Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi ilin sonuna kimi uzadıldı
Siyasət 02 Mar 2023 18:45:00 296 0
Qoşulmama Hərəkatına üzv dövlətlərin yekdil rəyinə əsasən, Azərbaycanın təşkilatda sədrliyi daha bir il uzadılıb.
Bu xəbəri də oxu: Ayxan Hacızadə ABŞ səfirliyinə cavab verdi
Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun bugünkü Zirvə görüşündə qərara gəlinib.
Bildirilib ki, Qoşulmama Hərəkatı ölkələrinin Azərbaycana tam etimadının nəticəsidir ki, üzv dövlətlərin yekdil rəyinə əsasən, ölkəmizin təşkilata sədrliyi daha bir il, yəni 2023-cü ilin sonuna kimi uzadılıb. Bu gün Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü bir daha onu göstərir ki, Azərbaycan təşkilatın fəaliyyətinə mühüm töhfələr verir. Eyni zamanda, Azərbaycanın növbəti dəfə qlobal məsələlərin müzakirə olunduğu mühüm toplantıya ev sahibliyi etməsi ölkəmizin multilateralizmə və qlobal həmrəyliyə verdiyi önəmin təzahürüdür.
Qeyd edək ki, martın 2-də Bakı şəhərində Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Sammiti keçirilib. Sammitdə 70-ə yaxın ölkənin dövlət və hakimiyyət rəhbərləri, Bosniya və Herseqovina, Türkmənistan, Özbəkistan, İraq və Liviyanın prezidentləri; Kuba, Qabon, Tanzaniyanın vitse-prezidentləri; Əlcəzair və Keniyanın baş nazirləri; müxtəlif ölkələrin yüksək vəzifəli nümayəndəəri, habelə beynəlxalq təşkilatların rəhbərləri - Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili, Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Antonio Vitorino, BMT-nin Cenevrə ofisinin baş direktoru Tatyana Valovaya, İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Xusrav Noziri, nazirlər, nazir ümavinləri, səfirlər və digər rəsmi şəxslər iştirak ediblər.
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 40 yeni yolux
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın ölümündən 40 gün keçir.
YARAT Müasir İncəsənət Məkanı Azərbaycanın tanınmış və gənc rəssa
Ziraat Bank Azərbaycan 2022-ci il ərzində göstərdiyi fəaliyyətə görə B
Türkiyənin İstanbul şəhərində yeni təhvil verilən mənzildə tavan evd�
Britaniya monarxlarının taxtı III Çarlzın tacqoyma mərasimindən əvvəl b
Son.az AZƏRTAC-a istinadən bildirir ki, martın 2-də Azərbaycan Respublika
Əlcəzairdə törədilən cinayətləri nəzərə alsaq, Fransa prezidenti Makr
"Qoşulmaq, yoxsa qoşulmamaq?" Çağdaş geosiyasətin inkişaf etmə
Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun
Azərbaycan böyükmiqyaslı mina problemi ilə üzləşib. Müharibənin başa
Fransa hər vəchlə aparılan danışıqları və nizamlama prosesini bloklayı
Ermənistanda fəaliyyət göstərən Metsamor Atom Elektrik Stansiyası Azərba