“Sən konsert verməmisən, tamaşaçını, dinləyicini yıxıb sürümüsən...” FOTO
Şou-biznes 02 Mar 2023 20:18:00 319 0
"Bəhram Bağırzadə də öz kitabında yazmışdı ki, Akif İslamzadə oxuyur, amma siz eşitmirsiniz. Yuxuda bir də görürsünüz ki, oxuyuram. Özü də elə oxuyuram ki, səsim olan vaxtda heç elə oxumamışam. Tam fərqli tərzdə. Özü də yuxuda "Qaragilə" mahnısını oxuyuram. Bu mahnı həqiqətən də mənim çox sevdiyim mahnılardandır. "Bura vətəndir" mahnısını da yuxumda oxumuşam. Bir zamanlar vətən sözü ilə yatıb-dururduq ki, görəsən vətənimiz necə olacaq?! Şükürlər olsun Allaha!"
Bu xəbəri də oxu: “Ali Rza bey”in göz yaşları "Yaprak Dökümü" heyətinə əsəbləşdi
Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında məşhur sənətkar Akif İslamzadə deyib. Sənətkar səsinin batması ilə bağlı yayılan şayələrə də aydınlıq gətirib.
"Şövkət xanım anama demişdi ki, Akifi gözə gətiriblər. Bir dəfə də belə bir hadisə baş verib. Anam və rəfiqələri hansısa sənətkarın yas yerindən çıxıb, maşına oturublar. Deyiblər ki, "ay Sara xanım, siz bilirsiniz biz Akifi nə qədər çox istəyirik?". Anam da deyib ki, gərək Akifi az istəyərdiniz. Jurnalistlər götürüb yazırlar ki, guya ki, mənə kimsə nəsə verib, yeməyimə nəsə qatıb. Bizim işimiz səsimizlə bağlıdır. Zapisə girib oxuyurduq, yazıb oxuyurduq, toya gedib oxuyurduq. Məni toy yormurdu, insanlar yorurdular. Bütün bunların hamısı üst-üstə gəlirdi. Hər toydan çıxandan sonra 3-4 saat özümə gələ bilmirdim. Buna görə də səsimi qoruya bilmədim. Biz mahnılarla yaşayırdıq, heç vaxt boğazdan yuxarı oxumamışıq. Toyda 150-200 nəfər olurdu. Biz əlimizə mikrofon götürən kimi, çəngəl-bıçağın səsini eşitmirdik. Oturub qulaq asırdılar", - deyə sənətkar bildirib.
Sənətkar uzun-uzadı konsert verən müğənnilərdən də danışıb.
"Eşitdiyimə görə konsert verirlər, konsert 3 saat yarım çəkir. İnsan evdəki kresloda 40 dəqiqədən artıq otura bilmir. Mütləq yorulur. Sən dinləyicini, öz tamaşaçılarını elə günə salırsan ki. Həmişə belə şeylərə fikir vermək lazımdır. Bir də görürsünüz ki, konsertə gedirəm, mahnıları dinləyirəm. 3-4 ildən sonra həmin əsərləri yenə də konsertdə eşidirəm. Bu məni yorur. O ki qaldı 3-4 saat konsert proqramı ilə çıxış edəsən. Sən konsert verməmisən, tamaşaçını, dinləyicini yıxıb sürümüsən. Yaxşı ki, tamaşaçı çıxıb getməyib. Hətta toyların özündə də biz 1 saatdan bir 15 dəqiqə fasilə verib, sonra yenidən başlayırdıq", - deyə sənətkar bildirib.
Pandemiya bizə çoxtərəfli əməkdaşlıqların önəmini göstərdi.
Fransanın Pluzane şəhərində optika mağazalarından sislsilə oğurluq edə
Bu cür mühüm görüşü təşkil etdiyinə görə Azərbaycana və Prezident
2 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər nazir
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan N
"Mən 2 il bundan əvvəl müharibə ilə bağlı bir əsər yazmışam. El
Belarus hökuməti atom elektrik stansiyasının (AES) tikintisi üçün kredit�
Müğənni Nigar Camalın da səhnə aldığı Dima Bilanın konsert xərcləri
Finlandiyanın "Finnair" aviaşirkətinin pilotu sərnişinlərə &quo
Qoşulmama Hərəkatına üzv dövlətlərin yekdil rəyinə əsasən, Azərbayc
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 40 yeni yolux
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın ölümündən 40 gün keçir.