ABŞ institutu: “İranda etirazlar artır, rejim böhranla üzüzədir"
Dünya 01 Mar 2023 10:49:00 291 0
"İranda etiraz fəallığı artır. Rejim bir çox fərqli sahələrdə böhranla üz-üzədir".
Bu xəbəri də oxu: Şagird Slovakiya Prezidentinin əlini qəsdən sıxmadı
Son.az "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.
Bildirilib ki, bunun əsas səbəbi rejimin səriştəsizliyi və idarəetmənin düzgün qurulmamasıdır: "Dünən, fevralın 28-də İranın 14 əyalətində 20 etiraz aksiyası keçirilib. Onlardan 18-i İranın pisləşən iqtisadi durumu ilə bağlıdır. Bu etirazlar göstərir ki, İranda aksiya iştirakçılarının fəallığı güclənir".
Məlumata görə, fevralın 28-də İranda 10 aylıq Asiya gepard balası öldürülüb: "Fəallar bunu rejimin ekologiya sahəsindəki səriştəsizliyinin növbəti təzahürü kimi qiymətləndirirlər. 2022-ci ilin sonundan indiyədək İranın ən azı 10 şəhərində yüzlərlə məktəbli qız zəhərlənmə əlamətləri ilə üzləşib. Onlarda öskürək, bədənin müxtəlif hissələrinin uyuşması, titrəmə müşahidə olunub. Bəziləri xəstəxanaya yerləşdirilib. Hüquq-mühafizə orqanlarının komandanı briqada generalı Əhməd Rza Radan dünən deyib ki, sözügedən hadisələr araşdırılır. Onun bildirdiyinə görə, cinayətkarlar hələ tapılmayıb. Bəzi sosial media istifadəçilərinin fikrincə, bu, iranlı qadınları təhsildən məhrum etmək üçün atılan addımdır".
Kapital Bank 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar olaraq xanım
Naxçıvan Muxtar Respublikası Sədərək Gömrük Postunun rəisi vəzifəsind
Türkiyədəki zəlzələdən sonra qardaş ölkəyə yardım məqsədi ilə yol
Rusiyanın Ufa şəhərində dini fanat olan mədrəsə müəllimi oğlan uşaq
"Əlvida amansız, murdar fevral. Doğum günüm fevralda idi. Elə doğum
Azərbaycanda "Apple" brendinin rəsmi tərəfdaşı olan Bytelecom ş
"Artıq bu şəhərdə sevdiklərimdən biri əskikdir. O sənsən, Ellada&
Qiymətli daşların tərkibini və xassələrini öyrənən, həmçinin onları
Siyəzəndə mənzildən çürümüş meyit aşkarlanıb.
FTB: COVID-19 virusu Vuhandakı labaratoriyadan sızıb
"Kral Şir", "Mulan" kimi məşhur cizgi filmlərinin ssenar
İranda yalnız elektrik enerjisi deyil, təbii qazla da bağlı yanvar ayında
Moskva Türkiyədə qaz habını yalnız öz nəzarətində görür
Ağ Ev rəhbəri Co Bayden ABŞ üçün təhlükə yaradır.