"Alatava 1"in sökülməsi mənzil bazarına necə təsir edəcək?


Digərləri 03 Mar 2023 12:56:00 215 0

"Alatava 1"in sökülməsi mənzil bazarına necə təsir edəcək?

Bakının Yasamal rayonunda "Alatava 1" adlı yaşayış massivində (Yasamal Rayon Polis İdarəsi ilə üzbəüz ərazi) söküntüyə başlanılacaq.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirib ki, artıq bununla bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şirkətlərin biri ilə razılıq əldə edilib.

Sakinlər Trend-ə bildirib ki, razılaşmaya əsasən ya onlara kompensasiya ya da sökülən evlərinin yerində tikiləcək binalarda indikindən 20 kv.m artıq sahədə mənzil veriləcək.

Həmçinin mənzil istəyənlərə binalar inşa olunana qədər hər ay 500 AZN kirayə pulu da təklif olunur.

Bəs həmin ərazidə söküntü əmlak bazarına necə təsir edəcək?

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı məsələ ilə bağlı Trend-ə bildirib ki, hər hansısa ərazidə binaların sökülməsi əmlak bazarında mənzillərin ucuzlaşmasına təsir eləmir.

"Söküntü aparılan ərazilərdə əksinə qiymət artımı olur. Çünki söküntülər əsasən istismar müddəti bitmiş və birmərtəbəli evləri əhatə edir. Yerində də çoxmənzilli binalar tikilir. Belə olduqda təzə tikilən binalarda mənzillərin qiymətləri yüksək olur. Alatava şəhərin mərkəzinə yaxın olduğu üçün bu ərazilərdə təməli yeni qoyulmuş təmirsiz mənzillərin bir kvadratının qiyməti 1400-1500 manat arası dəyişir. Mərtəbələr tikildikcə də qiymətlər artır. Belə olan halda "Alatava 1"-də qiymət ucuzlaşmasını gözləmək olmaz", - R.Osmanlı vurğulayıb.

Ekspert bildirib ki, ümumiyyətlə mənzil bazarında ucuzlaşma üçün hər hansı iqtisadi əsas yoxdur.

"Belə ki, Azərbaycanın mənzil bazarının böyük hissəsi yeni tikililərdən ibarətdir. Hazırda yeni tikililərdə qiymət artan tendensiya ilə davam edir. Çünki çoxmərtəbəli binaların tikintisi üçün qaydalar sərtləşdirilib. Bu da mənzillərin qiymətinə təsir göstərir", - deyə ekspert qeyd edib.

“Avanqard” Kamera Orkestri “Disney” multimedia şousu təqdim edib like
  • 03 Mar 12:48  
Kriminal “Avanqard” Kamera Orkestri “Disney” multimedia şousu təqdim edib

"Art-East Media Group" şirkətinin "Avanqard" Kamera Orkest

arrow Ətraflı
Ramazan ayının Qədr gecələrinin vaxtı açıqlanıb like
  • 03 Mar 12:47  
Digərləri Ramazan ayının Qədr gecələrinin vaxtı açıqlanıb

Şamaxı Astrofizika Rəsədxanasının Qafqaz Müsəlmanları İdarəsinin sor�

arrow Ətraflı
Zəlzələ proqnozunu verən alimdən İlber Ortaylıya cavab like
  • 03 Mar 12:45  
Dünya Zəlzələ proqnozunu verən alimdən İlber Ortaylıya cavab

Türkiyədə baş verən dəhşətli zəlzələlərdən əvvəl bu barədə proq

arrow Ətraflı
Şuşaya turist səfərlərinin qiyməti like
  • 03 Mar 12:43  
Digərləri Şuşaya turist səfərlərinin qiyməti

Azərbaycan xalqı üçün tarixi əhəmiyyəti və mədəni-mənəvi dəyəri y

arrow Ətraflı
Fədayə Laçının vəsiyyəti gerçəkləşməyəcək like
  • 03 Mar 12:34  
Şou-biznes Fədayə Laçının vəsiyyəti gerçəkləşməyəcək

Müğənni Fədayə Laçının doğmalarına açıqladığı vəsiyyəti gerçə

arrow Ətraflı
“ARB24”də sahibkarlar üçün yeni veriliş  “Biznes büro” başlayır like
  • 03 Mar 12:26  
Digərləri “ARB24”də sahibkarlar üçün yeni veriliş “Biznes büro” başlayır

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və "ARB24" te

arrow Ətraflı
Günel keçirdiyi qəza haqda: "Gözümü itirə bilərdim" like
  • 03 Mar 11:50  
Şou-biznes Günel keçirdiyi qəza haqda: "Gözümü itirə bilərdim"

Xəbər verdiyimiz kimi, müğənni Günel Zeynalova qəza keçirib və qaşın

arrow Ətraflı
“Megastore”da gözətçinin əlqolunu bağlayıb seyfi apardılar like
  • 03 Mar 11:28  
Kriminal “Megastore”da gözətçinin əlqolunu bağlayıb seyfi apardılar

Gəncədə tanınmış "Megastore" mağazasında quldurluq baş verib.

arrow Ətraflı
Hatayın son möcüzəsi... like
  • 03 Mar 11:17  
Dünya Hatayın son möcüzəsi...

Hatayın Antakya rayonunda baş verən zəlzələ fəlakətinin 25-ci günündə

arrow Ətraflı
Kəlbəcər və Laçında yollar qardan təmizlənir like
  • 03 Mar 11:06  
Digərləri Kəlbəcər və Laçında yollar qardan təmizlənir

Kəlbəcər və Laçın rayonları ərazisində hərəkətin təhlükəsizliyi v

arrow Ətraflı
Azərbaycan Prezidenti Rumen Radevi təbrik edib like
  • 03 Mar 11:02  
Siyasət Azərbaycan Prezidenti Rumen Radevi təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti

arrow Ətraflı
Ermənistanın müdafiə naziri istefaya göndərilir, like
  • 03 Mar 10:57  
Dünya Ermənistanın müdafiə naziri istefaya göndərilir,

Ermənistanın müdafiə naziri Suren Papikyan istefa verəcək.

arrow Ətraflı
Rusiya və Ermənistan XİN başçıları görüşüb like
  • 03 Mar 10:55  
Dünya Rusiya və Ermənistan XİN başçıları görüşüb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Hindistanın paytaxtı Yeni Dehli

arrow Ətraflı
Kərbəlayi Səbuhi məhkəmə zalında öldü like
  • 03 Mar 10:44  
Digərləri Kərbəlayi Səbuhi məhkəmə zalında öldü

Sosial şəbəkələrdə "Hüseynçi" ləqəbi ilə tanınan və bir m

arrow Ətraflı