Ermənilər Lavrov imtahanından kəsildilər


Digərləri 01 Mar 2023 10:52:00 336 0

Ermənilər Lavrov imtahanından kəsildilər

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakı səfəri başa çatdı. İkigünlük səfərdən sonra nazir gözlənildiyi kimi, İrəvana deyil, uzaq Hindistana yollanıb. Kreml bununla demək istəyir ki, regionun söz sahibi olan dövlətilə əməkdaşlıq etmək, işbirliyi aparmaq siyasətini davam etdirəcək. Ermənilər ümid edirdilər ki, Moskva Qarabağda azərbaycanlıların etiraz aksiyasına sərt reaksiya verəcək, məhdudiyyətlərin aradan qaldırılması çağrışlıarı səsləndirəcək. Lakin Lavrov onların gözləntisini doğrultmadı. Bu səfər bir daha göstərir ki, Krem üçün İrəvandan çox Bakı ilə əməkdaşlıq etmək daha məqsədəuyğundur.

Bu xəbəri də oxu: "Ağ Şəhər"də partlayış

Spikerdən Lavrova mesaj - "Bizim işimizə qarışmayın"

Səfər gözlənildiyi kimi İrəvanda ciddi narahatlıq və etiraz doğurub. Erməni telegram kanallarında, erməni mediasında anti-Rusiya isterikası güclənib. Siyasilərlə yanaşı, rəsmilər də XİN rəhbərinin Bakı səfərini, səslənən bəyanatları sərt tənqid ediblər. 

Məsələn, Lavrovun Rusiyanın digər dövlətlərin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına yönəlmiş səylərini alqışladığı barədə bəyanatına toxunan parlamentin spikeri Alen Simonyan açıq şəkildə Moskvanı təhdid edib: "Onlar bizim təhlükəsizliyimizin, ərazi bütövlüyümüzün təminatçısı olublar. Burada Rusiyanın hərbi bazası var. Bizim ikitərəfli razılaşmalarımız da bu vəziyyətə yönəlib. Haradasan, niyə daha fəal iştirak etmədin? Əgər bacarmırsansa, o zaman bunu ictimaiyyətə bəyan etməlisiniz. Oturub birlikdə müzakirə etməli və vəziyyətdən çıxış yollarını axtarmalısınız". Simonyan Lavrovun Bakıdan İrəvana "Avropa İttifaqı missiyasını bölgəyə gətirməklə yanlışlığa yol verirsiniz" fikrinə də reaksiya verib. "Moskva digər ölkələrin Ermənistan-Azərbaycan münasibətlərini normallaşdırmaq təşəbbüslərinə həddən artıq emosional və əsəbi reaksiya verir", deyən Simonyan bununla Lavrova sanki demək istəyib ki, bizim işimizə qarışmayın.

Moskvanın Qərbin vasitəçiliyi ilə aparılan danışıqları tənqid etməsini Simonyan "konvulsiya", özündən çıxma kimi səciyyələndirib. O, Moskvanın reaksiyalarını həddən artıq emosional adlandırıb: "Hesab edirəm ki, onlar bir az sakit, təmkinli olmalı və başa düşməlidirlər ki, Ermənistanın öz maraqları və geosiyasi təbəddüllatlardan və ya kiminsə istək və qısqanclığından asılı olmayaraq həll ediləsi təhlükəsizlik problemləri var".

Simonyan xatırladıb ki, Rusiyanın Ermənistanda hərbi bazası var: "Hə bəs onda haradasınız? Niyə iştirak etmirsiniz? Əgər edə bilmirsinizsə, bunu açıq demək lazımdır. Bu halda bəlkə də oturub həll yolu tapa bilərik. Amma biz nə baş verdiyini görürük, axı..."

Simonyan təhqir olundu

Simonyanın Rusiyanı hədəfə alması Rusiyanın sosial seqmentinin sərt reaksiyasına səbəb olub. Bu "hücumlara" cavab olaraq, Kremlə və hüquq-mühafizə orqanlarına yaxın olan bir sıra Rusiyanın Telegram kanalları sözün əsl mənasında erməniləri təhqir ediblər. Belə ki, "Kremlin Laundress" TG kanalı Ermənistanı banan respublikası, Simonyanı isə siyasi fahişə adlandırıb.

"Yaxşı olardı ki, Ermənistan Milli Assambleyasının hazırkı sədri Alen Simonyan İrəvan Dövlət Konservatoriyasının KVN komandasında çıxışını davam etdirsin və ya radio aparıcısı kimi ictimaiyyəti əyləndirsin. Çünki onsuz da postsovet məkanında siyasətdə klounlar çoxdur. Lakin təəssüf ki, bu fiqur səhnədə oynamaq əvəzinə Ermənistan adlı banan respublikası tərəfindən rəsmi natiq kimi çıxış edir".

Erməni analitik Akop Badalyan erməni mediasına açıqlamasında bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsi və Qarabağ məsələsində həm Rusiya, həm də Qərb çox fəaldır. Onun sözlərinə görə, Lavrov Rusiyanın Cənubi Qafqaz mövqeyini müdafiə etməyə hazırlaşır. Burada Ermənistan və Qarabağ ermənilərini narahat edən amil mövcud vəziyyətin onların mövqeyini nə dərəcədə təhdid etməsidir.  

İrəvanda Rusiya əleyhinə növbəti yürüş -  Putinin müqəvvası yandırılıb

Bütün bunların fonunda İrəvanda növbəti dəfə Rusiya əleyhinə yürüş keçirilib, etirazçılar Kreml sahibi Vladimir Putinin müqəvvasını yandırıb, məşhur şair Mixail Lermontovun rusları aşağılayan "Əlvida, yuyulmamış Rusiya, qullar və ağalar ölkəsi" şeirindən parçalar oxuyublar. Ermənistanda keçirilən rəy sorğuları da Rusiyanın Qərbdən geridə qaldığını göstərir. 

Rusiyalı ekspertlərdən Andrey Petrov rus mediasına müsahibəsində bildirib ki, Lavrovun Azərbaycana səfəri xüsusi əhəmiyyət kəsb edən çox mühüm bir detalı ehtiva edir: "Bakıdan sonra rusiyalı nazir əvvəllər olduğu kimi, Cənubi Qafqazda formal tarazlığı saxlamaq üçün İrəvana yox, Moskvaya qayıdacaq. Hətta Rusiya XİN rəhbərinin yaxın gələcəkdə Ermənistana səfərinin mümkünlüyü barədə də məlumat yoxdur". Lavrovun Bakı səfəri Ermənistan baş naziri Nikol Paşinyana qarşı tənqidləri də gücləndirib. "Ermənistan" müxalifət fraksiyasından olan deputat Andranik Tevanyan onu anti-Rusiya koalisiyasına qoşulmaqda və Ermənistanı Qərblə Rusiya arasında toqquşma platformasına çevirməkdə ittiham edib. Tevanyan deyib ki, "hakim "Mülki müqavilə" fraksiyası və onun rəhbəri Paşinyan seçkilərdə seçiciləri aldadıb və onların vədlərinə birbaşa zidd hərəkət edir, Qarabağı Azərbaycana təslim etmək, Qarabağ sakinlərini ermənilərə qarşı qoymaq, millətdaxili irqçilik və və düşmənçilik salmaq siyasəti yürüdürlər.

Azər Nuriyev Son.az

ABŞ institutu: “İranda etirazlar artır, rejim böhranla üzüzədir" like
  • 01 Mar 10:49  
Dünya ABŞ institutu: “İranda etirazlar artır, rejim böhranla üzüzədir"

"İranda etiraz fəallığı artır. Rejim bir çox fərqli sahələrdə b�

arrow Ətraflı
Kapital Bank sahibkar xanımlara güzəştli kredit təklif edir like
  • 01 Mar 10:44  
Digərləri Kapital Bank sahibkar xanımlara güzəştli kredit təklif edir

Kapital Bank 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar olaraq xanım

arrow Ətraflı
Sədərək Gömrük Postuna like
  • 01 Mar 10:40  
Digərləri Sədərək Gömrük Postuna

Naxçıvan Muxtar Respublikası Sədərək Gömrük Postunun rəisi vəzifəsind

arrow Ətraflı
Könüllülərimiz zəlzələdə zərərçəkən ailələrin və uşaqların qayğısına qalırlar like
  • 01 Mar 10:35  
Digərləri Könüllülərimiz zəlzələdə zərərçəkən ailələrin və uşaqların qayğısına qalırlar

Türkiyədəki zəlzələdən sonra qardaş ölkəyə yardım məqsədi ilə yol

arrow Ətraflı
DƏHŞƏT: müəllim məscidin zirzəmisində 11 uşağa... like
  • 01 Mar 10:26  
Digərləri DƏHŞƏT: müəllim məscidin zirzəmisində 11 uşağa...

Rusiyanın Ufa şəhərində dini fanat olan mədrəsə müəllimi oğlan uşaq

arrow Ətraflı
Cavidan Novruzov: "Əlvida amansız, murdar fevral" like
  • 01 Mar 10:19  
Şou-biznes Cavidan Novruzov: "Əlvida amansız, murdar fevral"

"Əlvida amansız, murdar fevral. Doğum günüm fevralda idi. Elə doğum

arrow Ətraflı
"Apple"in rəsmi tərəfdaşı öz yeniliyi ilə sevindirib like
  • 01 Mar 10:00  
Digərləri "Apple"in rəsmi tərəfdaşı öz yeniliyi ilə sevindirib

Azərbaycanda "Apple" brendinin rəsmi tərəfdaşı olan Bytelecom ş

arrow Ətraflı
“Necə gizlədə bilib, hələ də şokdayam” like
  • 01 Mar 09:54  
Şou-biznes “Necə gizlədə bilib, hələ də şokdayam”

"Artıq bu şəhərdə sevdiklərimdən biri əskikdir. O sənsən, Ellada&

arrow Ətraflı
Müğənninin nişan üzüyünün qiyməti bəlli oldu like
  • 01 Mar 09:48  
Şou-biznes Müğənninin nişan üzüyünün qiyməti bəlli oldu

Qiymətli daşların tərkibini və xassələrini öyrənən, həmçinin onları

arrow Ətraflı
Siyəzəndə 71 yaşlı kişinin çürümüş meyiti aşkarlanıb like
  • 01 Mar 09:28  
Digərləri Siyəzəndə 71 yaşlı kişinin çürümüş meyiti aşkarlanıb

Siyəzəndə mənzildən çürümüş meyit aşkarlanıb.

arrow Ətraflı
FTB: COVID19 virusu Vuhandakı laboratoriyadan sızıb like
  • 01 Mar 09:18  
Dünya FTB: COVID19 virusu Vuhandakı laboratoriyadan sızıb

FTB: COVID-19 virusu Vuhandakı labaratoriyadan sızıb

arrow Ətraflı
Məşhur cizgi filmlərinin ssenaristi vəfat edib like
  • 01 Mar 09:12  
Şou-biznes Məşhur cizgi filmlərinin ssenaristi vəfat edib

"Kral Şir", "Mulan" kimi məşhur cizgi filmlərinin ssenar

arrow Ətraflı
Bu yollarda sıxlıq var  SİYAHI like
  • 01 Mar 08:59  
Digərləri Bu yollarda sıxlıq var SİYAHI

Yollardakı son vəziyyət açıqlanıb.

arrow Ətraflı
İran nüvə enerjisi istəmir, silaha can atır  Ekspert like
  • 01 Mar 08:55  
Dünya İran nüvə enerjisi istəmir, silaha can atır Ekspert

İranda yalnız elektrik enerjisi deyil, təbii qazla da bağlı yanvar ayında

arrow Ətraflı
Rusiyadan yeni həmlə: Moskva Xəzərdən qaz kəməri çəkilməsinə qarşı çıxdı like
  • 01 Mar 08:53  
Siyasət Rusiyadan yeni həmlə: Moskva Xəzərdən qaz kəməri çəkilməsinə qarşı çıxdı

Moskva Türkiyədə qaz habını yalnız öz nəzarətində görür

arrow Ətraflı