi tökülən heyvanın görüntüləri heyrətləndirdi VİDEO

Sosial şəbəkələrdə buynuzu yarpaq kimi tökülən sığının görüntül�

arrow Ətraflı
"Dəlləkdən və ofisiantdan qorxuram"  VİDEO like
  • 03 Mar 17:33  
Şou-biznes "Dəlləkdən və ofisiantdan qorxuram" VİDEO

"Musiqiçilərdən milyoner olmayıb. Söhbət sənətlə təmiz məşğul

arrow Ətraflı
“Sputnik V” vaksininin yaradıcılarından biri öldürüldü like
  • 03 Mar 17:32  
Dünya “Sputnik V” vaksininin yaradıcılarından biri öldürüldü

Koronavirusa qarşı "Sputnik V" vaksininin yaradıcılarından biri o

arrow Ətraflı